Məhkəmə qərarları › İş №3(076)-966/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-966/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-966/2024 02.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış: "xxxx" ASC–nin baş direktoru X1 nümayəndəsi X4 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax–Tovuz regional şöbəsinin baş məsləhətçisi, baş əmək müfəttişi X2 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin, "xxxx" ASC–nin baş direktoru X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1–ci maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə "xxxx" ASC–nin baş direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz region üzrə X11 tərəfindən bildiriş göndərilmişdir. Həmin bildirişdə barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 22 iyul 2024-cü il tarixli MN №1932278 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolun müzakirəsi xx.xx.2024-cü il tarixə saat 12:00a təyin olunduğu göstərilmişdir. Həmin tarixdə region üzrə X6 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədildiyi və 1.200 manat məbləğində cərimə tənbeh növünün tətbiq edildiyi bildirilmişdir. Bildirir ki, "xxxx" ASC-nin baş direktoru X8 tərəfindən istehsalatda N 'l baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmaması dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verilməmişdir. "xxxx" ASC tərəfindən heç bir qanunsuzluq olmamışdır. Bu barədə qanuna müvafiq qaydada araşdırma aparmaları tələb edilsə də, buna məhəl qoyulmamış və heç bir araşdırma aparılmamışdır. Buna baxmayaraq, yenə də X11 Xidməti əsassız və qanunsuz olaraq 1.200 manat məbləğində cərimə tənbeh növü tətbiq etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz regional ərazi şöbəsinin 22 iyul 2024-cü il tarixli MN №1932278 saylı protokolu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməmiş, onun izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin protokol tərtib edilərkən iştirakı təmin edilmədiyi halda protokol 29 iyul 2024-cü il tarixli, №3-17-5/2-50046/2024 nömrəli məktubla Şəmkir rayonu Zəyəm qəsəbəsi S.Vurğun 24 ünvana göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Göründüyü kimi DƏMX-nin Qazax- Tovuz regional ərazi şöbəsi tərəfindən barəsində 22 iyul 2024-cü il tarixli MN №1932278 saylı protokol tərtib edilərkən onun iştirakı təmin edilməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulduğundan həmin protokol əsasında DƏMX-nin Qazax-Tovuz regional ərazi şöbəsinin rəisi X3 tərəfindən çıxarılmış "xxxx" ASC-nin Baş direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə 1.200 (bir min iki yüz) manat məbləğində cərimə olunmasına dair 29 iyul 2024-cü il tarixli, MN MN № ******* saylı inzibati xəta haqqında qərarı qanunsuz və əsassızdır. 05 avqust 2024-cü il tarixdə poçt vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin inzibati tənbeh vermə haqqında 29 iyul 2024-cü il tarixli, MN MN № ******* nömrəli qərarının surətini almışdır. Hadisə ilə bağlı qeyd edir ki, X13 öz ehtiyatsızlığından iş zamanı əlini zədələmiş və heç kimə xəbər etmədən iş yerindən getmişdir. Bu baş vermiş hadisəni görənlər də X7 öz ehtiyatsızlığından etməsini izahatlarında bildirmişlər. İnzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli şəxs yalnız X7 ərizəsinə əsaslanaraq, qərəzli olaraq barəsində əsassız və qanunsuz bir qərar qəbul etmişdir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin inzibati tənbeh vermə haqqında 29 iyul 2024-cü il tarixli, MN MN № ******* nömrəli qərarı əsassız hesab edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hadisə 09 fevral 2023-cü ildə baş vermişdir. Lakin həmin hadisənin üzərindən 1 il 6 ay keçməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz regional şöbəsi qanunsuz olaraq belə bir qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının İXM-nin 38.5ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli şəxs qərəzli olaraq onun barəsində əsassız və qanunsuz bir qərar qəbul etmişdir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin inzibati tənbeh vermə haqqında 29 iyul 2024-cü il tarixli MN № ******* nömrəli qərarı əsassız hesab edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış "xxxx" ASC–nin baş direktoru X1 nümayəndəsi X10 göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı tam əsassız və qanunsuz olmuş, işin faktiki halları araşdırılmadan nümayəndəsi olduğu şəxs inzibati cərimə edilmişdir. Belə ki, mübahisələndirilən qərarda istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi qeyd edilmişdir. Halbuki, "xxxx" ASC–nin işçisi X13 09 fevral 2023-cü ildə öz ehtiyatsızlığından iş zamanı əlini zədələmiş və heç kimə xəbər etmədən iş yerindən getmişdir. Bu baş vermiş hadisəni görənlər də X7 öz ehtiyatsızlığından etməsini izahatlarında bildirmişlər. İnzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli şəxs yalnız X7 ərizəsinə əsaslanaraq, qərəzli olaraq X1 barəsində əsassız və qanunsuz bir qərar qəbul etmişdir. Həmçinin, qeyd edir ki, hadisə 09 fevral 2023-cü ildə baş vermişdir. 03 iyul 2024-cü il tarixdə isə sənədlərin təqdim edilməsi ilə bağlı "xxxx" ASC–yə müraciət edilmişdir. 22 iyul 2023-cü il tarixdə X1 barəsində protokol tərtib edilmiş, 29 iyul 2023-cü il tarixdə isə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi həmin hadisənin üzərindən 1 ildən çox müddət keçməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz regional şöbəsi qanunsuz olaraq belə bir qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının İXM-nin 38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin inzibati tənbeh vermə haqqında 29 iyul 2024-cü il tarixli MN № ******* nömrəli qərarı əsassız hesab edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, şikayətin təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax–Tovuz regional şöbəsinin baş məsləhətçisi X9 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək göstərdi ki, "xxxx" ASC–nin baş direktoru X8 tərəfindən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmaması dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən şəxsin barəsində xx.xx.2024–cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024–cü il tarixli qərarla Xanlar Hümmətov İXM–nin 555.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 manat məbləğində cərimə olunmuşdur. Əlavə olaraq qeyd edir ki, onlar 03 iyul 2024-cü il tarixdə sənədlərin təqdim edilməsi ilə bağlı "xxxx" ASC–yə müraciət edilmiş, bundan sonra araşdırma aparılmış və müvafiq inzibati xəta haqqında protokol və qərar qəbul edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X1 şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC–nin baş direktoru X8 tərəfindən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmaması dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verilməmiş, bununla da, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə işə baxılması xx.xx.2024–cü il tarixə saat 12:00–a təyin edilmiş, bu barədə "xxxx" ASC–nin baş direktoru X5 məlumat verilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" ASC–nin baş direktoru X8 tərəfindən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmaması dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verilməmiş, həmin qərar xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş və «Zəyəm Texnologiyalar Parkı” ASC– nin baş direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi 09 fevral 2023-cü ildə baş vermiş, yəni "xxxx" ASC–nin işçisi həmin tarixdə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində xəsarət almışdır. 03 iyul 2024cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax–Tovuz regional şöbəsi tərəfindən sənədlərin təqdim edilməsi ilə bağlı "xxxx" ASC–yə müraciət edilmişdir. 22 iyul 2023-cü il tarixdə X1 barəsində protokol tərtib edilmiş, 29 iyul 2023-cü il tarixdə isə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi inzibati xəta hadisəsinin baş verməsindən bir ildən çox müddət keçmişdir. Azərbaycan Respublikası İXM–nin 38.1–ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri–hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri–hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5–ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6–cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38–ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında icraata xitam verilir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş və həmin vaxtdan bir ildən çox müddət keçmişdir. Beləliklə, yuxarıda qeyd olunan hallar onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34–cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1–ci maddəsi ilə təqsirli bilinib 2.000 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1–ci maddəsi ilə təqsirli bilinib 1.200 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar