Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-968/2025 19.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir Rayon Polis X1 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir RPŞ-dən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3 izahatında bildirdi ki, Şəmkir şəhər Üzeyir Hacıbəyov küçəsi ev-83 də yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, qeyd edilən tarixdə baldızı Zərərçəkmiş şəxs tərəfindən döyülməsini bildirmişdir. Şəmkir şəhər Üzeyir Hacıbəyov küçəsi ev-83 də yaşayan X4 xx.xx.2025-ci il tarixdə Şəmkir rayon polis şöbəsinə ərizə ilə mürciət edərək, qeyd edilən tarixdə saat 19:00 radələrində qardaşı arvadı Şəxs tərəfindən döyülməsini bildirmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Şəmkir şəhər Üzeyir Hacıbəyov küçəsində X7 ilə Zərərçəkmiş şəxs Novruzəli qızı arasında şəxsi münasibətlər zəminində baş verən söz mübahisəsi dava dalaşla nəticələnmişdir. Baş vermiş dava dalaş zamanı Zərərçəkmiş şəxs Novruzəli qızı əl zərbələri ilə Şəxs vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirməklə AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qarşılıqlı olaraq X6 Zərərçəkmiş şəxs Novruzəli qızını əlində olan əsa ağacı ilə vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirməklə AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Şəmkir şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs Novruzəli qızı onun baldızıdır. xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Sara Aliyeva gəlini Aytac Allahverənova ilə mübahisə edǝrǝk, boşanmış, gəlini ilə münasibət qurmaqda ittiham etmişdir. O, Zərərçəkmiş şəxs öz iradını bildirmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs onunla mübahisə etməyə başlamışdır. Daha sonra Müşkünaz adlı qadının əsasını əlindən götürüb onu vurmaq istəyəndə o ǝsasnı əli ilə tutmuş, o hər ikisi əsadan tutanda Sara Aliyeva ǝsanı özünə tərəf çəkmək istəmiş, bu zaman əsa Zərərçəkmiş şəxs baş nahiyəsinə dəymişdir. X10 isə əl zərbələri ilə baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişdir. O, Sara ilə qarşılıqlı dava dalaş etmişdir. Digərləri onu kənardan hədələyərək, ünvanına nəlayiq ifadələr işlətmişlər. O, Sara Aliyevanın baş nahiyəsinə əl əsası ilə vurmamışdır. Saranın əlində əsa olmuşdur. Sara ǝsa ilə onu vurmaq istəyəndə o əsanı tutub onun əlindən almaq istəmiş həmin vaxtı ǝsa onun baş nahiyəsinə dəymişdir. Lakin hazırda onlar barışıblar, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Şəmkir şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Şəxs qardaşının arvadıdır. Onun gəlni Türkanə İbrahimova əxlaqsız hərəkətlər etdiyi üçün, boşanıbdır. Hal hazırda onlarla qonşuluqda yaşayan Müşkünaz, Şəxs gəlni Aytac və Şəfiqə onun keçmiş gəlni Türkanǝ ilə danışdıqları üçün, xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evin qarşısında Müşkünaza və Aytaca irad bildirmişdir. Həmin vaxtı, Şəxs onunla sözlə mübahisə edəndə o da onunla sözlə mübahisə etmiş Şəxs Müşkünaz adlı qadının əlindən hasanı alıb onun baş nahiyyəsinə bir dəfə əl asası ilə vurub ona xəsarət yetirmişdir. Şəfiqə Aliyeva onun baş nahiyyəsinə bir dəfə əl asası ilə vurmuşdur. O, Şəxs döyməmişdir. Onunla bərabər digər bacılarıda Şəfiqə Aliyevanı döyməmişdir. Lakin o indi onun ilə barışmış və ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00 radələrində Şəmkir şəhəri, Ü. Hacıbəyov küçəsində Zərərçəkmiş şəxs Novruzəli qızına həsarət yetirmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39 və 53.0.9-cu maddələri tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-968/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-968/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver