Məhkəmə qərarları › İş №3(076)-950/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-950/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-950/2024 05.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X2 iştirakı ilə, Azərbaycan Respublikası, DİN-in Şəmkir RPŞ-nin DYPB-nin, xx.xx.2024-cü il tarixli, TP ******* saylı X2 barəsində tərtib edilmiş, inzibati tənbeh vermə haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayət verilmə müddətinin bərpa edilməsinə dair ərizəyə açıq məhkəmə iclasına baxaraq, MÜƏYYƏNETDİ: Barəsində qərar çıxarılmış X3, Azərbaycan Respublikası, DİN-in Şəmkir RPŞ-nin DYPB-nin, xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarından şikayət vermə müddətinin, həmin qərarın surətinin ona xx.xx.2024-cü il tarixdə təqdim edilməsi səbəbindən ötürülmüş müddəti üzrlü hesab edərək müddətin bərpa edilməsini, şikayətə mahiyyəti üzrə baxılmasını və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Polis şöbəsinin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tətbiq edilən inzibati xəta haqqında ******* nömrəli inzibati xəta protokolunda, xx.xx.2024-cü il tarixdə saat 09:55 radələrində sahibliyində və istifadəsində olan, QAZ 3105, 120 markalı, ** CA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini AR İXM-nin 329.1 və 333.1-ci maddələrinin hallarına yol verilməsinə görə, AR İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməyi qeyd olunmuşdur. Polis kapitanı X5 tərəfindən “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və Avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli TP ******* saylı qərarı tərtib edilmiş, həmin qərarda inzibati Xəta haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati xəta protokoluna və işin digər materiallarına baxaraq xx.xx.2024-cü il tarixdə saat 09:55 radələrində Şəmkir şəhəri, Z.Sarıyev küçəsi ərazisində sahibliyində və istifadəsində olan QAZ 3105 120 markalı, ** CA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yük daşıma qaydalarını pozmağım və “Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istıfadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə” əməlində AR İXM-nin 327.1-ci və 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli hesab edilməyi və ümumilikdə 400 (dörd yüz) manat məbləgində cərimə edilmə haqqında inzibati tənbeh novü tətbiq edilməsi qərara alınmışdır. Həmin qərar dəfələrlə tələb etdikdən sonra polis əməkdaşı tərəfindən mənə 06 07.2024-cü il tarixdə təqdim edilmişdir. Həmin qərarda isə qərarın rəsmi olaraq ona verildiyi gündən 20 gün müddətində şikayət vermək hüququnun olması qeyd edilmişdir. Şikayət və əlavə edilmiş sənədlər, Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)-90142024 saylı qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardadda barəsində tərtib edilmiş, xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan şikayəti AR İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulan 10 gün müddətində şikayət vermədiyinə görə geri qaytarılması qeyd edilmişdir. Ancaq, qeyd etdiyi kimi onun hərbiçi olaraq həmin ərəfədə Şuşa şəhərində ezamiyyətdə olduğuna görə qərardan şikayəti həmin qərarda qeyd edildiyi kimi 20 gün keçməmiş, yəni xx.xx.2024-cü il tarixdə tərtib etdirmiş və 24, 25 iyul tarixləri şənbə-bazar günləri olmaqla iş günü olmamasına görə, xx.xx.2024-cü il tarixdə qərardan şikayətini məhkəməyə təqdim etmişdir. Həmçinin, həmin qərardadda AR İXM-nin 130-cu maddəsinə əsasən qərardan şikayət vermə müddətinin ötürülməsinin üzürlü səbəblərinə dair sənədlər əlavə edilməklə yenidən məhkəməyə müraciət etmək hüquqununun olması qeyd edilmişdir. Qeyd etdiyi kimi inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətnin həmin qərarın surəti ona əl ilə xx.xx.2024-cü il tarixdə təqdim edilməsinə görə, həmin qərardan xx.xx.2024-cü il tarixdə şikayət tərtib edərək xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etməyinə görə şikayət vermə müddətinin ötürülməsini üzürlü hesab edərək bərpa edilməsini və həmin inzibati tənbeh vermə qərarından verdiyi şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X1 cavablandırarkən qeyd etmişdir ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra elə həmin gün yəni xx.xx.2024-cü il tarixdə ona sms gəlmiş, lakin ondan bir müddət sonra ezamiyyətdə olduğu üçün şikayət verə bilməmişdir. Odur ki, ərizəsinin dəlillərini müdafiə edərək ərizənin təmin edilməsini və barəsində olan tənbeh vermə qərarının ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası, DİN-in Şəmkir RPŞ-nin DYPB-nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası, DİN-in Şəmkir RPŞ-nin DYPB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan, xx.xx.2024-cü il tarixli, 546 nömrəli ezamiyyət vəsiqəsinin surətindən görünür ki, X3, xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək Salyan rayonunda yerləşən hərbi hissəyə ezam edilmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət vermə müddətinin bərpa edilməsi üçün əsaslar müəyyən edilmədiyindən X2 ərizəsi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X2 mübahisələndirdiyi qərar xx.xx.2024cü il tarixdə qəbul edilmiş, lakin qanunla müəyyən edilmiş müddət ərzində qərardaddan şikayət verilməmiş, buna görə də ərizəçinin şikayəti geri qaytarılmış, bununla belə ərizəçi, xx.xx.2024–cü il tarixdə şikayət vermə müddətinin üzürlü səbəblərlə əlaqədar ötürdüyündən müddətin bərpa edilməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Bütün qeyd olunan hallar onu deməyə əsas verir ki, ərizəçi mübahisələndirdiyi qərar üzrə şikayət vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı isə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Elçin Səfərov şikayət vermə müddətinin ötürülməsini ezamiyyətdə olması ilə əlaqələndirsədə, vəsatətə əlavə edilmiş ezamiyyət vəsiqəsinin surətindən görünür ki, X3, xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək Salyan rayonunda yerləşən hərbi hissəyə ezam edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qərardan şikayət vermək üçün kifayət qədər vaxtı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi vaxtında qərardan şikayət verməməsinə formal şəkildə haqq qazandırmaq niyyətilə ərizədə əsası olmayan halları göstərmiş və sübut əhəmiyyəti kəsb etməyən materialları ərizəyə əlavə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 Azərbaycan Respublikası, DİN-in Şəmkir RPŞ-nin DYPB-nin, xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası, DİN-in Şəmkir RPŞ-nin DYPB-nin, xx.xx.2024-cü il tarixli, TP ******* saylı, X2 barəsində tərtib edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsindən imtina edilsin. Qərardan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar