Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-996/2024 17.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev X1 Rayon Məhkəməsinin icraatında olan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin materiallarını nəzərdən keçirib MÜƏYYƏNETDİM: xx.xx.2024-cü il tarixli, EP ******* saylı protokola görə Şəxs MMC 36434.40 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022–ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 36434.40 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Eləcə də, xx.xx.2024-cü il tarixli, EP ******* saylı protokola görə Şəxs MMC 30612.40 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022–ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 30612.40 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İşin baxılması Şəmkir Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir, işin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil, inzibati xəta haqqında işin materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir, işin icraatını rədd edən hallar mövcud deyil, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etiraz yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Odur ki, inzibati xəta haqqında iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 17:10-a təyin edilməsi məqsədə müvafiqdir. Həmçinin, Şəxs MMC tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, icraatda olan 3(076)-996/2024 və 3(076)-997/2024 saylı inzibati işlər birləşdirilməli, işə 3(076)-997/2024 nömrə ilə vahid nömrə verilməli, həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106-cı, 109-cu, 111-ci və 34.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs MMC barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclası Şəmkir şəhərinə, Şəmkir Rayon Məhkəməsinin binasına xx.xx.2024-cü il tarixə saat 17:10-a təyin edilsin. İşin məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin və inzibati protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakları təmin edilsin. Şəxs MMC-nin barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı və xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(076)- 996/2024 və 3(076)-997/2024 saylı inzibati işlər birləşdirilməli, iş 3(076)-997/2024 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Sədrlik edən Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-996/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-996/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver