Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-978/2024 27.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs xx.xx.1999-cu il tarixdə, Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəmkir rayonu, Yeni Həyat kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(051)-26/2022 saylı və xx.xx.2024-cü il tarixli, 2(051)-805/2024 saylı icra sənədləri üzrə yaranmış 2140 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(051)-26/2022 saylı icra sənədinə əsasən, borclu Şəxs, bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmçinin, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-805/2024 saylı icra sənədinə əsasən, borclu Şəxs, hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, cəmi 175 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. Emin Süleymanov bir neçə dəfə icra şöbəsinə dəvət edilərək izahatı alınmış, lakin hazırkı vaxtadək icra məmurunun göstərişlərini tam yerinə yetirmir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(051)-26/2022 saylı icra sənədinə əsasən, borclu Şəxs, bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmçinin, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-805/2024 saylı icra sənədinə əsasən, borclu Şəxs, hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, cəmi 175 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda həmin icra sənədindəki hərəkətləri yerinə yetirməkdən boyun qaçırmır. Maddi cəhətdən çətinlik çəkdiyi üçün tələbkara olan aliment borcunu ödəyə bilməmişdir. Bundan başqa tələbkara olan borcundan 1300 manat ödəniş etdiyini, qalan borcunu isə qısa vaxt ərzində ödəyəcəyini bildirərək barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(051)-26/2022 saylı icra sənədinə əsasən, borclu Şəxs, bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-805/2024 saylı icra sənədinə əsasən, borclu Şəxs, hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, cəmi 175 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(051)-26/2022 saylı və xx.xx.2024-cü il tarixli, 2(051)-805/2024 saylı icra sənədləri üzrə icraata başlanılmışdır. İş materiallarında olan “Tələbin könüllü icrası haqqında” bildirişlərdən görünür ki, icra orqanı borcludan icra sənədlərində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzinin surətindən görünür ki, borclu Şəxs, tələbkara olan borcundan 1300 manat ödəniş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatları, həmçinin, ödəniş qəbzi ilə müəyyən edilir ki, Şəxs icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkara olan borcundan 1300 manat ödəniş edərək, hazırkı zərurəti aradan qaldırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırkı vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-978/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-978/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver