Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-96/2023 31.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X5 Tələbkar: "xxxx" ASC-nin nümayəndəsi Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X6 iştirakı иля xx.xx.1984-cü ildə Ermənistan, Vardenis rayonunda anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsill, evli, işləməyən, Şəmkir rayonu, Çənlibel kəndində yaşayan X13 оьлунун Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X8, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-348/2021 saylı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2448/2021 saylı icra sənədləri üzrə yaranmış 4.682,87 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, X8 Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X4 cəmi 2.252,26 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Eləcə də, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X4 cəmi 2.370,61 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir. X3 dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. X1 4.682,87 manat borcu vardır. X8 icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar "xxxx" ASC-nin nümayəndəsi Şəxs izahatında göstərdi ki, borclu X8 təmsil etdiyi banka olan borcunu ödəməkdən qəsdən yayınır. Dəfələrlə borclu banka olan borcunu ödəmək üçün vaxt istəmiş, lakin hazırki vaxtadək borcunu tam şəkildə ödəməmişdir. Hesab edir ki, borclu banka olan borcunu ödəməkdən qəsdən yayınır, ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu X8 izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan cəmi 2.252,26 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Eləcə də, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan cəmi 2.370,61 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu birdəfəyə ödəyə bilməmişdir. Belə ki, krediti götürən zaman rəsmi iş yeri olmuş, bu səbəbdən ona kredit verilmişdir. Lakin sonradan işdən çıxmışdır. Bundan sonra maddi vəziyyəti pisləşmiş və borcunu ödəyə bilməmişdir. Bununla belə borcunu ödəməkdən heç vaxt yayınmamış və borcu ödəməli olmasını bilir. Hazırda "xxxx" ASC-yə olan borcundan 150 manat ödəmiş, qalan borcu isə hər ay minimum 50 manat olmaqla, ödəməyi öhdəsinə götürür. Eləcə də, "xxxx" KB ASC ilə borcun ödənilməsi ilə bağlı razılaşmışlar. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar "xxxx" KB ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X4 cəmi 2.252,26 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X4 cəmi 2.370,61 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəmə qəbzindən görünür ki, X8 "xxxx" ASC-yə 150 manat məbləğində pul ödəmişdir. İşdə olan və borclu X8 tərəfindən yazılmış ərizədən görünür ki, o, tələbkara olan borcunu hər ay minimum 50 manat olmaqla, ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, işdə olan sənədlər və digər iş materialları ilə X2 icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X8 maddi və ailə vəziyyətinin yaxşı olmaması səbəbindən banka olan borcunu ödəyə bilməmişdir. Bununla belə iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə "xxxx" ASC-yə olan borcundan 150 manat ödəmiş, qalan borcu isə hər ay minimum 50 manat olmaqla, ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, "xxxx" KB ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, borclu isə "xxxx" KB ASC ilə borcun ödənilməsi ilə bağlı razılaşdıqlarını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə X2 əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Bunun əksinə olaraq X6 borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırmaması, banka olan borcundan 150 manat ödəniş etməsi, qalan borcu isə ödəyəcəyi barədə öhdəlik götürməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. X2 əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən X2 barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şəmkir Rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-96/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-96/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver