Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-11/2025 11.03.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 22705878 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarla tətbiq edilmiş cərimənin 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilməməsinə görə, Bakı Şəhəri Nəsimi Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati protokol tərtib etmiş və baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(077)-08/2025 saylı qərarı ilə Şəxs inzibati cəriməni ödədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda Azərbaycan Respublikasının Bakı Şəhəri Nəsimi Nəsimi Rayon Polis İdarəsi Şəxs barəsində xx.xx.2024-cü il tarixli, EQ 22705878 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarla tətbiq edilmiş cərimənin 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilməməsinə görə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nörməli protokolu yenidən baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(077)-11/2025
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-11/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver