Məhkəmə qərarları › İş №3(077)-10/2021

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-10/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-10/2021 17.06.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və Bərdə rayonu,Kələntərli qəsəbəsində məskunlaşan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Şuşa Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 2(057)-192/2021 saylı 05 fevral 2021-ci il tarixli icra sənədinin borclu Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X6 tərəfindən 17 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Şuşa Rayon İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən tərtib edilmiş protokol onunla əsaslandırılmışdır ki,Salyan Rayon Məhkəməsinin 2(057)-192/2021 saylı 05 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən 10 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 noyabr 2020-ci il tarixdən başlayaraq atası Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə verilməlidir. İcra sənədi icraata daxil olmuş və bu barədə qərar qəbul edilərək tərəflərə məlumat verilmişdir.Həmçinin könüllü icra müddəti müəyyən edilərək borcluya bildiriş təqdim edilmişdir.Borclu tərəfindən könüllü icra müddətinin keçməsinə baxmayaraq icra sənədinin icrası təmin edilməmiş,bu səbəbdən də məcburi icra tədbirlərinə başlanılmışdır.Aparılmış müxtəlif icra hərəkətləri nəticəsində tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərinin olmadığı müəyyən edilmişdir.Həmçinin borcluya Azərbaycan Respublikası İXM-nin 528.1-ci və CMnin 306.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətlər izah edilərək izahatı alınmışdır. Məhkəmə iclasında iştirak edən Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X6 tərtib edilmiş protokolu müdafiə edərək göstərdi ki,borclu Şəxs icra sənədi üzrə hazırkı vaxta olan 1050 manat məbləğində aliment borcunu ona xəbərdarlıq edilməsinə baxmayaraq ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki,Salyan Rayon Məhkəməsinin 2(057)-192/2021 saylı 05 fevral 2021-ci il tarixli icra sənədi ilə tanış olmuş və bu barədə icra məmuru tərəfindən ona qərar və bildiriş təqdim edilmişdir.Hazırda 1050 manat məbləğində aliment borcu olduğunu bilir,lakin həmin borcu ödəməkdən imtina edir.Belə ki,keçmiş arvadı X4 ilə münasibətlərində problemlər var,buna görə də,aliment ödəmək niyəti yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib,17 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlərə obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək,həmin maddənin sanksiyası həddində inzibati tenbeh tətbiq edilməlidir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-192/2021 saylı 05 fevral 2021-ci il tarixli icra sənədindən görünür ki,10 noyabr 2019-cu il təvəllüdlü X5 anası X2 yanında qalması,10 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 noyabr 2020-ci il tarixdən başlayaraq atası Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə verilməsi qərara alınmışdır. İş materiallarında olan 09.03.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki,həmin tarixdə Şuşa rayon İcra və Probasiya Şöbəsində müvafiq icra vərəqəsinə dair iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan Şuşa rayon İcra və Probasiya şöbəsinin Şəxs ünvanladığı 09.03.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-192/2021 saylı 05 fevral 2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan borclu Şəxs Şuşa rayon İcra və Probasiya şöbəsində verdiyi 15.03.2021-ci il tarixli izahatının surətindən görünür ki,o,bu günədək 600 manat aliment borcu oldğunu bilir,lakin aliment verməkdən imtina edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə,inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini,törətdiyi inzibati xətanın xarakterini,ictimai təhlükəlilik dərəcəsini,əmlak vəziyyətini,o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və icra sənədinin icra edilməməsində qərəzli olduğunu nəzərə alaraq hesab edir ki,onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar