Məhkəmə qərarları › İş №3(076)-928/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-928/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-928/2024 02.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İnzibati Xəta haqqında protokolu tərtib etmiş X3 və şikayətçi X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin Polis inspektoru Polis baş serjantı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X2 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində X7 İdarəsinin Şəmkir Rayon Bölməsinin **-YP-*** Dövlət qeydiyyat nişanlı, Kia Sportage markalı avtomobilində xidmət aparan polis əməkdaşları tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İXP ******* saylı protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdən İXP ******* saylı protokol üzrə qərarı qüvvəyə minmişdir. Polis əməkdaşlarının müəyyən etdiyinə görə o xx.xx.20024-cü il tarixində, saat 11:00-da Şəmkir rayon köhnə Çinarlı- Seyfəli-Abbaslı kənd yolunda “VAZ 21-011” minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyya vasitəsini idarə edərkən yolun əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarını pozmuşdur və buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə edilmə haqqında tənbek növü tətbiq edilmişdir. Lakin qeyd etmək istəyir ki, o həmin yolda AR İXM-nin 327.2ci maddəsində göstərilən yolun əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarını pozmamışdır. O həmin yolla üzü Gəncə istiqamətində hərəkət edərkən sola dönmə işıq siqnalını yandıraraq yolun sol tərəfində yerləşən inşaat materialları mağazasının həyətinə dönüb avtomobilini saxlamışdır. Arxasından gələn DYPnin Kia Sportage markalı, **-YP-*** dqn-li avtomobilində xidmət aparan polis əməkdaşları arxasıyla inşaat materialları mağazasına girərək ona AR İXM-nin 327.2-ci maddəsi ilə yolun əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə protokol tərtib etdilər. Halbuki həmin yolda yolun əks istiqamətinə dönmənin qadağan olduğunu göstərən üfüqi nişanlanma xəttləri və qadağanedici nişanlar yoxdur. Yolda sadəcə yolda ötmənin qadağan olduğunu göstərən 3.20 qasağanedici nişan vardır. Həmin yolda onun sola dönməsinə qadağa qoyan nişanlanma xəttləri və ya 3.18.2, 3.19 qadağanedici nişanları yoxdur. O hesab edir ki, 3.20 qadağa nişanı ötməni qadağa etdiyinə və o həmin yolda ötmə yox dönmə əməliyyatı etdiyinə görə onun barəsində R İXM-nin 327.2-ci maddəsi ilə yolun əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə inzibati protokol tərtib edilməsi tamamilə əsassızdır. Bundan başqa protokol və qərar çıxarılarkən İnzibati Xətalar Məcəlləsinin prossesual tələbləri də pozulmuşdur. Belə ki, X7 İdarəsinin Şəmkir Rayon Bölməsinin **- YP-*** dqn-li Kia Sportage markalı avtomobilində xidmət aparan polis əməkdaşları İXM-nin tələblərinə məhəl qoymadan heç bir əsaslandırma və sübut olmadan onun barəsində inzibati cərimə tətbiq edilmişdir. Nə qərarda, nə də protokolda hansı əsasla İXM-nin 327.2ci maddəsinin tələblərinin pozulması göstərilməmiş və heç bir sübut əlavə edilməmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar Təqsirsizlik Prezumpsiyasına dair imperativ tələblər pozularaq çıxarılmışdır. Belə ki, nə onun təqsiri sübuta yetirilməmiş, nə də ki sübuta yetirilməmiş hallar onun xeyrinə həll olunmamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş inzibati xəta haqqında protokolu tərtib etmiş X5 bildirdi ki, Şəmkir Rayonu Seyfəli kəndi ərazisində ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil AR İXM-nin 327.2-ci maddəsində göstərilən yolun əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmış, daha sonra avtomobili əks istiqamətli hərəkət zolağında yolun kənarında saxlamışdır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iş materialları və iş materiallarına əlavə edilmiş video diskdən görünür ki, “VAZ 21-011” minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolu sol hissəsində əks istiqamətli hərəkət zolağının kənarında saxlamış, daha sonra nəqliyyat vasitəsini idarə edən şəxs- X2 avtomobildən enərək polis əməkdaşlarına yaxınlaşmışdır. Video yazıdan, eyni zamanda şikayət vermiş şəxsin özünün izahatından müəyyən olunur ki, X2 yolun sağ hissəsi ilə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla yolun sol tərəfində yerləşən mağazanın qarşısına keçmiş və əksistiqamətli hərəkət zolağının kənarında avtomobili saxlamışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1ci bəndinə əsasən hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin Qanununu 42-ci maddəsinin 7-ci bəndinə əsasən Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Həmin qaydalarla bağlı məhkəmə qeyd edir ki, Manevr etmə qaydalarına uyğun gəlməyən hərəkətlər, məsələn, qarşı tərəfdən gələn nəqliyyat vasitələrinin yoluna keçilməsi, digər yol hərəkət iştirakçılarına təhlükə yaratmaq manevr etmə qaydalarının pozulmasına gətirib çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkirrayonu YPX-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar