Məhkəmə qərarları › İş №3(076)-920/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-920/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-920/2025 22.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Məsail oğlunun sədrliyi, Xanalıyeva Nuray Fərəc qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan X2,zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonu Plankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Plankənd kəndində qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gədəbəy rayon məhkəməsinin 2(042)-454/2023 sayılı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu tələbi tam şəkildə təmin etmir. Aliment üzrə borc 790 manat təşkil edir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır. Belə ki, X6in əməli İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Zabit Quliyev izahatında bildirdi ki, indiyədək borcu birdəfəyə ödəməyə imkanı olmamışdır. Hazırda fərdi əməklə məşğul olur və günəmuzd 15 manat qazanır. 22 sentyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus kart hesabına 700 manat ödəmə etmişdir və bu haqda ödəmə qəbzi məhkəməyə təqdim etmişdir. Vaxt verilərsə icra sənədi üzrə 90 manat borcu 10 günə ödəməyə hazırdır. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, icra sənədi üzrə borcdan 700 manat ona ödənimişdir. 90 manat borcun 10 günə ödənilməsinə etiraz etmir və bununla bağlı borcludan hec bir şikayəti və tələbi yoxdur. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-454/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdən başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir X1 məhkəməyə təqdim etdiyi qəbzdən görünür ki, milliön elektron ödəmə sistemi tərəfindən 22 sentyabr 2025-ci il tarixdə X4 tərəfindən Zərərçəkmiş şəxs məxsus kart hesabına 700 manat ödəmə edilmişdir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən təkrar icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. X6 məhkəmə aktının tələbini icra etməmə səbəbini işsizliyi ilə əlaqələndirərək, üzrsüz səbəbdən təkrar icra etməmə halını inkar etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Zabit Quliyevin əməli üzrə müəyyən olunmuş bir il müddətin üzrsüz səbəbdən təkrar icra etməməsi halı mövcud olmadığından və icra məmuru tərəfindən bununla bağlı hər-hansı bir dəlil və ya sübüt təqdim etmədiyindən onun inzibati məsuliyyətə cəlb edilməsinin hüquqi əsası aşkar olunmadı. Belə ki, 22 sentyabr tarixinədə borcundan 700 manat ödəmə etmişdir, həmçinin söz verərək qalan 90 manat borcunu ay sonunadək ödəməyi öhdəsinə götürmüşdür, tələbkar isə borclu ilə razılaşaraq ondan hal-hazırda heç bir tələbi olmadığını bildirmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydad sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilr. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Zabit Quliyevin əməlində inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il müddət tamamlanmadığından, şəxs işsizlik səbəbindən məhkəmə aktının tələbini icra etmədiyindən, borcunu müəyyən müddət ərzində ödəməyi öhdəsinə götürdüyündən, onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 barəsində İXM-nin 528. 1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar