Məhkəmə qərarları › İş №3(076)-967/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-967/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-967/2024 02.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış: X2 nümayəndəsi X9 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin baş məsləhətçisi, baş əmək müfəttişi X5 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsinin, "xxxx" QSC–nin direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsinin inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə "xxxx" QSC–nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarında göstərilmişdir ki, "xxxx" QSC–nin direktoru X7 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X10, X3 və X8 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsində nəzərdə tutulmuş (vəzifəli şəxs kimi) inzibati xətanı törətməsi və həmin maddənin tələbinə əsasən 3.000 (üç min) manat məbləğində cərimə olunması qərara alınmışdır. Hesab edir ki, həmin qərar tam əsassızdır, Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri pozularaq qəbul edilmişdir və buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. İlk öncə barəsində tərtib olunmuş X14 Xidmətinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli qərarında protokolun tərtib edilməsi göstərilsə də, onun bu protokoldan xəbəri yoxdur, protokolla tanış deyil və protokolu imzalamamışdır. Barəsində tərtib olunmuş X14 Xidmətinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli qərara baxılan zamanı onun iştirakı təmin olunmamış, inzibati xəta ilə bağlı olan işin baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, nəticədə qərar qəbul edən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalara dair müdafiə hüququnu hazırlamaqla yanaşı vaxtında gəlməməsinə şərait yaratmamış, sübutların araşdırılması və qiymətləndirilməsi prinsiplərini pozmuşdur. Yəni, barəsində inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmışdır. İşə baxılmasının yeri və vaxtı ona vaxtında bildirilməmiş və bu barədə onun məlumatı olmamışdır. Həmçinin, qeyd edir ki, X14 Xidmətinin əməkdaşları tərəfindən qərarda adları göstərilən şəxslər onların ərazisində iş fəaliyyəti ilə məşğul olarkən aşkar olunmamışlar. Belə ki, "xxxx" QSC Respublikanın müxtəlif rayonlarında kənd təsərrüfatı sahəsində, o cümlədə işğaldan azad olunmuş ərazilərdə intensiv bağçılıqla məşğuldur. İş fəaliyyəti ilə əlaqədar olaraq işğaldan azad olunmuş ərazilərə həm cəmiyyətin əməkdaşları ilə, həm də kənar hüquqi şirkətin əməkdaşları iş fəaliyyətinə (xidmətlərə) cəlb edilməkdədir. Kənar hüquqi şirkətin əməkdaşları ilə cəmiyyətin müxtəlif sahələrində rəsmi və ya şifahi qaydada razılaşdırılmış işlər görülməkdədir. Başqa hüquqi şirəkətin əməkdaşlarının gördükləri işlərin cəmiyyətin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Həmin hüquqi şirkətin əməkdaşları cəmiyyətin suvarma sisteminin quraşdırılması, torpaqların becərilməsi və digər aqrotexniki işlərlə məşğul olmaqdadırlar. Qərarda adları göstərilmiş şəxslər də başqa hüquqi şəxsin əməkdaşları olmuş və cəmiyyətin işğaldan azad olunmuş ərazilərdə xidmət göstərilməsi üçün cəmiyyətin iş faliyyəti ilə bağlı olmayan işə cəlb olunmuşlar. Lakin həmin şəxslərin cəmiyyətlə heç bir rəsmi müqaviləsi olmamışdır. Cəmiyyət tərəfindən şəxslərin işğaldan azad olunmuş ərazilərə keçməsi üçün icazələr alınarkən hər bir şəxs üçün maksimum icazə verilən 3 aylıq icazələr alınmışdır. Həmin icazənin bir dəfəlik 3 aylıq müddətə götürülməsində səbəb isə həmin şəxslərin tez–tez əraziyə keçərək cəmiyyətin müəyyən edilmiş sahələrinə köməklik və xidmət göstərmələri olmuşdur. Bir daha qeyd etmək istəyir ki, qərarda qeyd olunan şəxslər cəmiyyətin işçiləri olmamışlar. Həmin şəxslər başqa hüquqi şirkətin əməkdaşları olmuş və cəmiyyətə xidmət göstərmişlər. Azərbaycan Respublikası ƏƏSMN yanında X14 Xidmətinin əməkdaşları qərarda göstərilən şəxslərin cəmiyyət tərəfindən icazə alınaraq işğaldan azad olunmuş ərazilərə keçməsi üçün alınmış icazələrə əsasən həmin şəxslərin cəmiyyət tərəfindən iş cəlb edildiyi əsasla cəmiyyətin barəsində protokol və qərar tərtib etmişlər. Göründüyü kimi X14 Xidməti tərəfindən güman və ehtimallara əsasən protokol tərtib olunmuş, həmin şəxslərin cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan bir işə cəlb olunarkən yerində aşkar olunmamışlar. Hesab edir ki, cəmiyyət tərəfindən heç bir hüquqi pozuntu olmadan, güman və ehtimallara əsaslanaraq cəmiyyətin barəsində İXM–nin 192.1–ci maddəsi ilə protokol tərtib olunması qanunun tələbinə ziddir. Araşdırılma aparıldıqda cəmiyyətin heç bir qanuna zidd hərəkət etmədiyi müəyyən olunacaqdır. Eyni zamanda qərar qəbul edilərkən, yəni barəsində inzibati xəta haqqında işə onun iştirakım olmadan baxılmışdır. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X2 nümayəndəsi X15 göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı tam əsassız və qanunsuz olmuş, işin faktiki halları araşdırılmadan nümayəndəsi olduğu şəxs inzibati cərimə edilmişdir. Belə ki, mübahisələndirilən qərarda "xxxx" QSC–nin direktoru X7 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X10, X3 və X8 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilmişdir. Halbuki, "xxxx" QSC iş fəaliyyəti ilə əlaqədar olaraq işğaldan azad olunmuş ərazilərə həm cəmiyyətin əməkdaşları ilə, həm də kənar hüquqi şirkətin əməkdaşları iş fəaliyyətinə (xidmətlərə) cəlb etməkdədir ki, qərarda adları keçən şəxslər də cəmiyyətin deyil, başqa şirkətin əməkdaşları olmuşdur. Yəni, "xxxx" QSC–nin həmin şəxslərlə əmək müqaviləsi bağlaması öhdəliyi olmamışdır. Sadəcə olaraq həmin şəxslər cəmiyyətin işğaldan azad olunmuş ərazilərdə xidmət göstərilməsi üçün cəmiyyətin iş faliyyəti ilə bağlı olmayan işə cəlb olunmuşlar. Əlavə olaraq qeyd edir ki, cəmiyyətin iş fəaliyyəti ilə bağlı işğaldan azad olunmuş ərazilərdə işə cəlb ediləcək şəxslərə ilk öncə portaldan icazə alınaraq onların əraziyə keçməsi və görüləcək işlərlə tanış olması təmin edilir, həmin şəxslər təklif edilən işlərdə işləyəcəyi halda onlarla əmək müqaviləsi bağlanılır. Belə olan halda isə həmin şəxslərlə əmək müqaviləsi bağlanmasına heç bir zərurət yaranmamışdır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanunsuz olmuşdur. Həmçinin, qeyd edir ki, X7 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla tanış edilməmiş, inzibati işə baxılmanın yeri və vaxtı barədə məlumatlandırılmamış, inzibati xəta haqqında işə onun iştirakım olmadan baxılmışdır. Bütün bunlar isə ona dəlalət edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsi inzibati xəta haqqında işə səthi yanaşmış, hərtərəfli araşdırma aparmadan heç bir əsasa dayanmayan qərar qəbul etmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin baş məsləhətçisi X12 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək göstərdi ki, "xxxx" QSC–nin direktoru X7 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X10, X3 və X13 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən şəxsin barəsində xx.xx.2024–cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024–cü il tarixli qərarla Xanlar Hümmətov İXM–nin 192.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Əlavə olaraq qeyd edir ki, onlar elektron sistemdə X4, X1 və X6 əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi məqsədilə işğaldan azad olunmuş əraziyə keçmələrini müəyyən etmiş, bundan sonra inzibati iş üzrə icraat başlamışlar. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X2 şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4, X1 və X6 xx.xx.2024–cü il tarixdən xx.xx.2024–cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə X2 barəsində xx.xx.2024– cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş və "xxxx" QSC–nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə, ilk növbədə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan və təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsi tərəfindən xx.xx.2024–cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmədiyindən, barəsində protokol tərtib edilmiş şəxsin qanunda nəzərdə tutulmuş hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1–ci maddəsinə əsasən bu Məcəllənin 54–cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2–ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4 cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur Məhkəmə qeyd olunan normaların tələbləri baxımında qeyd edir ki, inzibati xəta haqqında protokolun onu tərtib etmiş şəxslə bərabər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin də imzalamaq hüququnun olması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, o barədə protokolda müvafiq qeyd aparılması imperaitv şəkildə müəyyən edilmişdir. Lakin barəsində protokol tərtib edilmiş X2 protokola imza edib–etməməsi barədə protokolda müvafiq qeyd aparılmamış, ona hüquq və vəzifələri izah edilməmişdir. Bu da onu deməyə əsas verir ki, təqdim edilmiş materiallar natamam olmuş, yəni inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmçinin barəsində protokol tərtib edilmiş şəxs protokolla tanış olmamışdır. Bununla da onun qanunda nəzərdə tutulmuş müdafiə hüququ pozulmuşdur. Halbuki, barəsində protokol tərtib edilmiş şəxsin inzibati xəta haqqında protokolla tanış olmaması, onun hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli şəkildə pozulmasını ehtiva edir. Qeyd olunan əhəmiyyətli nöqsanların olmasına baxmayaraq, vəzifəli şəxs tərəfindən barəsində protokol tərtib edilmiş şəxsin barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, X7 inzibati işə baxılmanın yeri və vaxtı barədə məlumatlandırılmamış, inzibati xəta haqqında işə onun iştirakım olmadan baxılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.3–cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 61.3–cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Eləcə də, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsinin dispozisyasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki inzibati xəta haqqında işdə isə "xxxx" QSC–nin direktoru X7 tərəfindən həmin inzibati xətanın törətdilməsi müəyyən edilməmişdir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, "xxxx" QSC–nin direktoru X7 tərəfindən X4, X1 və X6 xx.xx.2024–cü il tarixdən xx.xx.2024–cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə mötəbər mənbədən əldə edilmiş sübutlar mövcud deyil, bununla da X7 tərəfindən inzibati xətanın törədilməsi sübut olunmur. Göründüyü kimi "xxxx" QSC–nin direktoru X2 əməlində hər hansı inzibati xəta tərkibi olmamış, belə olan halda əmək qanunvericiliyinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən edilməmiş və xx.xx.2024–cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən mötəbər mənbədən əldə edilmiş sübutlara istinad edilməmişdir. Həmçinin, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin nümayəndəsi də məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmiş, məhkənmə iclasında formal mülahizə şəklində izahat verməklə mifayətlənmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan hallar onu deməyə əsas verir ki, "xxxx" QSC–nin direktoru X2 əməlində hər hansı inzibati xəta tərkibi olmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 53.1.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 135.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34–cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsi ilə təqsirli bilinib 3.000 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsi ilə təqsirli bilinib 3.000 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar