Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-958/2024 02.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin Şəmkir rayonu Polis X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin Şəmkir rayonu polis X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X1 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 01-30 radələrində müvəqqəti istifadəsində olan Hunday Sonata markalı, ** HG *** dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə Gədəbəy şəhərindən Şəmkir şəhərinə qaydarkən avtomobil yolunun "Yasamal aşırımının" sonlarında Şəmkir rayon X11 Polis Xidmətinin 2 nəfər əməkdaşları idarə etdiyi avtiomaşının saxlanması işarəsini verdilər və o avtomaşınını saxladıqdan sonra özlərini başqa adlarla "Firdovsi və İntizam" adları il ona təqdim edərək əməlində hər hansı inzibati xətanın olmasını bildirmədən məndən içkili olub- olmamasını soruşdular. O isə spirtli içki içmədiyini bildirdikdən sonra özlərində artıq hazır- quraşdırılmış vəziyyətdə olan alkotestr deyilən aparatı ona tərəf uzadaraq həmin aparata üfürməyini tələb etdilər. O, polis əməkdaşlarına iradını bildirərək alkotestr aparatını salafan torbada açılmamış vəziyyətdə olmaqla onun iştirakı ilə açılıb quraşdırılaraq üfürməyi üçün ona təqdim edilməli olduğu halda hansı əsasla onun iştirakı olmadan artıq quraşdırılaraq bəlkə də içərisinə spirtli içki tökülməklə spirt iyi olan vəziyyətdə ondan üfürməyini tələb etmələrinin səbəbini soruşduqda "uzun danışmamasını, üfürməyini" tələb etdilər. Ancaq, 5 dəfə üfürdükdən sonra sərxoş olmağına dair nəticə almalarını bildirsələr də ona aparatdakı qeydiyyatı göstərmədən "məsələni araşdırmaq üçün” avtomaşınını X7 Şəmkir şəhərində yerləşən cərimə meydançasına apardılar və onu aldadaraq iştirakıyla heç bir akt və ya protokol tərtib edilmədən meydançaya yerləşdirib, ona tezliklə qaydacaqlarını bildirib uzaqlaşdılar. O isə polis əməkdaşlarından onu norkoloji həkim müayinəsindən keçirmələrini tələb etsə də nəticəsi olmadı. Belə olanda o, Şəmkir rayon Mərkəzi Xəstəxanasında norkoloq həkim işləməsini bildiyi Kəmalə Həkimin evinə gedərək onu öz təşəbbüsü ilə norkoloji müayinədən keçirərək sərxoş olub-olmamasınnı müəyyən etməsini xahiş etmişdir. Ancaq, Kəmalə həkim polis əməkdaşlarının özlərinin müşayiəti və ya polis tərəfindən göndərilmiş məktub olmadan onu müayinədən keçirmək səlahiyətinin olmamasını bildirməklə imtina etdi. Bundan sonra o, DİN-nin 102 qaynar xəttinə mobil telefonu ilə zəng edərək Yol Polis Xidməti əməkdaşlarının mənə qarşı etdikləri qanunsuzluqlar barədə məlumat vermişdir. Səhərisi günü isə Yol Polis Xidməti Bölməsinin rəisinin qəbulunda olaraq ona qarşı edilmiş qanunsuzluqlar barədə məlumat vermiş və ona təqdim edilən, polis əməkdaşlarının özlərini sığortalamaq məqsədi ilə tərtib etdikləri İX protokolunu alaraq xx.xx.2024-cü il tarixdə isə xx.xx.2024-cü il tarixli "Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və Avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı" qərarını əldə edərək həmin qərardan məlum şikayəti tərtib etdirmişdir. Şəmkir rayon X11 Patrul Xidməti X9 Taleh Sabir oglunun "Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və Avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan in- zibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarında Şəmkir rayon X11 Patrul Xidməti polis serjantı X3 "Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ile əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibatixəta haqqında İXP ******* No-li protokoluna və işin digər materiallarına istinad edərək xx.xx.2024-cü il tarixdə saat 01-30 radələrində müvəqqət istifadəsində olan Hunday Sonata markalı, ** HG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmaga görə və nəqliyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə əməlində AR İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə görə barəsində ümumilikdə 400 (dörd yüz) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis mayoruu X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 İXM-in 329.3 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Belə ki, Azərbaycan Respublikası İXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Belə ki, şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş olmamasını qeyd etsə də qeyd etdiyi halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis mayoru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis mayoru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-958/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-958/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver