Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-972/2024 22.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli və 8İ-20163 saylı, xx.xx.2023-cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə yaranmış borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Аzərbaycan Рespublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs, RK/54507/79/28 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 158.67 manat tutulması qeyd edilmiş, 8İ-20163 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs ******* saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8828.52 manat tutulması, həmçinin, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs 195.20 manat əsas, 31.84 manat faiz, 27.05 manat cərimə borcu olmaqla cəmi 254.09 manat məbləğində borcun, 0.40 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmiş, 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər Şəxs və X1 müştərək qaydada 8000 manat məbləğində pul alınıb iddiaçı X3 verilməsi qət edilmiş, həmçinin, Gəncə Apellyasiya Məhkəməsinin, 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs, 8500 manat məbləğində pulun alınıb iddiaçı X3 verilməsi barədə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1480/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin, Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırdığına görə hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, ondan, RK/54507/79/28 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 158.67 manat tutulması qeyd edilmiş, 8İ- 20163 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, ondan ******* saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8828.52 manat tutulması, həmçinin, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, ondan, 195.20 manat əsas, 31.84 manat faiz, 27.05 manat cərimə borcu olmaqla cəmi 254.09 manat məbləğində borcun, 0.40 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmiş, 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, ondan və X1 müştərək qaydada 8000 manat məbləğində pul alınıb iddiaçı X3 verilməsi qət edilmiş, həmçinin, Gəncə Apellyasiya Məhkəməsinin, 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, ondan, 8500 manat məbləğində pulun alınıb iddiaçı X3 verilməsi barədə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1480/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin, maddi imkanı olmadığından borcunu ödəməkdə çətinlik çəkir, hazırkı vaxtda ödəniş edə bilmir. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli və 8İ- 20163 saylı, xx.xx.2023-cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə, tələbkar tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs, RK/54507/79/28 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 158.67 manat tutulması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-20163 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs ******* saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8828.52 manat tutulması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs 195.20 manat əsas, 31.84 manat faiz, 27.05 manat cərimə borcu olmaqla cəmi 254.09 manat məbləğində borcun, 0.40 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər Şəxs və X1 müştərək qaydada 8000 manat məbləğində pul alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin, 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs, 8500 manat məbləğində pulun alınıb iddiaçı X3 verilməsi barədə Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1480/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli və 8İ-20163 saylı, xx.xx.2023cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Şəmkir rayon 1 saylı notariat ofisinin, 8İ-14344 saylı, xx.xx.2022-ci il tarixli və 8İ-20163 saylı, xx.xx.2023-cü il tarixli, Şəmkir Rayon Məhkəməsinin, 2(076)-1909/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(076)-1508/2023 saylı, xx.xx.2023-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2030/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə tələbləri könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. О, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini və Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 22 avqust 2024-cü il tarixdən saat 18:25-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-972/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-972/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver