Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-15/2023 18.09.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, şikayətçi X3 və onun vəkili X4 iştirakı ilə, X3 Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası X1 Bakı regional bölməsi tərəfindən həmin vaxt istifadəsində olmuş, ünvan 1 ünvanında yerləşən "Şuşa kafesi" adlı ictimai iaşə obyektində aparılan növbədənkənar yoxlama nəticəsində yoxlamanı aparan orqan tərəfindən obyektin fəaliyyətinə dair bir sıra nöqsanlar aşkarlanmış və bu barədə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Aparılan yoxlamanın materiallarına baxılması ilə bağlı xx.xx.2023-cü il tarixli iclasdan sonra yoxlamanı aparan inzibati orqanın əməkdaşları tərəfindən ona yoxlama zamanı aşkar olunmuş pozuntular və həmin pozuntuların aradan qaldırılması ilə bağlı görülməli olan tədbirlər barədə yazılı məlumat təqdim edilmiş, eyni zamanda xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla yoxlama zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün ona 15 günlük müddət təyin edilmişdir. Bundan sonra isə xx.xx.2023-cü il tarixli məktubla obyektə heç bir baxış keçirilmədən xx.xx.2023cü il tarixli qərarın qüvvəyə minməsi ona bildirilmişdir. Qeyd edilən məktub tərəfindən xx.xx.2023-cii il tarixində əldə edilmişdir. Bununla bağlı müvafiq qəbz ərizəyə əlavə edilir. Nəzərə almaq lazımdır ki, xx.xx.2023-cü il tarixindən etibarən mövcud pozuntuların aradan qaldırılması üçün tədbirlər görməyə başlamışdır. Belə ki. xx.xx.2023-cü il tarixdə "Parlaq Şəhər" Sanitar-Epidemioloji Xidmət Mərkəzinin müfəttişi Asim Nağdalıyev tərəfindən obyetkdə dezinfeksiya işləri aparılmışdır. Bundan başqa, bir sıra pozuntuların da aradan qaldırılması üçün tədbirlər görməsinə baxmayaraq, sonradan bütün qeyd edilən pozuntuların aradan qaldırılmasının onun üçün həddindən artıq xərclərə səbəb olacağını düşündüyündən və hal-hazırda o qədər vəsaiti olmadığı üçün ümumiyyətlə obyektin fəaliyyətini dayandırmaq qərarına gəlmişdir. Qeyd etmək istəyir ki, həmin ictimai iaşə obyektini təxminən 5-6 ay öncə şifahi razılaşma əsasında icarəyə götürərək işlətməyə başlamışdır. Adı çəkilən inzibati orqan tərəfindən aşkar olunmuş pozuntuların faktiki olaraq aradan qaldırılmasının mümkün olmamasına görə xx.xx.2023-cii il tarixindən etibarən obyektin fəaliyyəti dayandırılmışdır. Həmçinin, nəzərə almaq lazımdır ki, xx.xx.2023-cü il tarixindən sonra bir neçə dəfə Azərbaycan Respublikası X1 Bakı regional bölməsinə gedərək aidiyyatı şəxslərlə görüşmüş və onlardan yoxlama zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün üzərinə qoyulmuş tələblərdə müəyyən güzəştlərin edilməsini xahiş etmişdir. Eyni zamanda bu görüşlər zamanı müvafiq vəzifəli şəxslərə güzəşt etməyəcəkləri təqdirdə bütün göstərişləri təkbaşına yerinə yetirməsinin mümkün olmadığını və buna görə də obyekti bağlamalı olacağını bildirmişdir. Sonuncu görüş zamanı ona güzəşt olunmayacağını və bütün pozuntuların verilən müddət ərzində aradan qaldırılmasının mümkünsüz olduğunu anladığı üçün müvafiq qurumun əməkdaşlarına artıq obyekti bağladığını bildirmişdir. Bu səbəbdən də artıq onlara məlumat verdiyini və aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün artıq heç bir məsuliyyət daşımadığından bu haqda müvafiq orqana hər hansı bir məlumat verməli olmadığını düşünür. Lakin faktiki olaraq adı çəkilən iaşə obyektində heç bir fəaliyyətlə məşğul olmadığına baxmayaraq Azərbaycan Respublikası X1 Bakı regional bölməsi tərəfindən barəsində qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsinə dair qərar xx.xx.2023-cii il tarixindən qüvvəyə minmiş və 4000 manat məbləğində inzibati cərimə olunmuşdur. Hal-hazırda ictimai iaşə obyektinin fəailiyyəti tərəfindən dayandırılmaqla bağlandığına və bu barədə Azərbaycan Respublikası X1 Bakı regional bölməsinə məlumat verildiyinə görə düşünür ki, yoxlama aparan orqan tərəfindən üzərinə qoyulmuş öhdəliklərin yerinə yetirilməsi də əhəmiyyətini itirmiş və onların icra edilməsi, eləcə də icra edilməsi barədə müvafiq orqana məlumat vermək zərurəti aradan qalxmışdır. Ona görə də obyektdə aparılan yoxlama zamanı aşkar olunan pozuntuların aradan qaldırılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsi tamamilə qanunsuzdur. Məhkəmə iclasında X6 və onun vəkili X8 şikayətdə göstərilənlərə uyğun izahat verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin və onun vəkilinin izahatlarını dinləyib, şikayət ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X2 tərəfindən ünvan 1 ünvanında yerləşən ictimai iaşə obyektində aparılan yoxlama zamanı məhdudiyyət tədbirlərinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli YPK/0005-23 nömrəli qərarda göstərilən nöqsanların aradan qaldırılmadığı və obyektin fəaliyyətinin davam etdirildiyi, nəticə də, X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmiş, bu fakt həmin tarixdə çəkilmiş videogörüntülərlə və şəkillərlə təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, X6 məhdudiyyət tədbirlərinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli YPK/0005-23 nömrəli qərarda göstərilən nöqsanların aradan qaldırılmadığından və fəaliyyətini davam etdirdiyindən, Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə həmin Məcəllənin 116-cı maddəsi rəhbər tutularaq, barəsində 4000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət müəyyən olunmuşdur. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa, cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-44-1/2-1-8673/23 saylı məktubdan görünür ki, xx.xx.2023-ci il tarixli, YPK/0058-23 nömrəli yoxlamanın aparılması haqqında qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani 14a ünvanında fəaliyyət göstərən fiziki şəxs X5 məxsus ictimai iaşə müəssisəsində sonuncu yoxlama nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında Bakı regional bölməsinə məlumat verilmədiyindən, xx.xx.2023-ci il tarixində tərtib edilmiş MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvəyə minmişdir. Şikayətə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 00055658 nömrəli “Sanitarepidemioloji xidmətlərin göstərilməsinə dair” müqavilədən görünür ki, X6 ünvan 1 ünvanında yerləşən ictimai iaşə obyektində dezinfeksiya işlərinin görülməsi üçün “Parlaq şəhər” Sanitar-epidemioloji xidmət mərkəzi ilə müqavilə bağlamışdır. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, ticarət (xidmət) obyektlərində qida və yem məhsullarının satışına həmin obyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə cavab verdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındığı və ya təsdiq edildiyi halda yol verilir. 19.2. Qida məhsullarının istehlak olunduğu ictimai iaşə obyektləri qida təhlükəsizliyi sahəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan və ya təsdiq edildikdən sonra qida məhsullarını istehlakçılara təqdim edə bilərlər. 19.3. Qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. X1 Kollegiyasının 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair” Qaydaların 2 nömrəli əlavəsinin 1.10-cu bəndinə əsasən işçi heyət dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunubgeyinmə otaqları ilə təmin edilməlidir. Həmin Qaydaların 2-ci bəndinə əsasən qida obyektlərinin quruluşu və yerləşmə vəziyyəti qabaqcıl gigiyena təcrübəsinin tətbiqini və istehsal prosesinin ardıcıllığını təmin etməklə yanaşı, əməliyyatlar zamanı çarpaz çirklənmənin baş verməsinin qarşısını almalıdır, o cümlədən 2.0.1. Döşəmə və divar səthləri hamar və təmirli olmalı, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin etməlidir. Həmçinin döşəmənin və divarın səthlərində su keçirməyən, özünə su çəkməyən (qeyri-hopdurucu), yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan, qida məhsullarının hazırlanması, emalı həyata keçirilən qida obyektlərində tətbiqinə icazə verilən (müvafiq təsdiqedici sənədlə - sertifikatla müşayiət olunmalıdır) qeyri-toksik inşaat materiallarından istifadə edilməlidir. Döşəmə səthləri drenajın aparılmasına imkan verməlidir. Divarlar isə həyata keçirilən əməliyyat növünə uyğun olaraq, münasib hündürlükdə hamar səthə malik olmalıdırlar (yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı və müvafiq təsdiqedici sənədlə - sertifikatla müşayiət olunan inşaat materialları ilə üzlənməlidir); 2.0.2. Tavan (yaxud, tavanın olmadığı yerlərdə damın daxili səthi) və tavanda olan qurğular tozun və çirkin toplanması və kondensatın azaldılması, arzuolunmaz kifin çoxalması, toz və kənar hissəciklərin iş yerlərinə düşməsinin qarşısını alan formada qurulmalıdır; 2.0.3. Pəncərə və digər açılan hissələr çirkin toplanmasının qarşısını alacaq formada qurulmalıdır. Xaricə açılan pəncərələr həşəratların daxilə keçməsinin qarşısını alan və təmizləmə zamanı asanlıqla çıxarılan qoruyucu tor örtüklə təmin olunmalıdır. Açıq pəncərələrin çirklənməyə səbəb olacağı hallarda pəncərələr qida məhsulları sahəsində fəaliyyət zamanı bağlı saxlanmalıdır; 2.0.4. Qapılar təmizlənmə və dezinfeksiya işlərinə yararlı olan hamar səthə və quruluşa malik olmalıdır; 2.0.5. Qida məhsullarının emalı sahələrində səthlər (avadanlıqların səthləri də daxil olmaqla), xüsusilə də qida ilə təmasda olan səthlər təmirli vəziyyətdə olmalı, asan təmizlənməni və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə olmalıdır. Səthlərin üzlənməsində hamar, yuyula bilən, korroziyaya davamlı və qeyri-toksik materiallardan istifadə edilməlidir; 2.0.6. İstifadə edilən alət və avadanlıqların təmizlənməsi, dezinfeksiyası və saxlanması üçün korroziyaya davamlı materiallardan qurulmuş, asanlıqla təmizlənən və axar isti və soyuq su ilə təchiz olunmuş yuma sahələri təşkil edilməlidir; 2.0.7. Qida obyekti qida məhsullarının ayrıca yuyulması üçün müvafiq avadanlıqla təmin edilməlidir. Qida məhsullarının yuyulması üçün istifadə edilən yuma çanağı və ya oxşar avadanlıqlar müvafiq qaydada axar isti və soyuq içməli su ilə təmin edilməli, təmiz saxlanmalı və dezinfeksiya edilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qida obyektində bütün xammal və inqrediyentlər xarab olma və çirklənmədən mühafizə ediləcək tərzdə və şəraitdə saxlanılmalıdır. Həmin Qaydaların 8.8-ci bəndinə əsasən qida subyektlərinə məxsus binalarda, qurğularda, sahələrdə, ərazilərdə, qida məhsulları daşınan nəqliyyat vasitələrində dezinfeksiya, dezinseksiya, deratizasiya, fumiqasiya işləri aparılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görədörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə görə, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.3-cü maddəsinin tələbinə görə isə, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X2 tərəfindən ünvan 1 ünvanında yerləşən ictimai iaşə obyektində aparılan yoxlama zamanı məhdudiyyət tədbirlərinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli YPK/0005-23 nömrəli qərarda göstərilən nöqsanların aradan qaldırılmadığı və obyektin fəaliyyətinin davam etdirildiyi, nəticə də, X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmiş, bu fakt həmin tarixdə çəkilmiş videogörüntülərlə və şəkillərlə təsdiq edilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə həmin Məcəllənin 116-cı maddəsi rəhbər tutularaq, X3 barəsində 4000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət müəyyən olunmuşdur. Yoxlama nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında Bakı regional bölməsinə məlumat verilmədiyindən, xx.xx.2023-ci il tarixində tərtib edilmiş MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar xx.xx.2023-ci il tarixində qüvvəyə minmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq hesab edir ki, X3 ona məxsus obyektdə nöqsanların aradan qaldırılması ilə bağlı gördüyü işlər, obyektin fəaliyyətinin dayandırılması və bu barədə yoxlama aparan orqana məlumat verilməsi ilə bağlı şikayətində göstərdiyi xüsusatlar məhkəmə araşdırması nəticəsində təsdiqini tapmamışdır. Odur ki, qeyd olunan xüsusatlar onun özünü müdafiəsi və inzibati məsuliyyətdən yayınması kimi qiymətləndirilməlidir. A.F.Axundovun məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 00055658 nömrəli “Sanitar-epidemioloji xidmətlərin göstərilməsinə dair” müqavilə məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı qərarın qəbul edildiyi xx.xx.2023-cü il tarixindən 6 aydan çox müddət keçdikdən sonra bağlanmış, icra olunması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X2 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı əsaslıdır, həmin qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri olmadığından X3 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №3(077)-15/2023
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-15/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver