Məhkəmə qərarları › İş №3(077)-12/2023

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-12/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-12/2023 08.08.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, Qəribov Namiq Bəkir oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin əməkdaşı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə hesab edir ki, işə tərəflərin iştirakı olmadan baxıla bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokola əsasən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:44-də “Mersedes Benz E270 CDİ minik” markalı, **-GT-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 342.6 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində protokol tərtib edilmiş və səlahiyyətli orqan tərəfindən 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tətəfindən tətbiq edilir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən etmir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, törədilmiş xətanın xarakterini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,114,115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. İş № 3(077)-12/2023 Məhkəmə iclas protokolu Şuşa Rayon Məhkəməsi X2 Bəşərəddin oğlunun sədrliyi, Qəribov Namiq Bəkir oğlunun katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən Şəxs İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala xx.xx.2023-cü il tarixdə saat 12:20-də Xırdalan şəhərində açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını açır, baxılacaq işi elan edir. Sədrlik edən Azərbaycan Respublikası İXM-nin 113.2.4-cü maddəsinə əsasən proses iştirakçılarının gəlib-gəlməməsi barədə məlumat vermək üçün sözü məhkəmə iclas katibinə verir. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki,barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər,işə baxılmasının təxirə salınmasını və ya işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə yerində müşavirə edərək, Qərara alır: İşə barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılsın. Sədrlik edən işdə olan sənədləri araşdırır. Sədrlik edən müşavirə otağına gedir,qayıtdıqdan sonra Qərarı elan edib və məhkəmə iclasını bağlı elan etdi. Məhkəmə iclası saat 12:25-də bitdi. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və imzalanmışdır. Sədrlik edən Katib

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar