Məhkəmə qərarları › İş №3(076)-992/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-992/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-992/2025 23.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Yusifli Seymur Mübariz oğlunun sədirliyi Katib: Məmmədova Alsu Dəyanət qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1983-cü il tarixdə Şəmkir rayonu, Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Gəncə şəhəri, Nizami rayonu, A.İmamquliyeva küçəsi-320, ev-3, mənzil 34-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə MÜƏYYƏNETDİ Şəxs 22 sentyabr 2025-ci il tarixdə Şəmkir şəhəri, H.Aslanov küçəsində ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi öz izahatı, şahid izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, X7 izahatında bildirdi ki, 22 sentyabr 2025-ci il tarixdə xidmətdə olan zaman, Şəxs Şəmkir şəhəri, H.Aslanov küçəsində ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etdiyinə görə gətirilərək Şəmkir RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Ona görə də Şəxs barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, dəmir alveri ilə məşğuldur, 22 sentyabr 2025-ci il tarixdə Şəmkir şəhəri, H.Aslanov küçəsində əsəbi olduğundan ucadan nalayiq ifadələr işlətmişdir, ona görə də polis əməkdaşları tərəfindən Şəmkir RPŞ-yə aparılmışdır. Buna görə əməlindən peşmandır, odur ki nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində izahat vermiş X5 bildirdi ki, Şəmkir rayon Polis şöbəsinin əməkdaşıdır, 22 sentyabr 2025-ci il tarixdə Şəmkir şəhəri, H.Aslanov küçəsində ucadan nalayiq ifadələr işlədən, adı sonradan məlum olan Şəxs nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq onu sakitləşdirərək nizam-intizama dəvət etmişlər. Bu səbəbdən də həmin şəxsi barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün Şəmkir RPŞ-nə gətirmişlər. Qeyd etdiklərinə əsasən görünür ki, Şəxs, açıq-aşkar ucadan nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclası zamanı şahid qismində izahat vermiş Elnur Alıyev də şahid X1 dediklərini bir daha təstiq etmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, şahid izahatını, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətaları törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xırda xuliqanlıq hərəkətləri etdiyinə görə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığı üçün, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının təmin edilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkiblərinin əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki, 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Proporsionallıq və zərurət prinsipindən çıxış edərək qeyd olunması zəruridir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə (ədalətli məhkəmə hüququ) və 10-cu maddəsinə (ifadə azadlığı) uyğun olaraq məhkəmə hərəkətləri qiymətləndirərkən proporsionallıq prinsipi nəzərə alınmalıdır. AİHM-in X2rşı (1976) işində qeyd olunduğu kimi, dövlətlər ifadə azadlığına müdaxilə edə bilərlər, lakin bu müdaxilə demokratik cəmiyyətdə zəruri və proporsional olmalıdır. Eyni zamanda, AİHM-in X8rşı (2006) işində vurğulanmışdır ki, ictimai qaydanı təmin edən polis əməkdaşlarının qanuni tələbinə qarşı çıxmaq ictimai asayişin qorunmasına zərbədir və dövlət bu hallarda sərt tədbirlər görə bilər. AİHM-in Steel və başqaları. Böyük Britaniyaya qarşı (1998) qərarında da göstərilmişdir ki, polisin qanuni fəaliyyətinə maneçilik törədən şəxslərin inzibati qaydada həbs olunması mütənasib və legitim məqsədlə əsaslandırıla bilər. Şəxsin peşmançılığı və yüngülləşdirici hallara baxmayaraq,hazırki işdə cərimə tədbiri kifayət hesab edilməməli, ictimai asayişin qorunması və gələcəkdə oxşar hüquqpozmaların qarşısının alınması məqsədilə Şəxs barəsində daha ciddi inzibati tənbeh növü olan inzibati həbs tənbeh növü tətbiq edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər, Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi iləmüşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Beləliklə, Şəxs əməllərində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə inzibati xəta tərkibinin əlamətləri olması sübuta yetirilmiş və bununla da o, AR İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin istinad olunan məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulduğundan, həbsə almanın həmin tarixdən saat 12:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası çərçivəsində 06 (altı) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar