Məhkəmə qərarları › İş №3(076)-986/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-986/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-986/2023 06.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun сядрлийи Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X6 Tələbkar: Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1959-cu ildə Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Muxtariyyat kəndində yaşayan Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-3955/2016 saylı icra sənədi üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 04 mart 2015-ci il tarixli №036/SK-K-km saylı kredit müqaviləsi üzrə cavabdeh Şəxs cəmi 13294,95 manat pulun alınıb Zərərçəkmiş şəxs ASC–yə verilməsi, tələbin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı, xx.xx.2015–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 32000 manat qiymətləndirilmiş Şəxs, Məmmədova (Aslanova) Əfsanə Ziyat qızının, X1, X2 və X4 ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Misginli küçəsində yerləşən 6 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin ev açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına 04 mart 2015-ci il tarixli №036/SK-K-km saylı kredit müqaviləsi üzrə cəmi 13294,95 manat pulun iddiaçı Zərərçəkmiş şəxs ASC–yə verilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra 1 (bir) ay müddətinə evdə qeydiyyatda olan Şəxs, Məmmədova (Aslanova) Əfsanə Ziyat qızının, X1, X2 və X4 istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evi boşaldılması qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, icra sənədi üzrə tələbləri yerinə yetirməmişdir. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən və ipoteka predmeti olan fərdi yaşayış evdindən çıxmaqdan boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi X7 izahatında göstərdi ki, borclu banka olan borcunu ödəməkdən yayınmış, bu səbəbdən icra məmuru tərəfindən hazırki protokolla məhkəməyə müraciət edilmişdir. Bununla belə hazırda Şəxs banka olan borcundan 500 manat ödəmiş, qalan borcunu isə qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, maddi imkanı olmadığından Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə yaranmış borcunu ödəyə bilməmişdir. Bununla belə hazırda tələbkara 500 manat ödəmiş, qalan borcunu isə qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, 04 mart 2015-ci il tarixli №036/SK-K-km saylı kredit müqaviləsi üzrə cavabdeh Şəxs cəmi 13294,95 manat pulun alınıb Zərərçəkmiş şəxs ASC–yə verilməsi, tələbin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı, xx.xx.2015–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, ilkin satış qiyməti 32000 manat qiymətləndirilmiş Şəxs, Məmmədova (Aslanova) Əfsanə Ziyat qızının, X1, X2 və X4 ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Muxtariyyat kəndi, Misginli küçəsində yerləşən 6 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin ev açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına 04 mart 2015-ci il tarixli №036/SK-K-km saylı kredit müqaviləsi üzrə cəmi 13294,95 manat pulun iddiaçı Zərərçəkmiş şəxs ASC–yə verilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra 1 (bir) ay müddətinə evdə qeydiyyatda olan Şəxs, Məmmədova (Aslanova) Əfsanə Ziyat qızının, X1, X2 və X4 istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evi boşaldılması qət edilmişdir. İşdə olan və tələbkar Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi X7 tərəfindən yazılmış ərizədən görünür ki, Şəxs borcundan 500 manat ödəmiş, qalan borcunu isə qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu banka olan borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkara olan borcundan 500 manat ödəmiş, qalan borcunu isə qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Tələbkarın nümayəndəsi də ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar