Məhkəmə qərarları › İş №3(076)-990/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-990/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-990/2024 11.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X13 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax-Tovuz regional Şöbəsinin nümayəndəsi X6 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax-Tovuz regional Şöbəsinin rəisi X9 19 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və 09 iyun 2023-cü il tarixli MN ******* nömrəli protokolundan X8 verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax- Tovuz regional Şöbəsinin rəisi X9 19 iyul 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə 1500 manat məbləğində inzibati cərimə edilmişdir. X2 şikayət verərək həmin qərarın qanunun tələblərinin pozulması ilə qəbul edildiyini bildirmiş və ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X13 tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax- Tovuz regional şöbəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən X17 onun barəsində Şəmkir rayonu, Zəyəm-Cırdaxan kənd S.Məmmədov adına tam orta məktəbində məktəbin ibtidai sinif müəllimi X3 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmamasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsini iddia edilərək İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş - işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati xəta nəzərdə tutduğu üçün inzibati tənbeh verilməsi qərarı qəbul edilmişdir. Buna səbəb isə vətəndaş X4 müəllimlərin sertifikasiya imtahanının nəticələri barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə daxil olmuş müraciəti əsasında X12 Xidməti Qazax- Tovuz regional şöbəsində aparılmış araşdırma olmuşdur. Yoxlama nəticəsində akt tərtib edilmiş və əsassız olaraq 08 avqust 2024-cü il tarixli 11932284 saylı İnzibati xəta protokolu tərtib edilmişdir. X1 tələblərinin və müddəalarının tərəfimdən pozulması göstərilsə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad edilməmişdir. Hazırki halda isə inzibati xəta törədilməsi güman edilən hər hansı bir hərəkət və hərəkətsizliyə onun tərəfindən yol verilməmişdir. Belə ki, X7 xx.xx.2024-cü il tarixdən Şəmkir rayon Zəyəm-Cırdaxan kənd S.Məmmədov adına tam orta məktəbdə müəllim kimi çalışmış və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə müəllimlərin sertifikasiya imtahanından kəsildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. F.İsayevin əmək kitabçasında yazılmış qeydə əsasən xx.xx.2024-xx.xx.2024-cü iş ili üçün 4.66 günə gör17.06(on yeddi manat, 06 qəpik) manat son haqq-hesab ödənilmişdir. F.İsayeva ona ödənilmiş son haqqhesabın az olduğunu bildirmiş və məsələ ilə bağlı müvafiq araşdırma aparılmışdır. Məktəb direktorunun xx.xx.2024-cü il tarixində mühasibatlığa təqdim etdiyi əmrdən çıxarışa əsasən X3 əmək fəaliyyətinə xx.xx.2004-cü ildə deyil xx.xx.2004-cü ildə başladığı məlum olmuşdur. X11 yenidən 1059.40 manat son haqq-hesab hesablanmış və müvafiq tutulmalar edildikdən sonra xx.xx.2024-cü il tarixində 821.03 manat məbləğində vəsait əmək haqqıkartına ödənilmişdir. Göründüyü kimi vətəndaş F.İsayevaya son haqq-hesab müvafiq qaydada ödənilmişdir. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax-Tovuz regional Şöbəsinə qaytarılmalıdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatda iştirak barədə bildirişdən və vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, X10 08 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında işə xx.xx.2024-cü il tarixdə saat 12:00-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax- Tovuz regional Şöbəsinin binasında baxılacağı barədə məlumat vergi ödəyicisinin elektron kabineti vasitəsilə göndərilmişdir. İş materiallarındakı aktdan, habelə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın təqdim etdiyi sənədlərdən və nümayəndəsinin izahatından da göründüyü kimi X5 həyat yoldaşının vərəsəlik şəhadətnaməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinə təqdim edilməmiş, beləliklə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X8 əməlində işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində hər hansı qanun pozuntusuna yol verməsi müəyyən edilməmişdir. 77.7 Mulki məcəllə Digər tərəfdən inzibati xəta haqqında iş üzrə icraat zamanı protokol tərtib edilərkən barəsində icraat aparılan şəxsə ümumiyyətlə heç bir məlumat verilməmiş, protokol barəsində icraat aparılan şəxsin iştirakı olmadan tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi inzibati xəta haqqında protokolun tərtib olunması zamanı barəsində icraat aparılan şəxsə məlumat verilməməsi nəticəsində İXM-in 100.1-100.5-ci maddələrinin tələbləri bütünlüklə pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, X8 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş, işin bütün faktiki halları araşdırılmadan İXM-in tələblərinə uyğun olmayan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax-Tovuz regional Şöbəsinin rəis müavini X17 tərəfindən qəbul edilmiş 19 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax- Tovuz regional Şöbəsinə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar