Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-936/2025 18.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Yusifli Seymur Mübariz oğlu, inzibati tənbeh tətbiq etmə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə dair materialı nəzərdən keçirib MÜƏYYƏNETDİ: X2 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, DİN-nin DYP-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər X1 qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X2 ərizəsini qeyrimüəyyən şəkildə əsaslandırmış, ərizənin nəticə hissəsi dəqiq müəyyən olunmamış, yəni o, mübahisələndirdiyi qərarı müraciətinə əlavə etməyərək hansı orqanın qərarından şikayət etməsini konkret olaraq göstərməmişdir. Həmin Məcəllənin 109.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması nəzərdə tutulmuşdur. Qeyd edilənlər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi qeyrimüəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla məhkəmə hansı qərarın mübahisələndirilməsini müəyyən edə bilməmiş və X2 şikayətinə əlavə etmiş olduğu sənədlər hazırkı işə baxılaraq qərar qəbul edilməsini istisna edir. Ona görə də məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə onu vermiş şəxsə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6, 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv olunması barədə X2 tərəfindən verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. Ərizəçiyə qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(076)-936/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-936/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver