Məhkəmə qərarları › İş №3(077)-10/2022

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-10/2022

20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-10/2022 20.10.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi ilə, X7 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP5190914 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli TP5190914 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Şuşa Rayon Məhkəməsinə müraciət etmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 01 avqust 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Kia Carnival” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri,Səbail rayonu,Azneft dairəsində hərəkətdə olarkən YPX-nin əməkdaşı onu saxlamış və barəsində Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib olunmuşdur.Protokolla razılaşmadığından elektron kabinet vasitəsilə şikayət etmiş,lakin şikayəti araşdırılmadan və ya kamera görüntülərinə baxış keçirilmədən barəsində “X10” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İİ bəndinin tələblərini pozmaqla 60 manat məbləğində cərimə edilməyi ilə bağlı 13 avqust 2022-ci il tarixli TP5190914 saylı qərar çıxarlımışdır.Hesab edir ki,haqqında çıxarılan qərarın hüquqi əsası yoxdur.Belə ki,01 avqust 2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Kia Carnival” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri,Səbail rayonu,Azneft dairəsində hərəkətdə olarkən “X10” Azərbaycan Respublikası Qanununun 42.XV-ci maddəsinin tələbinə uyğun hərəkətini davam etdirmiş və dairəyə daxil olmuşdur.O,dairəyə daxil olduqdan sonra sol tərəfdə,yəni Niyazi küçəsi istiqamətində hərəkətdə olan avtomobillərin hərəkətində tıxac yox,sıxlıq yaranmışdır.Həmin sıxlıq nəticəsində dairədə digər nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə yaratmamışdır.YPX əməkdaşının həmin ərazini müşahidə etdiyi nöqtədən sanki o yol ayrıcına daxil olaraq nəqliyyat vasitələrinin hərəkətinə mane olmuş kimi görünmüşdür.Lakin ərazidə olan kamera görüntülərinə baxış keçirilməklə çox aydın şəkildə onun heç bir qayda pozuntusu törətmədiyi və həmin istiqamətdə olan digər nəqliyyat vasitələrinə heç bir maneə yaratmadığı açıq-aşkar müşahidə etmək olar.Beləliklə,barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli TP5190914 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X1 və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş X1 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək,barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə,Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə,şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki,iş materiallarında olan: - Yol hərəkəti qaydaları və yol hərəkət təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2022-ci il tarixli İXP4792512 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki,xx.xx.2022-ci il tarixdə saat 13:41-də “Kia Carnival” markalı ** FG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli TP5190914 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki,X7 xx.xx.2022-ci il tarixdə saat 13:41-də “Səbail rayonu,Azneft dairəsində” “Kia Carnival” markalı ** FG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “yolayırıcını keçmə qaydalarının pozulması” xətasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinin tələblərinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İstinad edilən qanun normasının məzmunundan göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır,yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 81.2.-ci maddəsinə əsasən yol hərəkəti qaydaları,yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Məhkəmə qeyd edir ki,inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan, hadisə yerinin görüntülərini X5 təqdim etmədən və onun iştirakını təmin etmədən sonuncu barəsində xx.xx.2022-ci il tarixində TP5190914 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur.Həmçinin hazırkı məhkəmə iclasında qərar qəbul edən orqan nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM 8.2). Belə olan halda məhkəmə hesab edir ki,X4 şikayəti qismən təmin edilməli və Bakı şəhər DYPİ-nin xx.xx.2022-ci il tarixli İXP4792512 seriyalı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP5190914 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X13 İdarəsinin xx.xx.2022-ci il tarixli İXP4792512 seriyalı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP5190914 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar