Məhkəmə qərarları › İş №3(076)-998/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-998/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-998/2023 21.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Məhkəməyə təqdim edilmiş 12 may 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 12 may 2023cü il tarixdə, “Kamaz 55111 yük” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrarən idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə 12 may 2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, o, Şəmkir rayonu, Çinarlı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, ailənin yeganə qazanc gətirən şəxsidir. Fərdi qaydada yükdaşıma ilə məşğul olmaqla ailəsini dolandırır. 12 may 2023-cü il tarixdə idarə etdiyi “Kamaz 55111 yük” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax-Gürcüstan yolunun 47.5 km, yəni Qaradağ postuna çatanda yol polisi əməkdaşları onu saxlamış və idarə etdiyi yük avtomobilinin ümumi çəkisinin müəyyən edilməsi məqsədilə ondan tərəziyə çıxmasını xahiş etmişlər. O, bu tələbi könüllü olaraq yerinə yetirmiş və ona bildirmişlər ki, idarə etdiyi yük avtomobilinin çəkisi normadan artıqdır. Avtomaşın tərəzidə çəkilərkən onun iştirakı təmin eilməmiş və çəkiyə etirazını bildirsə də onun iştirakı ilə təkrar çəki aparılmamışdır. Bütün bunların nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq DİN-in Baş X1 İdarəsinin Yol-Patrul Xidməti Alayından nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. O cümlədən bununla bağlı məhkəməyə hər hansı bir material təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasıı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, Şəxs izahatını dinləyərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən tərtib edilmiş protokol əsassızdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 idarəsi tərəfindən iş materiallarına əlavə edilmiş foto görüntüdə “Kamaz 55111” markalı avtomobilin dövlət qeydiyyat nömrəsi oxunmur. Bundan əlavə sürücünün ad və soyadı qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Beləliklə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinin tərkib əlamətlərini özündə əks etdirən hər hansısa bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir, inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrar törədilməsi ilə idarə edilməsi faktı təsdiqini tapmadığından sonuncu barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar