Məhkəmə qərarları › İş №3(076)-997/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-997/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-997/2024 17.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM–nin 430.4–cü maddəsi ilə inzibati xəta haqqında protokollar daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, EP ******* saylı protokola görə Şəxs MMC 36434.40 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022–ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 36434.40 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Eləcə də, xx.xx.2024-cü il tarixli, EP ******* saylı protokola görə Şəxs MMC 30612.40 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022–ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 30612.40 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bu hərəkətləri ilə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına və Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının və Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş 30.612.40 ABŞ dolları məbləğ müştərilərin "xxxx" ASCdə olan hesablarına geri qaytarılmamışdır. İşdə olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş 36.434.40 ABŞ dolları məbləğ müştərilərin "xxxx" ASCdə olan hesablarına geri qaytarılmamışdır. İşdə olan "xxxx" ASC tərəfindən Şəmkir Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, FCC MMC-nin Expressbank ASC-də olan AZ55AZEN******************** saylı hesabından xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli AW20220807-1L nömrəli müqavilə əsasında Çinin “SHANGHAİ AUWAY DAİLY CHEMİCALS CO. LTD” şirkətinə 36434.4 USD məbləğdə, xx.xx.2022 -ci il tarixdə isə xx.xx.2022-ci il tarixli JYQY-FCCL- 2201 nömrəli müqavilə əsasında Çinin “JİYUAN QİNGYUAN WATER TREATMENT CO. LTD” şirkətinə 30612.4 USD məbləğdə köçürmələr həyata keçirilmişdir və şirkət tərəfindən təqdim edilmiş **********0541 və **********0612 saylı yük gömrük bəyannamələrinə əsasən xx.xx.2022-ci il tarixli 36434.4 USD məbləğli, **********6926 saylı yük gömrük bəyannaməsinə əsasən isə xx.xx.2022-ci il tarixli 30612.4 USD məbləğli köçürmə tam icra olunmuş və gömrük portalında bağlanmışdır. İşdə olan "xxxx" ASC tərəfindən Şəmkir Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, FCC MMC-nin Expressbank ASC-də olan AZ55AZEN******************** saylı hesabından xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli AW20220807-1L nömrəli müqavilə əsasında Çinin “SHANGHAİ AUWAY DAİLY CHEMİCALS CO. LTD” şirkətinə 36434.4 USD məbləğdə, xx.xx.2022-ci il tarixdə isə xx.xx.2022-ci il tarixli JYQY-FCCL-2201 nömrəli müqavilə əsasında Çinin “JİYUAN QİNGYUAN WATER TREATMENT CO. LTD” şirkətinə 30612.4 USD məbləğdə köçürmələr həyata keçirilmişdir. Şirkət tərəfindən təqdim edilmiş **********0541 və **********0612 saylı yük gömrük bəyannamələrinə əsasən xx.xx.2022-ci il tarixli 36434.4 USD məbləğli köçürmə üzrə mallar ölkəyə xx.xx.2022-ci il tarixdə, **********6926 saylı yük gömrük bəyannaməsinə əsasən isə xx.xx.2022-ci il tarixli 30612.4 USD məbləğli köçürmə üzrə mallar ölkəyə xx.xx.2022-ci il tarixdə idxal edilmişdir. Bu barədə gömrük portalında müvafiq qeydlər aparılmış və adı çəkilən köçürmələr tam icra edilmiş hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən **********0541 və **********0612 saylı yük gömrük bəyannamələrinə əsasən xx.xx.2022-ci il tarixli 36434.4 USD məbləğli köçürmə üzrə mallar ölkəyə xx.xx.2022-ci il tarixdə, **********6926 saylı yük gömrük bəyannaməsinə əsasən isə xx.xx.2022-ci il tarixli 30612.4 USD məbləğli köçürmə üzrə mallar ölkəyə xx.xx.2022-ci il tarixdə idxal edilmiş, eləcə də xx.xx.2022-ci il tarixli 36434.4 USD məbləğli və xx.xx.2022-ci il tarixli 30612.4 USD məbləğli köçürmə tam icra olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki vəziyyətdə isə yuxarıda qeyd olunan hallar Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini istisna edir. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1–ci maddəsinə əsasən bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar