Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-937/2024 12.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1998-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, Subay, orta təhsilli, işsiz, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1184/2021 saylı icra sənədi üzrə tələbi yerinə yetirməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1184/2021 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs Fərhad oğlunun xx.xx.2017-ci il təvəllüdlü, İslam və xx.xx.2019cu il təvəllüdlü Nuran adlı uşaqları ilə Şəxs müşayəti ilə saat 11:00-dan, 16:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qət edilmişdir. Lakin, Şəxs icra sənədində müəyyən edilmiş günlərdə uşaqları icra şöbəsinə gətirməmişdir. Bununla da o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından boyun qaçırmışdır. Şəxs səbəb kimi tələbkarın ona heç bir aliment ödənişi etməməsini və bu səbəbdən onun uşağı icra şöbəsinə gətirməyə belə imkanının olmamasını, uşağı saxlamaq üçün şəraitin olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən, hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də borclu haqqında qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu, Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1184/2021 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs Fərhad oğlunun xx.xx.2017-ci il təvəllüdlü, İslam və xx.xx.2019cu il təvəllüdlü Nuran adlı uşaqları ilə Şəxs müşayəti ilə saat 11:00-dan, 16:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qət edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs onun keçmiş əridir, məhkəmə yolu ilə boşanmışlar və Zərərçəkmiş şəxs uşaqların saxlanması üçün aliment tutulması müəyyən edilsə də, o, heç bir aliment ödənişi etmir, buna görə də, maddi vəziyyəti olduqca pisdir, uşağı icra şöbəsinə gətirməyə belə imkanı yoxdur, Zərərçəkmiş şəxs hərəkətlərinə görə onun uşaqlarla görüşməsini istəmir. Hazırda tələbkarın uşaqları ilə görüşməsinə maneçilik törətmir. O, qərəzli şəkildə icra sənədinin icrasından boyun qaçırmır. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar, Zərərçəkmiş şəxs Fərhad oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1184/2021 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs Fərhad oğlunun xx.xx.2017-ci il təvəllüdlü, İslam və xx.xx.2019-cu il təvəllüdlü Nuran adlı uşaqları ilə Şəxs müşayəti ilə saat 11:00-dan, 16:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1184/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi könüllü icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, icra sənədi üzrə Şəxs icra şöbəsinə gəlsə də, azyaşlı uşaqları görüş üçün gətirməmişdir və səbəb kimi Zərərçəkmiş şəxs aliment borcunu ödəməməsini bildirmişdir. İşdə olan Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, icra sənədi üzrə Şəxs icra şöbəsinə dəvət edilsə də, azyaşlı uşaqları görüş üçün, heç bir məlumat vermədən və üzürlü səbəb olmadan gətirməmişdir və mobil telefon ilə əlaqə saxlanılan zaman gəlməyəcəyini bildirmişdir. İşdə olan, xx.xx.2024-cü il tarixli, Şəmkir rayon İcra və Probasiya Şöbəsinə Şəxs tərəfindən verilmiş izahatında o, icra sənədi üzrə etməli olduğu hərəkətlərdən xəbərdar olduğunu, Zərərçəkmiş şəxs aliment üzrə öhdəliyini yerinə yetirmədiyini, uşaqları saxlamaq üçün şəraitin olmamasını bildirmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər, Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş akt və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Məhkəmə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1184/2021 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs Fərhad oğlunun xx.xx.2017-ci il təvəllüdlü, İslam və xx.xx.2019-cu il təvəllüdlü Nuran adlı uşaqları ilə Şəxs müşayəti ilə saat 11:00-dan, 16:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsini, eləcə də, borclunun həmin icra sənədinin icrasına maneçilik yaratmamasını nəzərə alaraq qeyd edir ki, hazırkı vəziyyətdə Şəxs icra sənədi üzrə tələbləri, o cümlədən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qərəzli şəkildə boyun qaçırması halı müəyyən edilmir. Belə ki, məhkəmə araşdırması zamanı və iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs tərəfindən azyaşlı uşaqların tələbkarla ünsiyyət hüququnun təmin edilməsinə maneçilik törətməsi halı müəyyən edilmir. Tələbkara rəsmi məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, həmçinin uşaqların saxlanması üçün nəzərdə tutulmuş aliment borcunu qərəzli şəkildə ödəməyərək hazırkı şəraiti yaratmışdır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şəmkir Rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-937/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-937/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver