Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-995/2024 27.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi, X1 iclas katibliyi, Qərarı barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 Şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X3 xx.xx.2024 il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X3 25 iyul 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bunda sonra İXM-nin) 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsasladırılmışdır ki, O, Şəmkir rayonu Dəllər qəsəbəsində yaşayır. Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisində ona məxsus sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsi və onun üzərində qeyri-yaşayış binası vardır. O, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 iyul 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, ona məxsus Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən həmin qeyri-yaşayış binasının ətrafına zibil töküldüyündən 5 ildir ki, həmin obyektin ətrafına dəmir setka çəkdirmişdir. Onun obyektinin ətrafına çəkdiyi dəmir setkanın çöl tərəfində həmişə yaşıl (lüqustrum) adlanan kollar vardır. Həmin kollar daim setkanın ətrafında olur. O, Şəmkir rayonu Dəllər qəsəbə sakini Mahirə Məmmədovaya həmin obyektin yanında qaz balonu istifadə etməsi üçün icazə vermədiyinə görə, onun məlumatı olmadığı halda guya onun setkanın kənarında olan kolları məhv etməsi ilə bağlı müraciət etmişdir. Halbuki, ona məxsus obyektin ətrafına çəkilmiş setkanın kənarında olan kolların ona heç vaxt heç bir maneçiliyi olmamışdır. O, obyektinə girişi setkanın baş tərəfindən açmışdır. Həmçinin həmin obyektdən illərdir ümumiyyətlə istifadə etmir. Hətta obyekt elektrik enerjisi ilə belə təmin edilməmişdir. Belə ki, o daim Rusiya Federasiyasında yaşamışdır. Bir neçə ildir ki, onkoloji xəstəliyi ilə bağlı Azərbaycan Respublikasına gəlmişdir. Xəstə olduğundan obyektdən gələndən sonra da istifadə etməmişdir. Sadəcə olaraq ətrafını zibilliyə çevirdiklərindən 5 ildir ki, setka çəkmişdir. Hətta keçən il cənab Prezident Şəmkir rayonuna gələrkən setkanın kənarında olan həmin kollar Şəmkir rayon Dəllər qəsəbə İcra Nümayəndəliyi tərəfindən təmizlənilmişdir. Həmin vaxt onun ərazinin kollarının qırılması barədə sonradan məlumatı olmuşdur. Mahirə Məmmədova özü ağac kəsdiyinə görə məsuliyyətə cəlb edilərək, cərimə edilmişdir. O da obyektinin yanında yer vermədiyinə görə ərazinin kollardan və zibildən təmizləndiyini görüb ona şər ataraq, barəsində əsassız yerə şikayət etmişdir. Halbuki, o ikinci dərəcə əlil olmaqla ümumiyyətlə iş qüvvəsi yoxdur, nəinki hansısa ərazini kollardan təmizləsin. Ola bilər ki, yenə hansısa dövlət orqanı ərazini təmizləmək məqsədi ilə kolları da qırmışdır. Çünki, o ərazini görəndə orada zibil qalaqlanıb yığılmışdır. Hazırda isə həmin ərazidə kollar vardır, ona heç bir maneçiliyi yoxdur ki, kolları məhv etsin. Onunla bağlı fotoşəkilləri də təqdim edir. Buradan belə çıxır ki, əgər onun obyektinin yaxınlığında nə baş verirsə o cavabdehdir. Hətta setkanın ətrafında olan torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir. Necə olur ki, o özünə məxsus olmayan sahəni koldan təmizləyir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları heç bir dəlil, sübut gətirmədən onun onkoloji xəstəliyindən, gücsüzlüyündən istifadə edərək barəsində 12 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edərək, onun əsasında da 25 iyul 2024-cü il tarixdə inzibati məsuliyyətə cəlb edilməyi barədə qərar qəbul etmişlər. Həmin qərardan narazıdır və ləğv edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8 ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o heç bir inzibati xəta hadisəsi törətməmişdir. Onun orada olan kolların məhv edilməsi barədə heç bir məlumatı olmamışdır. Əsassız olaraq ona cərimə yazılmışdır. Onun barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 bildirdi ki, Dəllər qəsəbə sakini Mahirə Məmmədovanın şifahi məlumatına əsasən İdarənin əməkdaşları tərəfindən qeyd edilən ərazidə araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X5 məxsus obyektin qarşısında olan həmiş yaşıl Təkgöz (lüqustrum) adlanan 10 (on) ədəd kol kəsilərək məhv edilmişdir. Əraziyə dəvət olunan Afət Abbasova əməkdaşlara bildirmişdir ki, həmin ərazi Şəmkir rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən ona verilmişdir. Orada olan kol bitkilərini də onun tapşırığı ilə kəsmişdir. Bu səbəbdən də Afayət Abbasova inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmədən şikayətin təm edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 84629 nömrəli aktın təsdiq olunmuş surətindən görünür ki, Dəllər qəsəbə sakini Mahirə Məmmədovanın şifahi məlumatına əsasən və İdarənin xx.xx.2024cü il tarixli sərəncamına əsasən yerində araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X5 məxsus obyektin qarşısında olan həmişə yaşıl Təkgöz (lüqustrum) adlanan 10 (on) ədəd kol kəsilərək məhv edilmişdir. Əraziyə dəvət olunan Afayət Abbasova onlara bildirmişdir ki, həmin ərazi Ş.İ.H.B-nın sərəncamına əsasən ona verilmişdir. Orada olan kol bitkilərinin onun tapşırığı ilə kəsilmişdir. Məqsədi binanın qarşısında toz-torpağın əmələ gəlməsinin və ora zibil atılmasının qarşısını almaq olmuşdur. Həmçinin qeyd edilən aktdan görünür ki, Afayət Abbasova izahat verməkdən imtina etmiş və qeyd edilən aktı imzalamamışdır. İş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin protokol X8 tərəfindən ona sahibkarlıq məqsədi ilə verilən torpaq sahəsinin qarşısında yerləşən Bələdiyyə mülkiyyətində olan Təkgöz adlanan 10 (on) ədəd kol bitkisini məhv etməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmısi barıdı tırtib edilmişdir. İş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis səlahiyyətlərini müvəqqəti icra edən X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, ona 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün ilk öncə inzibati məsuliyyətə cəlbedilən şəxsin həmin əməli törətməsi sübut olunmalıdır. Lakin, məhkəmə araşdırması zamanı məlum oldu ki, Şəmkir rayonu Dəllər qəsəbə sakini Mahirə Məmmədovanın şifahi məlumatına əsasən Şəmkir rayon Dəllər qəsəbə bələdiyyəsinin mülkiyyətində olan əraziyə baxış keçirilmiş və 12 iyul 2024-cü il tarixli, 84629 saylı akt tərtib edilmişdir. Həmin akt əsasında isə 10 ədəd Təkgöz (lüqustrum) adlanan kolun məhv edilməsi barədə Afayət Abbasovanın barəsində 12 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, həmin ərazidə olan 10 ədəd Təkgöz (lüqustrum) adlanan kolun məhz X8 tərəfindən məhv edilməsini təsdiq edəcək heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmiş və iş üzrə əlavə heç bir araşdırma aparılmamışdır. Həmçinin nə inzibati xəta haqqında protokolda nə dəki inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsi vaxtı qeyd edilməmişdir. Baxmayaraq ki, İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. İnzibati xətanın törədilmə vaxtının müəyyən edilməsinin ən əsas səbələrindən biri odur ki, İXM-nin 38.1-ci maddəsinə əsasən ətraf mühitin qorunması qaydaları əlehinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırkı halda isə inzibati xətanın törədilmə vaxtı müəyyən edilmədiyi üçün barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin qanunla müəyyən edilmiş müddətdə məsuliyyətə cəlb edilib-edilməməsini müəyyən etmək olmur. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən inzibati xəta haqqında qərar qəbul edilən zaman iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bu səbəblərdən də inzibati xəta haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən; İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi üçün əsasdır Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli və onun barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional və Təbii Sərvətlər İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134 və135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti qismən təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X7 tərəfindən qəbul edilmiş xx.xx.2024 il tarixli, MN ******* saylı qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-995/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-995/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver