Məhkəmə qərarları › İş №3(076)-944/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-944/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-944/2025 06.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim X1 Rzazadə Leyla Elçin qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 464-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Şəmkir Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM Azərbaycan Respublikası Maliyyə Nazirliyindən Şəmkir Rayon Məhkəməsinə baxılması üçün «Günəş Şəmkir” MMC-nin İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN * * * * * * * saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-nin tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə qanunda nəzərdə tutulmuş məcburi auditini aparmamışdır. Bununla da Şəxs MMC-nin tərəfindən Azərbaycan Respublikası İXM-in 464-cü maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, xx.xx.2025-ci il tarixdə «Günəş Şəmkir” MMC-nin barəsində MN * * * * * * * saylı inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə v ə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin və Şəxs MMC-nin nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş protokol əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN * * * * * * * saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə qanunda nəzərdə tutulmuş məcburi auditindən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. “Auditor Xidməti haqqında” Qanunun 2-ci maddəsinə əsasən Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə qanunda nəzərdə tutulmuş məcburi auditini aparmamışdır. Lakin qanunla müəyyən edilmiş vaxtda Şəxs MMC məcburi auditini cəlb etməmişdir. Bununla da Şəxs MMC-nin İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində İXM-nin 464-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və İXM-nin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar