Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-987/2024 10.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin rəisi X2 onun barəsində Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsinə əsasən müvafiq qərar qəbul etmişdir. Belə ki, Ağstafa rayonu Qırılı kənd S.Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şahid əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsini iddia edərək İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş – işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati xəta nəzərədə tutduğu üçün barəmdə inzibati tənbeh verilməsi qərarı qəbul edilmişdir. Buna səbəb isə vətəndaş Şahid əmək müaqviləsinə xitam verilərkən son haqq–hesabın düzgün aparılmaması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinə daxil olmuş müraciətinə əsasən aparılmış araşdırma olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin rəisi tərəfindən qəbul olunmuş 15 avqust 2024–cü il tarixli, MN ******* nömrəli qərarı və qərarın qəbul edilməsi üçün əsas olmuş 05 avqust 2024–cü il tarixdə tərtib edilmiş MN 11932283 nömrəli protokolu qanunsuz hesab edir. Belə ki, X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin 15 avqust 2024–cü il tarixli, MN ******* nömrəli qərarının qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir. İlk öncə onu qeyd edir ki, Şahid Ağstafa rayon Qırılı kənd S.Əliyev adına tam orta məktəbdə müəllim kimi çalışmış və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024–cü il tarixdə öz ərizəsinə əsasən xitam verilmişdir. Şahid xx.xx.2023– xx.xx.2024–cü iş ili üçün 37 günə görə 676,73 (altı yüz yetmiş altı manat, 73 qəpik) manat son haqq–hesab hesablanmışdır. Ağstafa rayon Qırılı kənd tam orta məktəbinin iyun ayının əmək haqlarının ödənilməsi üçün xx.xx.2024–cü il tarixdə 21 saylı Regional Xəzinədarlıq İdarəsinə sənədlər göndərildiyi üçün Şahid son haqq–hesabından iyun ayında artıq aldığı 93,45 (doxsan üç manat, 45 qəpik) manat vəsait tutularaq ödəniş edilməsi üçün xx.xx.2024–cü il tarixdə 54 nömrəli qısa müddətli öhdəlik sənədi ilə 21 saylı Regional Xəzinədarlıq İdarəsinə müraciət olunmuşdur. Xəzinədarlıq İdarəsi tərəfindən müvafiq sənədlər işlənildikdən sonra xx.xx.2024–cü il tarixdə gəlir vergisi, həmkarlar, DSMF 3%, tibbi sığorta və işsizlik sığortası tutulmuş və 480,03 (dörd yüz səksən manat, 03 qəpik) manat vəsait Şahid kart hesabına ödənilmişdir. Göründüyü kimi vətəndaş Şahid son haqq– hesab müvafiq qaydada ödənilmişdir. Yuxarıda qeyd edilənləri Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Qazax–Tovuz regional şöbəsində bildirməklərinə və işin araşdırılması üçün xx.xx.2024–cü il tarixli məktub (3–29–39/2–475/2024 nömrəli) göndərilməsinə baxmayaraq, Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri olaraq (X11) onun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə 1.500 (bir min beş yüz) manat miqdarında cərimə tətbiq edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin bu halda Regional Təhsil İdarəsinin müdiri X5 hansı əməli törətməsində təqsirli olması məlum deyildir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin nümayəndəsi X7 göstərdi ki, Ağstafa rayonu Qırılı kənd S.Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi olmuş Şahid xx.xx.2024–cü il tarixdə onlara müraciət edərək, həmin məktəbdən azad olunarkən son haqq–hesabının düzgün hesablanmamasını bildirmişdir. Vətəndaşın müraciətindən sonra araşdırma aparılmış və müəyyən edilmişdir ki, son haqq–hesab düzgün hesablanmamışdır. Həmçinin, araşdırma zamanı müəyyən olunmuşdur ki, Şahid xx.xx.2024–cü il tarixdə məktəb rəhbərliyinə ərizə təqdim edərək işdən azad edilməsini xahiş etmişdir. Həmin tarixdə onun işdən azad olunması barədə əmr verilmiş, lakin son haqq–hesab xx.xx.2024–cü il tarixdə ona ödənilmişdir. Bununla da işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X11 xx.xx.2024–cü il tarixli inzibati iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda hesab edir ki, həmin qərar tam qanuni və əsaslıdır. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X5 şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, daha əvvəl Ağstafa rayonu Qırılı kənd S.Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmiş, lakin xx.xx.2024–cü il tarixdə məktəb rəhbərliyinə ərizə təqdim edərək işdən azad edilməsini xahiş etmişdir. Həmin tarixdə onun işdən azad olunması barədə əmr verilmiş, lakin son haqq–hesab xx.xx.2024–cü il tarixdə ona ödənilmişdir. Həmin son haqq–hesab az hesablandığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı son haqq–hesabın düzgün hesablandığı ona bildirilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin Maliyyə–iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyir. Şahid Ağstafa rayonu Qırılı kənd S.Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmiş, lakin xx.xx.2024–cü il tarixdə məktəb rəhbərliyinə ərizə təqdim edərək işdən azad edilməsini xahiş etmişdir. Həmin tarixdə, yəni xx.xx.2024–cü il tarixdə onun işdən azad olunması barədə əmr verilmişdir. Bundan sonra Şahid xx.xx.2023–xx.xx.2024–cü iş ili üçün 37 günə görə 676,73 manat son haqq–hesab hesablanmışdır. Ağstafa rayon Qırılı kənd tam orta məktəbinin iyun ayının əmək haqlarının ödənilməsi üçün xx.xx.2024–cü il tarixdə 21 saylı Regional Xəzinədarlıq İdarəsinə sənədlər göndərildiyi üçün Şahid son haqq–hesabından iyun ayında artıq aldığı 93,45 manat vəsait tutularaq ödəniş edilməsi üçün xx.xx.2024–cü il tarixdə 54 nömrəli qısa müddətli öhdəlik sənədi ilə 21 saylı Regional Xəzinədarlıq İdarəsinə müraciət olunmuşdur. Xəzinədarlıq İdarəsi tərəfindən müvafiq sənədlər işlənildikdən sonra xx.xx.2024–cü il tarixdə gəlir vergisi, həmkarlar, DSMF 3%, tibbi sığorta və işsizlik sığortası tutulmuş və 480,03 manat vəsait Şahid kart hesabına ödənilmişdir. Bundan başqa qeyd edir ki, Şahid son haqq–hesabı mühasib X6 tərəfindən hesablanarkən excell proqramında yanlışlığa yol verilmiş, bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinə təqdim edilən sənədlərdə yanlışlıq mövcud olmuşdur. Bundan sonra mühasib Maya Mustafayeva intizam qaydasında cəzalandırılaraq, xəbərdarlıq edilmişdir. Həmçinin, qeyd edir ki, Şahid işdən azad olunma barədə ərizəsini xx.xx.2024–cü il tarixdə təqdim etmiş, həmin tarixdə də onun işdən azad olunması barədə əmr verilmişdir. Lakin həmin gün vətəndaşın son haqq–hesabının hesablanması və ödənilməsi mümkün olmadığından, 3 gün sonra, yəni sənədlər tam hazır olduqdan sonra 28.06.204– 24–cü il tarixdə ödənilmişdir. Məhkəmə şahid ifadələrini, qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinini zahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şahid əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi müəyyən edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat inzibati cərimə edilmişdir. İşdə olan “Ləğv etmə zamanı işçi ilə əmək müqaviləsi”ndən görünür ki, Ağstafa rayonu Qırılı kənd S.Əliyev adına tam orta məktəbin müəllimi Şahid ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68–ci maddəsinin 2–ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, ona hesablanmış məzuniyyətin kompensasiyası 676,73 manat müəyyən edilmişdir. İşdə olan Ağstafa rayonu Qırılı kənd S.Əliyev adına tam orta məktəbin iyun– 2024–cü il əmək haqqı cədvəlindən çıxarışdan görünür ki, Şahid ümumi ödənilən məbləğin miqdarı 21 iş günü üçün 534,99 manat müəyyən edilmişdir. İşdə olan Ağstafa rayonu Qırılı kənd S.Əliyev adına tam orta məktəbin iyun– 2024–cü il məzuniyyət və son haqq–hesab cədvəlindən çıxarışdan görünür ki, Şahid ümumi ödənilən məbləğin miqdarı 480,03 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin xx.xx.2024–cü il tarixli xəbərdarlıq bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinə təqdim edilən sənədlərin hazırlanması zamanı nöqsanlara yol vermiş, son haqq–hesabın hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərdə yalnış məlumat təqdim etmiş Ağstafa rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın mühasibi X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186–ci maddəsinin 3–cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şahid Ağstafa rayonu Qırılı kənd S.Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləmiş, lakin xx.xx.2024–cü il tarixdə məktəb rəhbərliyinə ərizə təqdim edərək işdən azad edilməsini xahiş etmişdir. Həmin tarixdə, yəni xx.xx.2024–cü il tarixdə onun işdən azad olunması barədə əmr verilmişdir. xx.xx.2024–cü il tarixdə isə vətəndaşın son haqq–hesabı hesablanaraq ödənilmişdir. Bundan sonra Şahid əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi əsası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış halları və şahid ifadələri ilə müəyyən edilmişdir ki, Şahid xx.xx.2024–cü il tarixdə məktəb rəhbərliyinə ərizə təqdim edərək işdən azad edilməsini xahiş etmiş, həmin tarixdə də onun işdən azad olunması barədə əmr verilmişdir. Lakin həmin gün işçinin son haqq–hesabının hesablanması və ödənilməsi qeyri–mümkün olduğundan bütün zəruri sənədlər hazırlanmış və 3 gün sonra, yəni xx.xx.2024–cü il tarixdə onun son haqq–hesabı ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69–cu maddəsinin 1–ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69–cu maddəsinin 2–ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq–hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83–cü maddəsinin 4–cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq–hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə– vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub– olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə, verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması mötəbər sübutlara əsasən müəyyən edilməmiş və birbaşa onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsinin dispozisyasında işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki inzibati xəta haqqında işdə isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X11 tərəfindən həmin inzibati xətanın törətdilməsi müəyyən edilməmişdir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, Şahid xx.xx.2024–cü il tarixdə işdən azad edilməsi barədə ərizə təqdim etmiş, həmin tarixdə onun işdən azad olunması barədə əmr verilmiş, həmin gün işçinin son haqq–hesabının hesablanması və ödənilməsi faktiki olaraq qeyri–mümkün olduğundan cəmi 3 gün sonra– xx.xx.2024–cü il tarixdə vətəndaşın son haqq–hesabı hesablanaraq ödənilmişdir. Bu hal isə X5 əməlində hər hansı inzibati xəta tərkibinin olmasını istisna edir. Nəzərə alınsa ki, Şahid işdən çıxmaq barədə ərizəni xx.xx.2024–cü il tarixdə təqdim etmiş və həmin tarixdə də onun işdən azad olunması barədə əmr verilmişdir, belə olan halda məhz həmin gün sənədlərin hazırlanıb son haqq– hesabın hesablanmasını məhkəmə ağlabatan və mümkün hesab etmir. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinə təqdim edilən sənədlərin hazırlanması zamanı texniki nöqsanlara yol verdiyinə görə Ağstafa rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın mühasibi X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186–cı maddəsinin 3–cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax– Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 əməlində hər hnası inzibati xəta tərkibi olmamış, xx.xx.2024–cü il tarixdən isə işçiyə son haqq–hesab hesablanmış və işçinin hər hansı hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Belə olan halda X11 tərəfindən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X5 İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan hallar onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 əməlində hər hansı inzibati xəta tərkibi olmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5–1–ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34–cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5–1. bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması;[150] 135.1.5–2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 53.1.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə təqsirli bilinib 1.500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə təqsirli bilinib 1.500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-987/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-987/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver