Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-942/2024 02.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X1 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş X6 idarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 22781532 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş X6 idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 22781532 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 Azərbaycan Respublikası DİN Baş X6 idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 22781532 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22781532 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək, iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 22781532 nömrəli elektron qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Çünki fotoşəkildə xətanı törədən avtomobilin onun idarə etdiyi avtomobil olub-olmaması ilə bağlı video görüntü mövcüd deyil, həmçinin sözügedən qərarda inzibati xətanın xüsusi texniki vasitə ilə qeydə alındığı göstərilmişdir. Qərar xüsusi texniki vasitə ilə yox, müşayiət kamerası vasitasi ilə qeydə alınaraq inzibati tənbeh vermə haqqqında qərar qəbul edilmişdir. Qeyd olunan müşayiət kamera xüsusi texniki vasitə deyil, həmin kameranın inzibati xəta hadisəsinin qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur, əgər olsa belə, qeyd olunan müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitə sayılır. Qeyd olunan texniki vasitətinin sertifikatının olub-olmamasını X4 tələb etsə də, ona yanlız məhkəmə sorğusu əsasında veriləcəyi bildirilmişdir. Odur ki, hesab edir ki, sözü gedən avtomobili çəkmiş müşayiət kamerasının sertifikatı mövcüd deyil və həmin kamera ilə xüsusi texniki vasitə kimi qərar qəbul oluna bilməz. Odur ki, Azərbaycan Respublikası DİN Baş X6 idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 22781532 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X2 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, xx.xx.2024–cü il tarixdə idarə etdiyi Nissan Sunny markalı 57–AA–110 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı–Qazax yolunun 379–cu km–də hərəkətdə olarkən qarşısı ilə hərəkət olan avtomobili ötmə əməliyyatı etmişdir. Lakin həmin vaxt o, əks istiqamətli hərəkət zolağına çıxmamış, bütov xətt qurtarandan sonra, yəni qırıq xəttə keçən zamanı ötmə əməliyyatı etmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası DİN Baş X6 idarəsinin vəzifəli şəxsi heç bir araşdırma aparmadan barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmçinin, qeyd edir ki, barəsində qəbul edilmiş qərarla razılaşmamış, bu səbəbdən X5 müraciət edərək avtomobilin görüntüsünü çəkən texniki vasitətinin sertifikatının olub-olmamasını tələb etmişdir. Lakin bununala bağlı ona heç bir məlumat verilməmiş, yanlız məhkəmə sorğusu əsasında veriləcəyi bildirilmişdir. Hesab edir ki, o, hər hansı inzibati xəta hadisəsi törətməmişdir. Odur ki, Azərbaycan Respublikası DİN Baş X6 idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 22781532 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası DİN Baş X6 idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli EQ 22781532 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024–cü il tarixdə idarə etdiyi Nissan Sunny markalı 57–AA–110 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı–Qazax yolunun 379–cu km–də hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–ci maddəsinə əsasən bu Məcəllənin 327–356–cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası DİN Baş X6 idarəsinin vəzifəli şəxsi xx.xx.2024-cü il tarixdə X1 idarə etdiyi avtomobillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 100 manat miqdarında inzibati cərimə edilmişdir. Həmin qərardan verilmiş şikayətə baxılarkən məhkəmə tərəfindən inzibati xəta ilə əlaqədar videogörüntülərin tələb edilib araşdırılması üçün Şəmkir RPŞ– nin DYPB–nə sorğu verilmiş, həmin sorğu xx.xx.2024–cü il tarixdə bölmə tərəfindən qəbul edilsə də, baş vermiş inzibati xəta hasisəsi ilə bağlı zəruri sənədlər, o cümlədən videogörüntülər məhkəməyə təqdim edilməmişdir. Elektron sistemdən çıxarılmış fotoşəkilə məhkəmə iclası zamanı baxış keçirilsə də, həmin fotoşəkildə X1 həqiqətən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması halının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında müəyyən etdi ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, Asif Fətullayev tərəfindən məhz İXM–nin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair hər hansı sənəd iş materiallarında aşkar edilməmişdir. İş materiallarında xx.xx.2024–cü il tarixli inzibati tənbeh vermə haqqında qərar vardır ki, həmin qərarda Asif Fətullayevin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirli bilinməsi qeyd edilsə də, baş vermiş inzibati xəta hadisəsi ilə bağlı zəruri sənədlər DYPB tərəfindən məhkəməyə təqdim edilməmiş, habelə Elektron sistemdən çıxarılmış fotoşəkillə inzibati xəta hadisəsinin baş verməsi dəqiq müəyyən olunmamışdır. Bu hal isə ona dəlalət edir ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar natamamdır. Azərbaycan Respublikası İXM–in 134.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6–cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 22781532 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2– ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 22781532 nömrəli inzibati xəta haqqında protokol yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-942/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-942/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver