Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-959/2024 15.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Şəmkir rayonunda, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2208/2018 saylı icra sənədi üzrə yaranmış borcu ödəməyərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati tənbeh almasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar olaraq Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2208/2018 saylı icra sənədinə əsasən, Şəxs, 04 may 2018-ci il tarixdən başlayaraq Nizami adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi və cavabdehdən 10 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2950/2023 saylı icra sənədinə əsasən, Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 200 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Borcunu ödəmədiyi üçün ona, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmiş və qərar qanuni qüvvəyə minmiş, lakin borclu məhkəmənin eyni icra sənədi üzrə tələbləri yerinə yetirməkdən təkrar boyun qaçırmışdır. Hazırda Şəxs 4150 manat borcu vardır. Şəxs borcu həm 2(076)-2208/2018 saylı icra sənədi üzrə, həm də, xx.xx.2023-cü il tarixli, 2(076)-2950/2023 saylı icra sənədi üzrə mövcuddur. Belə ki, ondan əvvəlcə, hər ay tutulmalı olan 150 manat məbləğində aliment müəyyən edilmiş, daha sonra həmin alimentin məbləği məhkəmə tərəfindən artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilmiş, lakin, cavabdeh alimentin məbləğinin artırılmasınadək olan müddətdəki borcunu da hazırda ödəməmişdir . Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət etmir. Ayrı-ayrı vaxtlarda formal olaraq ödənişlər etsə də, mütəmadi olaraq borcunu ödəmir və buna görə də yüksək məbləğdə borc yaranmışdır. Ona görə də, hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2208/2018 saylı icra sənədinə əsasən, ondan, 04 may 2018-ci il tarixdən başlayaraq Nizami adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi və ondan 10 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2950/2023 saylı icra sənədinə əsasən, ondan, hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 200 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəməkdə çətinlik çəkir. Özü heç bir yerdə işləmir, ona görə də hazırkı vaxtda borcundan ödəniş edə bilməmişdir. Bundan başqa, ona Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmiş və qərar qanuni qüvvəyə minmiş və o, inzibati tənbeh üzrə cəzasını çəkmişdir. Borcundan müəyyən ödənişlər etmişdir, hər ay mümkün qədər ödəməyə çalışır, icra sənədinin tələblərini yerinə yetirməmək fikri yoxdur. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar, X4 izahatında göstərdi ki, borclu tamamilə ödəniş etməkdən yayınır, 2018-ci il tarixdən alimentin tutulması müəyyən edilsə də, hazırkı vaxtadək mütəmadi olaraq borcunu ödəmir, məsuliyyətədən yayınmaq üçün, bəzi vaxtlarda az-az ödənişlər etmişdir, uşağın saxlanmasında çətinliklər var, ödəyəcəyi məbləğin miqdarı çoxdur, onun pula ehtiyacı yaranıb lakin ödəniş edilmədiyindən hazırda pis vəziyyətdədir. Ona görə də, şikayətçidir, məhkəmədən borclu barəsində daha ciddi inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)- 2208/2018 saylı icra sənədinə əsasən, Şəxs, 04 may 2018-ci il tarixdən başlayaraq Nizami adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi və cavabdehdən 10 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 2950/2023 saylı icra sənədinə əsasən, Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 200 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində olan, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2208/2018 saylı və xx.xx.2023-cü il tarixli, 2(076)-2950/2023 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, “Tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədlərində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)- 2208/2018 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2208/2018 saylı icra sənədinə əsasən, Şəxs, 04 may 2018-ci il tarixdən başlayaraq Nizami adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi və cavabdehdən 10 manat dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 2950/2023 saylı icra sənədinə əsasən, Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 200 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Bununla belə, borclu icra sənədi üzrə öhdəliyi yerinə yetirməmiş, icra sənədinin icrasından yayınmışdır. Həmçinin, icra sənədi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati tənbeh almışdır. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, tələbkar X1 izahatlarını, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatını, tədqiq edilmiş digər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında, maddi vəziyyətinin qənaətbəxş olmamasına, habelə, müxtəlif vaxtlarda ödənişlər edərək borcunu ödəməkdən yayınmamasına dair verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. О, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini və Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 15 avqust 2024-cü il tarixdən saat 18:10-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-959/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-959/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver