Məhkəmə qərarları › İş №3(077)-12/2022

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №3(077)-12/2022

08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 3(077)-12/2022 08.09.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Yasamal rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP5207813 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: X2 Yasamal rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP5207813 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki,şikayət geri qaytarılmalıdır. Belə ki,şikayət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, X2 Yasamal rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP5207813 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ilə müraciət etsə də, həmin qərarın surətini şikayətə əlavə etməmişdir. Belə ki,Azərbaycan Respublikasının İXM-nin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Bunlara əsasən məhkəmə hesab edir ki, X1 Yasamal rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP5207813 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3, 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Yasamal rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP5207813 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar