Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-941/2024 07.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi: X1 Zərər çəkmiş şəxs, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, S.Qazıyeva küçəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, 08 iyul 2024-cü il tarixdə Şəmkir rayonu, S.Qazıyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs Nüsrəddin qızını vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin və şahidin izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, S.Qazıyeva küçəsində yaşayan Zərərçəkmiş şəxs Nüsrəddin qızı, xx.xx.2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdə, əri Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-nə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək ifadəsində göstərdi ki, o hazırda ailəsi ilə Şəmkir rayonu, S.Qazıyev küçəsində yaşayır. Barəsində şikayət edən Məhbubə onun arvadıdır. Aralarında mütəmadi mübahisələr olduğu üçün münasibətləri pozulmuşdur və 4 aydır ki, ayrı yaşayırlar. Onların evliliyindən 4 övladları vardır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində əvvəllər yaşadığı evdə olan zaman, Məhbubə onunla mübahisə etməyə başlamışdır. O, çölə çıxaraq getmək istədikdə, Məhbubə də arxasınca həyətə çıxmışdır. O, Məhbubəyə evə daxil olmasını bildirdikdə, məhbubə razılaşmamış və yenə mübahisə etməyə davam etmişdir. Həmin vaxt o, əsəbiləşərək Məhbubəni itələmişdir və o, yıxılmışdır. Bu səbəbdən, Məhbubə özünün baş nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə zərbələrər vurmağa başladıqda, Zamin oradan çıxıb getmişdir. Daha sonra o, polis əməkdaşları tərəfindən Şəmkir RPŞ-yə dəvət edilmişdir. Hazırda əməlindən peşmandır, məhkəmədən nəzərə alınmasını xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Nüsrəddin qızı, məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, o, hazırda Şəmkir rayonu, S.Qazıyev küçəsində yaşayır. Heç yerdə işləmir, evdar qadındır. Barəsində şikayət etdiyi, Şəxs onun əridir. Əri ilə aralarındakı münasibətlər pozulduğu üçün, təxminən 4 aydır ki, ondan ayrı yaşayır. Zərərçəkmiş şəxs bir neçə dəfə ərinin mobil telefonu ilə, başqa qadınla danışdığnı eşitdiyi üçün, aralarında olan münasibətlər pozulmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində onlar yaşadıqları evdə olan vaxt, əri paltarını dəyişən zaman, əynindəki alt paltarının fərqli olduğunu görmüşdür. O, əri ilə kredit ödənişini ödəməyə getmişdir və yaşadıqları evə qayıtdıqda, ərinə alt paltarını nə etdiyini soruşmuşdur. Həmin vaxt aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əri onu yumruqla baş və üz nahiyələrindən vuraraq döymüş və o, yerə yıxılmışdır. Daha sonra o, bu barədə Şəmkir RPŞ-yə müraciət etmişdir. Hazırda şikayətçidir məhkəmədən Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan, 18 iyul 2024-cü il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs Nüsrəddin qızının müraciəti əsasında Şəmkir RPŞ-də ilkin yoxlama aparılmış və Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 09 iyul 2024-cü il tarixli, 643 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Nüsrəddin qızının bədən səthində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində təpə nahiyəsinin sağ və sol yarısının, sol gözün bayır qurtaracağının, sağ əlin 2-ci barmağının arxa səthinin cüzi şişkinlik fonunda qançırları və alt dodağın sol yarsının kayma hissəsinin əzilmiş yarası küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 08 iyul 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin izahatını, 09 iyul 2024-cü il tarixli, 643 saylı ekspert rəyini və tədqiq edilmiş digər sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 07 avqust 2024-cü il tarixdən saat 12:35-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-941/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-941/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver