Məhkəmə qərarları › İş №3(077)-11/2021

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-11/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-11/2021 15.09.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi X4 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Xocavənd rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı,subay,"xxxx" MMC-də nişanlayıcı işləyən,Şuşa rayonu,Turşsu qəsəbəsində qeydiyyatda olan,Bakı şəhəri, Binəqədi rayonu,8 mkr,Ə.Naxçıvani küçəsi, 3067-ci məhəllə,4 mərtəbəli yarımçıq binada məskunlaşan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Şuşa rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şuşa rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 07 sentyabr 2021-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)-71/2021 saylı 17.03.2021-ci il tarixli və Şuşa Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 2(077)-105/2021 saylı icra sənədlərinə əsasən borclu Şəxs iş üzrə yaranmış 5576 manat məbləğində borcunu iş üzrə tələbkar X2 və X5 xeyrinə ödəməmişdir. Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi izahatında bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 8(105)-71/2021 saylı 17.03.2021-ci il tarixli icra sənədinə əsasən hər ay 136,60 manat və Şuşa Rayon Məhkəməsinin 2(077)-105/2021 saylı 22.04.2021-ci il tarixli icra sənədinə əsasən hər ay 175 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X3 və X6 ödənilməlidir.İcra sənədi icraata daxil olmuş və bu barədə qərar qəbul edilərək tərəflərə məlumat verilmişdir.Həmçinin könüllü icra müddəti müəyyən edilərək borcluya bildiriş təqdim edilmişdir.Borclu tərəfindən könüllü icra müddətinin keçməsinə baxmayaraq icra sənədinin icrası təmin edilməmiş, bu səbəbdən də məcburi icra tədbirlərinə başlanılmışdır.Borclu barəsində axtarış qərarı verilmiş və polis əməkdaşı vasitəsilə şöbəyə gətirilmişdir.Göstərilən icra sənədləri barədə icraata başlamaq haqqında qərar və bildiriş borcluya təqdim edilmiş,o,sənədləri qəbul etsə də,imza etməkdən imtina etmişdir.Həmçinin 5576 manat məbləğində aliment borcunu ödəməkdən imtina etdiyini bildirmişdir.Bununla da qətnamənin icrasından yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirdi ki,icra sənədinə əsasən təyin edilmiş aliment məbləğini Fərhadova Günel ölənə qədər vaxtlı-vaxtında ödəmişdir.Lakin keçmiş arvadı öldükdən sonra birgə nikahlarından olan qızının onun yanında saxlanılmasını istədiyindən aliment məbləğini ödəməmiş və qızının onun himayəsinə verilməsi barədə məhkəmədə iddia qaldırmışdır.Hazırda qızının onun himayəsinə verilməsini istəyir və ata kimi onun ehtiyaclarını özü qarşılaya bilər.İcra sənədlərinə əsasən təyin edilmiş aliment məbləğini ödəməkdən imtina etmir,və yığılmış aliment borcunun bir hissəsini ödəmişdir. İş materiallarında olan 08.09.2021-ci il tarixli qəbzdən görünür ki,Şəxs borcundan 1500 manat məbləğində ödəniş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki,Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir.Belə ki, Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür.Həmçinin təqdim edilmiş qəbzdən görünür ki, Şəxs borcunun bir hissəsini ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 105-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar