Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-991/2025 13.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM nin 555.1-ci maddəsi ilə inzibatı xəta törətdiyinə görə 1000 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax- Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 məhkəməyə şikayət vermişdir. X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətində bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəis müavini X9 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur. Həmin qərar onun hüququ məhdudlaşdırmışdır. Belə ki, o, uzun illərdir ki, “Mersin Dönər” evində sahibkarlıqla məşğuldur və hazırki vaxta qədər dönər evində heç bir qanun pozuntusuna yol vermə halları baş verməmişdir. Dönər evi əhaliyə yüksək səviyyədə bütün standartlara cavab verən məhsul satışı ilə məşğuldur. xx.xx.2025-ci il tarixdə “Mersin Dönər” evinin işçisi X5 özünə çay içmək məqsədi ilə stəkan yuyarkən stəkanın qırılması nəticəsində barmağı kəsilmiş və təcili yardım çağırılmış və ona lazımi tibbi yardım göstərilmişdir. Həmin hadisədən sonra Əmək Müfəttişliyin məlumat verilməsi əsası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən mən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Onunla bağlı qeyd etmək istəyir ki, Günay Teymurovanın səhhətində elə bir ciddi xəsarət baş vermədiyinə görə həmin məsələnin təsərrüfat işçisinə aid olduğu bildirildiyi maddə əsassızdır. Nəzərə alsaq ki, hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir, inzibati tənbeh vermə haqqında qərar isə 4 ay 18 gündən sonra, yəni xx.xx.2024-cü il tarixdə verilmişdir. Belə olan halda inzibati xətalar qanunvericiliyinin tələbinə əsasən müddətin keçməsi əsası ilə inzibati məsuliyyətə cəlb olunmalı deyil. Onu da qeyd etmək istəyir ki, o, ailəlidir, üç uşaq atasıdır, ailənin tək qazanc gətirəndir. Qərarda qeyd edilən məbləğdə cərimə olunmağım ailəsin əsaslı çətin maddi vəziyyətə salmış olur. Ona görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 məhkəmə iclasında şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 ifadə verərək bildirmişdir ki, o, Orucov Ramilə məxsus dönərxanasında ofisiant işləyir. İş vaxtı çay içmək üçün sətkanını yuyan zaman stəkan sınmış, onun əli kəsilmişdir. Hadisə onun ucbatından baş vermişdir. Onun sözlərinə görə, Ramil həmin hadisənin nəticələrini aradan qaldırmaq üçün əlindən gələni etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş rəsmi göndərilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi və inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs məhkəmə prosesində iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi və qərardan şikayət verən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2025-ci -ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 25 iyul 2025-ci il tarixdə X6 tərəfindən istehsalatda baş verən bədbəxt hadisəsinin baş verəm faktlının gizlədilməsi və ya bədbəxt hadisənin aradılması üçün hadisə baş verən gün əmək qanunvericilinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirən müvafiq icra hakimiyyətin orqanına məlumatının vəerilmiəsinə görə Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin 1000 (min) manat məbləğində cərimə olunması barədə xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqda qərarı ləğv edilməli və işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə məsuliyyət müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İstinad edilən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında müəyyən edildi ki, X11 tərəfindən inzibati xətanın törədilməsi halı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının məlumatı və X3 barəsində aparılmış təhqiqat materiallarına əsaslanmışdır. Bundan əlavə X1 müəyyən edilməməsi və protokolda və qərarda maddənin dispozisiyası göstərilməklə hansı xətanın törədilməsi aşkar qeyd edlməmişdir. Bundan başqa iş materiallarında və işdə iştirak edən şəxslərin izahatından istehsalatda bədbəxt hadisənin baş verməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən verilmiş şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin MN ******* saylı, xx.xx.2025ci il tarixli qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün materiallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax- Tovuz regional şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-991/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-991/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver