Məhkəmə qərarları › İş №3(076)-970/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-970/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-970/2025 06.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 zərərçəkmiş Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Şəmkir rayonu Seyfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-1040/2011 nömrəli və Gəncə Apellyasiya məhkəməsinin 2(104)-826/2021 nömrəli icra sənədləri üzrə tələbi təmin etməmişdir.Borc 17350 manatdır. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır. Belə ki, borclu Şəxs əməli İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, indiyədək borcu birdəfəyə ödəməyə imkanı olmamışdır. İcra sənədi üzrə tələbdən boyun qaçırmır. Borcun yığılmasına səbəb işləməməsini və iş tapa bilməməsi olmuşdur.Borcundan hər ay mütamadi olaraq ödənişlər edir.Prosesdən əvvəl iyul ayından indiyədək 1150 manat, proses gedişində isə 500 manat ödəniş etmişdir.Bu səbəbdən barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu icra sənədi üzrə borcdan həray ödənişlər edir. Lakin ümumi borcun hamısını tələb edir. Şəxs ilə razılaşmaq istəmir. Məhkəmədən xahiş edir ki, o inzibati məsuliyyətə cəlb edilsin, belə ki, inanmır ki, o gələcəkdə aliment üzrə borcunu ödəsin. İş materiallarından görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-1040/2011 sayılı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2011-ci il tarixdən başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Gəncə Apellyasiya məhkəməsinin 2(104)-826/2021 sayılı xx.xx.2121-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixdən başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Borclu Şəxs məhkəməyə təqdim etdiyi qəbzdən görünür ki, Pasapay MMC vasitəsi ilə 18 iyul 2025-ci il tarixdə 500 manat,28 iyul 2025-ci il tarixdə 500 manat,28 avqust 2025-ci il tarixdə 150 manat,28 sentyabr 2025-ci il tarixdə 200 manat, 06 oktyabr 2025-ci il tarixdə 300 manat Şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus kart hesabına prosesdən əvvəl 1150 manat,proses gedişində 500 manat ödəmə edilmişdir. İş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Məhkəmə prosesi gedişində 500 manat, məhkəməyə təqdim etdiyi qəbzlərə əsasən isə iyun ayından sentyabra qədər hər ay müəyyən miqdarda ödənişlər etməklə 1150 manat ödəmə etmiş, 2025-ci ilin oktyabır ayında ümumi borcundan ümumilikdə 1650 manat ödəmişdir. Məhkəmə hesab edir ki, borclu hər ay ödəmələr edir,borcu ödəməkdən boyun qaçırmır.Gələcəkdə ödəmə etməkdən boyun qaçırması kimi hallar mövcud deyildir. İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə şərtləndirmişdir. Hazırki, vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, İXM-nin 53.0.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar