Məhkəmə qərarları › İş №3(076)-974/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-974/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-974/2024 23.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X4 Tələbkar: "xxxx" MMC-nin nümayəndəsi X3 Barəsində: inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-8057/2016 saylı, xx.xx.2018-ci il tarixli, 2(076)-2085/2018 saylı, xx.xx.2022-ci il tarixli, 2(076)-2380/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(076)-3602/2023 saylı icra sənədləri üzrə yaranmış borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-8057/2016 saylı icra sənədinə əsasən, borclu Şəxs, cəmi 448.35 ABŞ dolları borc, icra olunduğu gün manatla məzənnəsi və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2085/2018 saylı, icra sənədinə əsasən, X1 və Şəxs cəmi 709.87 ABŞ dolları icra olunduğu gün manatla məzənnəsi və 20 manat dövlət rüsumunun alınaraq kreditor BOKT "xxxx" Azərbaycan MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2380/2022 saylı, icra sənədinə əsasən, borclu Şəxs 1115 manat kredit borcu və 31.15 manat ödənilmiş dövlət rüsumu əvəzi alınıb "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-3602/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs cəmi 200.10 manat borcun, həmçinin, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının alınıb "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-8057/2016 saylı icra sənədinə əsasən, ondan cəmi 448.35 ABŞ dolları borc, icra olunduğu gün manatla məzənnəsi və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2085/2018 saylı, icra sənədinə əsasən, X1 və ondan cəmi 709.87 ABŞ dolları icra olunduğu gün manatla məzənnəsi və 20 manat dövlət rüsumunun alınaraq kreditor BOKT "xxxx" Azərbaycan MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2380/2022 saylı, icra sənədinə əsasən, ondan 1115 manat kredit borcu və 31.15 manat ödənilmiş dövlət rüsumu əvəzi alınıb "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-3602/2023 saylı icra sənədinə əsasən, ondan cəmi 200.10 manat borcun, həmçinin, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının alınıb "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəməkdə çətinlik çəkir. Özü heç bir yerdə işləmir, hazırkı vaxtda borcundan ödəniş edə bilmir, borcu əsasən pandemiya zamanı karantin elan olunanda yaranmışdır, başqa şəxsə zamin durduğu üçün, öhdəliklər onun üzərinə düşmüşdür. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X6 izahatında göstərdi ki, borclu Şəxs müqavilə üzrə yaranmış öhdəliyini icra etmir və icra məmurunun qanuni göstərişlərini yerinə yetirmir. Odur ki borclunun barəsində tərtib edilmiş protokolun təmin edilməsini xahiş etdi. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-8057/2016 saylı, xx.xx.2018-ci il tarixli, 2(076)-2085/2018 saylı, xx.xx.2023-cü il tarixli, 2(076)-3602/2023 saylı icra sənədləri üzrə, tələbkar tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə, məhkəmə iclasında iştirak etməyən tələbkarların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)- 8057/2016 saylı icra sənədinə əsasən, borclu Şəxs, cəmi 448.35 ABŞ dolları borc, icra olunduğu gün manatla məzənnəsi və 20 manat dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)- 2085/2018 saylı, icra sənədinə əsasən, X1 və Şəxs cəmi 709.87 ABŞ dolları icra olunduğu gün manatla məzənnəsi və 20 manat dövlət rüsumunun alınaraq kreditor BOKT "xxxx" Azərbaycan MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 2380/2022 saylı, icra sənədinə əsasən, borclu Şəxs 1115 manat kredit borcu və 31.15 manat ödənilmiş dövlət rüsumu əvəzi alınıb "xxxx" MMC-yə verilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 3602/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs cəmi 200.10 manat borcun, həmçinin, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının alınıb "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-8057/2016 saylı, xx.xx.2018-ci il tarixli, 2(076)-2085/2018 saylı, xx.xx.2022-ci il tarixli, 2(076)-2380/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(076)-3602/2023 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-8057/2016 saylı, xx.xx.2018-ci il tarixli, 2(076)-2085/2018 saylı, xx.xx.2022-ci il tarixli, 2(076)-2380/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(076)-3602/2023 saylı icra sənədləri üzrə tələbləri könüllü icra etməsi üçün borclu X2 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs və tələbkarın, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında, maddi vəziyyətinin qənaətbəxş olmamasına dair verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. О, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini və Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 23 avqust 2024-cü il tarixdən saat 18:35-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar