Məhkəmə qərarları › İş №3(077)-12/2021

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-12/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-12/2021 28.09.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Kamranlı Günel Ramiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X5,X1nun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Ermənistan,Əzizbəyov rayonunda anadan olmuş,evli,işləməyən,ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri,Sabunçu rayonu,Pirşağı qəsəbəsi,yeni yaşayış massivi,ev 50 ünvanında məskunlaşan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Şuşa Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin 2(077)-168/2021 saylı 27 may 2021-ci il tarixli və 2(077)- 119/2021 saylı 27 may 2021-ci il tarixli icra sənədlərinin borclu Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X7 tərəfindən 28.09.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Şuşa Rayon İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən tərtib edilmiş protokol onunla əsaslandırılmışdır ki,Şuşa Rayon Məhkəməsinin 2(077)-168/2021 saylı 27 may 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 3500 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb X4 verilməlidir.Həmçinin məhkəmənin 2(077)- 119/2021 saylı 27 may 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 11000 manat məbləğində borc alınıb X8 verilməlidir. İcra sənədləri icraata daxil olmuş və bu barədə qərar qəbul edilərək tərəflərə məlumat verilmişdir.Həmçinin könüllü icra müddəti müəyyən edilərək borcluya bildiriş təqdim edilmişdir.Borclu tərəfindən könüllü icra müddətinin keçməsinə baxmayaraq icra sənədlərinin icrası təmin edilməmiş,bu səbəbdən də məcburi icra tədbirlərinə başlanılmışdır.Aparılmış müxtəlif icra hərəkətləri nəticəsində tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərinin olmadığı müəyyən edilmişdir.Həmçinin borcluya Azərbaycan Respublikası İXM-nin 528.1-ci və CM-nin 306.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətlər izah edilərək izahatı alınmışdır. Məhkəmə iclasında iştirak edən Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X7 tərtib edilmiş protokolu müdafiə edərək göstərdi ki,borclu Şəxs icra sənədləri üzrə hazırkı vaxtadək borcunu ona xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki,Şuşa Rayon Məhkəməsinin hər iki icra sənədi ilə tanış olmuş və bu barədə icra məmuru tərəfindən ona qərar və bildiriş təqdim edilmişdir.Həmin borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur.Belə ki,onun gəlir mənbəyi icarəyə götürdüyü restorandır və mövcud pandemiya vəziyyəti ilə əlaqdar xeyli vaxtdır fəaliyyət göstərmir.İş yeri oktyabr ayından yenidən fəaliyyətə başlayacağından X4 olan 3500 manat məbləğində borcunu ödəməyə söz verir.X3 olan 11000 manat məbləğində borcu birdəfəlik ödəməyi mümkün deyildir və həmin borcu hissə-hissə ödəyə bilər. X1 məhkəmədə çıxış etməklə borclu barəsində inzibati tənbeh tədbiri verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib,28.09.2021-ci il tarixli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlərə obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək,həmin maddənin sanksiyası həddində inzibati tenbeh tətbiq edilməlidir. İş materiallarında olan Şuşa Rayon Məhkəməsinin 2(077)-168/2021 saylı 27 may 2021-ci il tarixli icra sənədindən görünür ki,Şəxs 3500 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb X4 verilməsi qərara alınmışdır. İş materiallarında olan Şuşa Rayon Məhkəməsinin 2(077)-119/2021 saylı 27 may 2021-ci il tarixli icra sənədindən görünür ki,Şəxs 11000 manat məbləğində borc alınıb X8 verilməsi qərara alınmışdır. İş materiallarında olan 09.03.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki,həmin tarixdə Şuşa rayon İcra və Probasiya Şöbəsində müvafiq icra vərəqəsinə dair iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan Şuşa rayon İcra və Probasiya şöbəsinin Şəxs ünvanladığı 29.07.2021-ci il tarixli 176182/2021 saylı xəbərdarlıqdan görünür ki,Şuşa Rayon Məhkəməsinin 2(077)-168/2021 saylı 27 may 2021-ci il tarixli və 2(077)-119/2021 saylı 27 may 2021-ci il tarixli icra sənədlərində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan borclu Şəxs Şuşa rayon İcra və Probasiya şöbəsində verdiyi 28.09.2021-ci il tarixli izahatının surətindən görünür ki,o,hər iki icra sənədi ilə tanışdır.Borcunu ödəməməyinin səbəbi pandemiya ilə bağlı olaraq işləməməsidir.Hazırda Sabunçu rayonu ərazisində yerləşən “Florensiya” şadlıq sarayını icarəyə götürmüşdür.Bədəlov Əlvana ödənilməli olan 3500 manat məbləğində borcunu 30 oktyabr 2021-ci il tarixədək qətiyyətlə ödəyəcəyini,digər icra sənədi üzrə X9 olan borcundan 4000 manat ödədikdən sonra qalan borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə,inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini,törətdiyi inzibati xətanın xarakterini,ictimai təhlükəlilik dərəcəsini,əmlak vəziyyətini,o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və icra sənədinin icra edilməməsində qərəzli olduğunu nəzərə alaraq hesab edir ki,onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar