Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-962/2023 19.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 18 iyun 2023-cü il tarixli protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayon Polis Şöbəsinin inzibati binasının qarşısında sərxoş vəziyyətdə ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq polis əməkdaşlarına müqavimət göstərmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Şəmkir Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərardadı ilə Şəxs barəsində MN ******* nömrəli protokol üzrə 3(076)-962/2023 saylı və MN ******* nömrəli protokol üzrə 3(076)-961/2023 saylı inzibati işlərə baxılması, Şəxs tərəfindən eyni vaxtda törədildiyindən və eyni orqanın səlahiyyətinə aid olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda 3(076)-961/2023 sayla birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 18 iyun 2023-cü il tarixdə gecə saat 02 radələrində Şəmkir RPŞ-nə bir nəfər şəxsin yolda yıxılması ilə bağlı məlumat daxil olmuş, həmin məlumat əsasında qeyd olunan yerə getmişlər, lakin həmin şəxsi görməmişlər. Onlara həmin şəxsin yolda yıxılması ilə bağlı AR SN-nin 103 təcili tibbi yardım xidmətinə məlumat verildiyi və hazırda həmin şəxsin xəstəxanaya aparıldığı məlum olmuşdur. Bundan sonra polis əməkdaşları xəstəxanaya getmiş və həmin şəxsin Şəxs olmaqla sərxoş vəziyyətdə olduğunu bilmişlər. Daha sonra Şəxs Şəmkir RPŞ-nə gətirmişlər. Şəxs polis şöbəsində nalayiq ifadələr işlədərək özünə xəsarət yetirmək istəyərkən onu nizam intizama dəvət edən polis əməkdaşlarına tabesizlik göstərmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə protokol tərtib etmişdir. Məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə toyda dostları ilə birlikdə spirtli içki qəbul etmiş, daha sonra həmkəndlisi Orxanla aralarında dava olmuşdur. Bundan sonra özünü pis hiss etdiyi üçün sərxoş vəziyyətdə toydan çıxmış, ayıldıqda isə Polis Şöbəsində olduğunu görmüşdür. Sərxoş olduğu üçün ayıldığı vaxtadək olanlardan xəbəri olmamış və daha sonra həmin vaxt özünə xəsarət yetirdiyini bilmişdir. Əməlindən peşmandır. Məhkəmədən ailəli olmasını, himayəsində 3 azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirəni olmaqla ailəsini fəhləlik etməklə dolandırdığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X2 izahatında göstərmişdir ki, 18 iyun 2023-cü il tarixdə gecə saat 02 radələrində Şəmkir RPŞ-də xidmətdə olarkən bir nəfər şəxsin yolda yıxılması ilə bağlı məlumat daxil olmuş, həmin məlumat əsasında qeyd olunan yerə getmişlər, lakin həmin şəxsi görməmişlər. Onlara həmin şəxsin yolda yıxılması ilə bağlı AR SN-nin 103 təcili tibbi yardım xidmətinə məlumat verildiyi və hazırda həmin şəxsin xəstəxanaya aparıldığı məlum olmuşdur. Bundan sonra xəstəxanaya getmişlər və həmin şəxsin Şəxs olmaqla sərxoş vəziyyətdə olduğunu bilmişlər. Daha sonra Şəxs Şəmkir RPŞ-nə gətirmişlər. Şəxs polis şöbəsində nalayiq ifadələr işlədərək özünə xəsarət yetirmək istəyərkən onu nizam intizama dəvət edən polis əməkdaşlarına tabesizlik göstərmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 18 iyun 2023-cü il tarixdə saat 02:40-da inzibati qaydada tutulmuşdur. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 170 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 0,8 pr. alkoqol sərxoşluğu aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi, proses iştirakçılarının izahatı, şahidin ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə Şəxs oğlunun əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, hadisəni sərxoş vəziyyətdə törəsməsi isə onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi onun əməlindən səmimi peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin, məhkəmə hesab edir ki, Şəmkir rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına məhkəmə iclasında iştirak etməyə sərf edilmiş ümumilikdə 2 (iki) saata görə (2 saat X 6 manat) 12 manat ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Şəmkir rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında iştirak etdiyi saatlara, ümumilikdə 2 (iki) saata görə hər saat üçün 6 (altı) manat hesabı ilə cəmi 12 (on iki) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. (Hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod: 805670; VÖEN: **********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya bir başa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protetst verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-962/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-962/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver