Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-927/2023 16.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, Zərərçəkmiş şəxs X11, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirakları ilə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Prokurorluğunun Şəmkir Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Hərbi X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, X12 xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin “X8”ndə növbədə olan hərbi hissənin qadın hərbi qulluqçusu, gizir X11 onun arvadı olan N nömrəli hərbi hissənin sabiq mülki işçisi X7 yoxlayan zaman sonuncunun dırnaqlarının uzun və boyalı olması səbəbiylə bağlı irad tutması səbəbindən qəzəblənib N nömrəli hərbi hissənin qadın hərbi qulluqçusu, gizir X11 ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən X12 özünü təqsirli bilməyərək, izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində arvadı X10 ilə birlikdə işlədikləri hərbi hissəyə getmək üçün N nömrəli hərbi hissənin X4 yaxınlaşmışlar və hərbi hissənin ərazisinə daxil olmaq üçün NBM-nə ilk öncə arvadı X10 daxil olmuşdur. Təxminən 1-2 dəqiqə sonra o, NBM-nə daxil olduqda N nömrəli hərbi hissənin qadın hərbi qulluqçusu, gizir Günel Əliyevanın başqa mülki və hərbi qulluqçuların olmasına baxmayaraq yalnız İlhamə Hüseynovanı yoxladığını görüb səbəbini soruşmuş və gizir Günel Əliyeva ona yuxarıdan gələn tapşırığa əsasən arvadının üzərini yoxladığını bildirmişdir. O, həmin tapşırığı kimin verdiyini soruşmuş və sözlü mübahisə etməyə başlamışlar. Qeyd edir ki, o, Günel Əliyevaya qarşı nalayiq ifadələr işlətməmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X14 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə hərbi hissədə işləyən yə xidmət edən qadınların Müdafiə Nazirinin, Hərbi Hava Qüvvələri Komandanının və N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən işgüzar geyim tərzinə və hərbi hissə ərazisində təyin olunmuş qaydalara uyğun olaraq hərbi hissəyə iş yerlərini və xidməti yerlərinə buraxılması üçün yoxlamaq məqsədi ilə hərbi hissənin X3 növbədə olmuş, həmin tarixdə saat 09 radələrində N nömrəli hərbi hissənin mülki işçisi İlhamə Hüseynova NBM-nə daxil olmuş və o həmin vaxt sonuncunun işgüzar geyim tərzini yoxlamağa başlamışdır. N nömrəli hərbi hissənin mülki işçisi İlhamə Hüseynovaya dəfələrlə əl dırnaqlarının uzun və laklı olması qeyd etdiyi əmrlərin tələblərini pozduğu və hərbi hissə daxili işgüzar geyim tərzini pozması barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq hələ də ona tutulan nöqsanın aradan qaldırılmadığını görüb bunu ona bildirmişdir. O, İlhamə Hüseynovanın xarici görünüşünü yoxlayan zaman N nömrəli hərbi hissədə mülki işçi kimi işləmiş sonuncunun əri X12 NBMdən içəri daxil olmuş və onun arvadı İlhamə Hüseynovanı yoxladığını görüb buna iradını bildirmişdir. O, Elşən Hüseynovun iradına cavab olaraq hərbi hissə komandirinin tapşırığı olduğunu bildirmişdir. Bundan sonra Elşən Hüseynov onun və Müdafiə Nazirinin ünvanına təhqiredici ifadə işlədərək arvadı İlhamə Hüseynovanın yoxlanılmasına irad bildirərək onun üstünə hücum çəkmişdir. Bu vaxt orada olan hərbi qulluqçular sonuncunu tutaraq uzaqlaşdırmışlar. Həmçinin, qeyd edir ki, həmin vaxt Elşən Hüseynovdan spirtli içki qoxusu gəlmiş, sonuncu qəbul etdiyi spirtli içkinin təsirindən sərxoş vəziyyətdə olmuşdur. Baş verənlərlə bağlı hərbi hissə komandirinə məlumat vermiş və bununla bağlı tədbir görülmüşdür. O, Elşən Hüseynovdan şikayətçidir və sonuncunun barəsində qanuna müvafiq qaydada cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08:40 radələrində mülki işçi kimi işlədiyi N nömrəli hərbi hissəyə gəlmək üçün hərbi hissənin NBM-nə yaxınlaşmışdır. NBM-də qadınların hərbi hissəyə giriş-çıxışını yoxlamaq üçün həmin gün üçün gizir Günel Əliyeva növbədə olmuşdur. O, NBM-nə girərkən orada mülki işçi kimi işləyən qadınlardan Şəfiqə Qurbanova, Mahirə Əliyeva və Nərminə Məmmədovanı görmüşdür. Orada olduqları müddətdə NBM-nə N nömrəli hərbi hissənin mülki işçisi İlhamə Hüseynova oraya daxil olmuş və gizir Günel Əliyeva sonuncunu yoxlayan zaman ona dırnaqlarının uzun və laklı olması ilə bağlı iradını bildirərək, ona dəfələrlə bu barədə xəbərdarlıq etdiyini, lakin buna məhəl qoymadığını bildirmişdir. Bu ərəfədə İlhamə Hüseynovanın N nömrəli hərbi hissədə müki işçi kimi işləmiş əri Elşən Hüseynov daxil olaraq gizir Günel Əliyevaya arvadını yoxlamasına irad bildirmiş, gizir Günel Əliyeva isə hər kəsi yoxladığını bildirmişdir. Bundan sonra Elşən Hüseynov gizir Günel Əliyevanın ünvanına nalayiq ifadələr işlətməyə başlamış və bunu görən NBM-nin növbətçi heyəti onu tutub NBM-dən çölə çıxarmışlar. Elşən Hüseynov NBM-dən çölə çıxarıldıqdan sonra yenidən sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra hərbi hissə komandiri gəlmiş və Elşən Hüseynovun hərbi hissəyə buraxılmaması barədə tapşırıq vermişdir. O, Elşən Hüseynovun nəlayiq sözlər işlətməsini özünə qarşı da təhqir hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, həmkarlar sədridir. Baş vermiş hadisəni şəxsən görməmiş, lakin komandirin həyəcanlı vəziyyətdə hadisə yerinə getmək üçün avtomaşına minib getməsini görmüşdür. Daha sonra gizir Günel Əliyeva onun yanına gəlmiş, həmin vaxt Günel Əliyevanın halının pis vəziyyətdə olduğunu görmüşdür. Bu vaxt ona məlum olmuşdur ki, N nömrəli hərbi hissədə müki işçi kimi işləmiş Elşən Hüseynov gizir Günel Əliyevanın ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. X12 tərəfindən AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, barəsində tərtib edilmiş protokol, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X6 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. X6 barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-927/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-927/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver