Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-929/2024 07.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1955-ci ildə Şəmkir rayonu, Muxtariyyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, təqaüdçü, işləməyən, Şəmkir rayonu, Muxtariyyə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, Gəncə Apellyasiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli 16(104)-67/2024 saylı icra vərəqəsinin icrasına əməl etməyərək Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Аzərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli və 08 iyul 2024-cü il tarixli e-16(076)-84/2024 nömrəli qərardadları qismən ləğv edilərək Zərərçəkmiş şəxs mülkiyyətində olan “Haval-2” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı, 2020-ci il istehsal tarixli, LGWEE4A41LH914030 ban nömrəli avtomibilin istismar edilməsi cavabdeh Şəxs İsbəndiyar oğluna və başqa şəxslərə qadağa edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, icra vərəqəsinin tələbərinin yerinə yetirməmişdir. Şəxs bir neçə dəfə icra şöbəsinə dəvət edilərək icra sənədinin tələblərinin yerinə yetirməsi tələb olunmuş, lakin Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən Gəncə Apellyasiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli və 08 iyul 2024cü il tarixli e-16(076)-84/2024 nömrəli qərardadları qismən ləğv edilərək Zərərçəkmiş şəxs mülkiyyətində olan “Haval-2” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı, 2020-ci il istehsal tarixli, LGWEE4A41LH914030 ban nömrəli avtomibilin istismar edilməsi cavabdeh Şəxs İsbəndiyar oğluna və başqa şəxslərə qadağa edilmişdir. O, icra sənədi üzrə Zərərçəkmiş şəxs mülkiyyətində olan “Haval-2” marakalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün ödənilmiş pulu Zərərçəkmiş şəxs ilə bir yerdə ödəmiş, yəni şərikli ödəmişlər. Ona görə də onun həmin nəqliyyat vasitəsini idarə etmək hüququ var, bu səbəbdən maşını təhvil verməkdən imtina edir. Ona görə də qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs icra məmuru tərəfindən zəng edilərək, məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkar X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 16(104)-67/2024 saylı icra vərəqəsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli və 08 iyul 2024-cü il tarixli e-16(076)-84/2024 nömrəli qərardadları qismən ləğv edilərək Zərərçəkmiş şəxs mülkiyyətində olan “Haval-2” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı, 2020-ci il istehsal tarixli, LGWEE4A41LH914030 ban nömrəli avtomibilin istismar edilməsi cavabdeh Şəxs İsbəndiyar oğluna və başqa şəxslərə qadağa edilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. О, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, tələbkarın şikayətçi olmasını və Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-929/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-929/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver