Məhkəmə qərarları › İş №3(076)-919/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-919/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-919/2025 11.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Məsail oğlunun sədrliyi, Xanalıyeva Nuray Fərəc qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1976-cu il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Şiştəpə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXMnin) 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsindən 1 ədəd plastik çəni (dəyəri 70 manat olan) oğurlamışdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 inzibati xəta haqqında protokolda qeyd olunmuş əməlin Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokolda qeyd olunan əməl həqiqətən də onun tərəfindən törədilmişdir. Gəncə istiqmətində hərəkətdə olarkən Çinarlı qəsəbəsinin ərasisində yerləşən Səbət bazarına çatan zaman yolun kənarında yerləşən həyətyanı bağ sahəsində, 500 litirlik, ağ rəng,plastik çənin mövcudluğunu görmüş, istifadə üçün yararsız olduğunu düşünərək öz şəxsi istifadəsi məqsədi ilə bakı götürmüş, istifadə etdiyi nəqliyyat vasitəsinin arxa yük yerinə bakı qoyaraq, hərəkətə davam etmişdir. Hərəkətdə olarkən bağa gedən yolda oğurladığı bakın sahibi olan Zərərçəkmiş şəxs ilə qarşılaşmış, Zərərçəkmiş şəxs təkidinə baxmayaraq bakı verməmişdir. Bir qədər nəqliyyat vasitəsi ilə irəllədikdən sonra zərərçəkmişin onu təqib etdiyini görərək bakı yolun kənarına ataraq,hadisə yerindən uzaqlaşmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərərk bildirmişdir ki,istifadəsində olan bağ magistiral yoldan aşağıda yerləşir və dəmir tor ilə hasarlanmışdır. Bağa gedərkən, bağa gedən yolda Şəxs ilə qarşılaşmışlar. Barəsində şikayət etdiyi adını sonradan bildiyi Əlizadəni əvvəllər tanımamış, Şəxs nəqliyyat vasitəsinin işıq cihazları(ön faraları)-nı yandıdrakən,maşının baqaj hissəsində həyətyanı sahəsində yerləşən bakı oğurladığını görmüşdür. Ondan bakı istəmiş, bununla bağlı onu təkid etmiş, təkidlərinə baxmayaraq Əlizadə hərəkətə davam etmiş,hadisə yerindən təxminən 20 km uzaqlıqda yerləşən yolun kənarına bakı ataraq, hadisə yerindən uzaqlaşmışdır. Hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-102 xidmətinə zəng edərək məlumat vermişdir. İş materiallarında olan 09 sentyabr 2025-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 09 sentyabır 2025-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur İş materiallarına əlavə edilmiş 10 sentyabır 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 20:00 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus 70 manat dəyərində bir ədəd ağ rəngli 500 litirlik plastik çəni bağ sahəsindən oğurlamaqla AR İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı, eləcə də inzibati xəta haqqında materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən, eləcə də məsuliyyətdən azad edilmə üçün əsaslar, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Məhkəmə hesab edir ki,buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbehin ən aşağı həddinin verilməsini inzibati tənbehin məqsədinə nail olunmasında kifaət hesab edir. Yuxarıda göstərilənlərə əsasən İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 09 senyabır 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar