Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-980/2024 13.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1178/2023 saylı icra sənədi üzrə yaranmış cəmi 29500 manat borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki Gəncə Apellyasiya Məhkəməsinin, xx.xx.2023-cü il tarixli, 2(104)-1178/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 29500 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, həmçinin, cavabdehdən 178.50 manat dövlət rüsumunun əvəzi tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs 29500 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Gəncə Apellyasiya Məhkəməsinin, xx.xx.2023-cü il tarixli, 2(104)-1178/2023 saylı icra sənədinə əsasən, ondan 29500 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, həmçinin, ondan 178.50 manat dövlət rüsumunun əvəzi tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Lakin, icra sənədi ilə razılaşmır belə ki, onun Zərərçəkmiş şəxs olan borcu atası X1 tərəfindən tələbkara ödənilmişdir, bu barədə qəbzlər də mövcuddur. Buna baxmayaraq Zərərçəkmiş şəxs borcun ödənilməsi ilə razılaşmır və onun tələbi əsassızdır. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu məhkəmənin icra sənədinə əsasən tələbləri yerinə yetirmir. Belə ki, borclunun atası birneçə dəfə hissə-hissə ödənişlər etmişdir, bu barədə qəbzlər mövcuddur, lakin, borc tam şəkildə ödənilmədiyindən o, məhkəməyə müraciət etmiş və məhkəmədə Şəxs 29500 manat pulun alınaraq ona ödənilməsi qət edilmişdir. Həmin vaxtdan isə borclu tərəfindən heç-bir ödəniş edilməmiş və borcunu ödəməmişdir. Borclu məhkəməyə qəbzlər təqdim edərək 29500 manat borcunu ödədiyini bildirsə də, həmin məlumat həqiqəti əks etdirmir. O, mövcud borcunu ödəməkdən qəsdən yayınır, ondan şikayətçidir. Borclu tərəfindən ona olan borcunun tam ödənilməsi, əks halda barəsində qanuni tədbir görülməsini və icra məmurunun protokolunun təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan, Gəncə Apellyasiya Məhkəməsinin, xx.xx.2023-cü il tarixli, 2(104)- 1178/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 29500 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, həmçinin, cavabdehdən 178.50 manat dövlət rüsumunun əvəzi tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin, xx.xx.2023-cü il tarixli, 2(104)- 1178/2023 saylı icra sənədi üzrə qərar qəbul edilərək, qərarın surəti icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarında olan, tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icra orqanı borcludan icra sənədlərində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan borclu və tələbkar tərəfindən 2021-ci il tarixdə imzalanmış qəbzlərin surətlərindən görünür ki, tələbkara olan ümumi borcundan borclunun atası X1 tərəfindən hissə-hissə ödənişlər edilmişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin, xx.xx.2023-cü il tarixli, 2(104)-1178/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 29500 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, həmçinin, cavabdehdən 178.50 manat dövlət rüsumunun əvəzi tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Borclu isə icra sənədi üzrə öhdəliyi yerinə yetirməmiş, icra sənədinin icrasından yayınmışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və tələbkarın, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, borclu və tələbkar tərəfindən məhkəməyə təqdim olunmuş sənədləri, tədqiq edilmiş digər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında, onun tələbkara borcunun olmaması, eləcə də, əvvəllər mövcud olmuş borcunun atası tərəfindən ödənilməsinə dair verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Həmçinin, borclu Şəxs tələbkara olan borcunun atası Məhəmməd tərəfindən ödənildiyini və hazırda onun tələbkara heç bir borcunun olmadığını bildirsə də, qeyd olunan hallarla bağlı, yəni icra sənədi üzrə tələbkara olan borcun ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmçinin, tələbkar məhkəməyə vermiş olduğu izahatında boclunun ona olan borcunun ödənilmədiyini bildirmişdir. Borclu tərəfindən məhkəməyə müxtəlif tarixlərdə yazılmış qəbzlər təqdim edilsə də, həmin qəbzlərdə borclu Şəxs xx.xx.2023-cü il tarixli, 2(104)-1178/2023 saylı icra sənədinə əsasən tələbkara olan borcunun ödənilməsini əks etdirən heç bir sübut aşkar olunmamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. О, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, tələbkarın mövqeyini və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 13 sentyabr 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-980/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-980/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver