Məhkəmə qərarları › İş №3(076)-957/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-957/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-957/2024 15.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Tələbkar: "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə, Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2428/2022 saylı icra sənədi üzrə yaranmış cəmi 559 manat aliment borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, X3, məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli, 2(076)-2428/2022 saylı icra sənədinə əsasən, Şəxs 529 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi alınıb "xxxx" MMC ödənilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs cəmi 359 manat borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra borclu tələbkara 200 manat ödəmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli, 2(076)-2428/2022 saylı icra sənədinə əsasən, Şəxs 529 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi alınıb "xxxx" MMC ödənilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilməmişdir. Belə ki, tələbkara olan borcundan 200 manat ödəniş etsə də, qalan borcunu ödəyə bilməmişdir. Hazırda həmin borcu da, ödəməkdən boyun qaçırmır və borcu ödəməli olmasını bilir. Ailəlidir, hazırda işləmir, bununla belə borcunu qısa zamanda ödəməyi öhdəsinə götürür. Odur ki onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı, "xxxx" MMC-nin nümayəndəsi X4, izahatında göstərdi ki, borclu tərəfindən icra sənədinə etinasız yanaşılır, icra məmuru dəfələrlə xəbərdarlıq etmiş, lakin, borclu hazırkı vaxtadək tam olaraq öhdəliyi yerinə yetirməmişdir. Hazırda 200 manat ödəniş etsə də, 359 manat borc qalmaqdadır. Ona görə də borclunun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli, 2(076)-2428/2022 saylı icra sənədinə əsasən, Şəxs 529 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu əvəzi alınıb "xxxx" MMC ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2428/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, borclu Şəxs, tələbkara olan ümumi 559 manat borcundan, 200 manat ödəniş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən, üzürsüz səbəbdən və qərəzli olaraq icra etməməsi, yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkara olan, ümumi 559 manat borcundan 200 manat ödəniş etmiş, qalan borcunu isə qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev İş № 3(076)-957/2024 QƏRARDAD (inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında) ŞƏMKİR RAYON MƏHKƏMƏSİ xx.xx.2024-cü il Şəmkir şəhəri Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev X5 Rayon Məhkəməsinin icraatında olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin materiallarını nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2428/2022 saylı icra sənədi üzrə yaranmış cəmi 559 manat aliment borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İşin baxılması Şəmkir Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir, işin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil, inzibati xəta haqqında işin materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir, işin icraatını rədd edən hallar mövcud deyil, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etiraz yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Odur ki, inzibati xəta haqqında iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 15:40-a təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı, 109-cu və 111-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclası Şəmkir şəhərinə, Şəmkir Rayon Məhkəməsinin binasına xx.xx.2024-cü il tarixə saat 15:40-a təyin edilsin. İşin məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs və inzibati protokol tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakları təmin edilsin. Hakim: Taleh Musayev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ AZ-5700 Şəmkir şəhəri, H.Əliyev prospekti, 2 Tel: (02230) 5-74-07, Faks: (02230) 5-35-24 www.shamkircourt.gov.az Elektron ünvan İş № 3(076)-957/2024 xx.xx.2024-cü il Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru cənab Zaur Aslanova Surəti: Şəxs Şəmkir rayonu, Zəyəm qəsəbəsi. Surəti: "xxxx" MMC-yə Bakı şəh, Yasamal ray, Moskva pr 73 A Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli 3(076)– 957/2024 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərar “ ” vərəqə Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar