Məhkəmə qərarları › İş №3(076)-985/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-985/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-985/2024 28.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokolda qeyd edilir ki, Cəfərli X5 vətəndaşı X3 məxsus yük maşınından 200 manat pulu və 9 paçka olan “ Parlament” markalı siqareti gizli olaraq talamışdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Şəmkir Rayon Polis Şöbəsinin İTB-nin Sahə X1 inzibati xəta haqqında protokolda qeyd olunmuş əməlin Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokolda qeyd olunan əməl həqiqətən də onun tərəfindən maddi imkansızlıqdan törədilmişdir. Ailə üzvləri ilə Şəmkir rayonu, Könüllü kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər məhkum olunduğu üçün müxtəlif yerlərə müraciət etsə də işə götürülmürdü. Buna görə də maddi cəhətdən çox çətinlik çəkirdi. Pulunun olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində yaşadığı kəndin yaxınlığında Yol Patrul xidmətinin postunu keçdikdən sonra körpünün altında 31 APH 577 dqn-li Mercedes markalı yük avtomobilinin qapısının açıq olmasından istifadə edib. Sürücülərin onu görmədiklərini bildikdən sonra avtomobilə daxil olub orada olan defterin üzərindən 200 manat pulu və avtomobildə olan 9 paçka olan “Parlament” markalı siqareti oradan götürmüşdür. Bundan sonra avtomobildən düşüb yolun qarşı tərəfinə keçmişdir. Qarşı tərəfə keçdikdən həmin yerdə olan avtomobilin sürücüləri onu çağırdıqda avtomobildən oğurluq etdiyini bilcəklərindən qorxaraq oradan qaçmışdır. İş materiallarına əlavə edilmiş 27 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs 31 APH 577 dqn-li Mercedes markalı yük avtomobilinin qapısının açıq olmasından istifadə edərək sürücülərin onu görmədiklərini bildikdən sonra avtomobilə daxil olaraq orada olan dəftərin üzərində olan 200 manat pulu və 9 paçka olan “ Parlament” markalı siqareti ordan oğurlamaqla AR İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 26 avqust 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 26 avqust 2024-cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı, eləcə də inzibati xəta haqqında materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən, eləcə də məsuliyyətdən azad edilmə üçün əsaslar, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1 ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 26 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar