Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-984/2024 28.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, Tələbkar: "xxxx" MMC-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə, Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1582/2022 saylı icra sənədi üzrə borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2023-cü il tarixli, 2(076)-1582/2022 saylı icra sənədinə əsasən, Şəxs, cəmi 498 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Lakin, Şəxs oğluna dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. O, bir neçə dəfə icra şöbəsinə dəvət edilərək izahatı alınmış, lakin icra məmurunun göstərişlərini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2023-cü il tarixli, 2(076)-1582/2022 saylı icra sənədinə əsasən, ondan cəmi 498 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Lakin, həmin icra sənədindəki hərəkətləri yerinə yetirməkdən boyun qaçırmır, hazırda tələbkara olan 528 manat borcunu tam olaraq ödəmişdir, ona görə də barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar "xxxx" MMC-nin nümayəndəsi Şəxs izahatında göstərdi ki, borclu tərəfindən hazırda öhdəlik tam olaraq icra edilmişdir, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2023-cü il tarixli, 2(076)-1582/2022 saylı icra sənədinə əsasən, Şəxs, cəmi 498 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1582/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş barədə sənədin surətindən görünür ki, Şəxs tələbkara olan cəmi 528 manat borcunu ödəmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı, eləcə də ödəniş barədə sənədin surəti ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkara olan borcunu tam şəkildə ödəmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs vurulmuş ziyanı tamamilə ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs vurulmuş ziyanı tamamilə ödəmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.10-cu maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, vurulmuş ziyanı tamamilə ödəməsi əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.10-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Ona görə də məhkəmə borclunun inzibati məsuliyyətdən azad olunmasını və hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-984/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-984/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver