Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-2/2022 04.02.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X3,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs,onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X6,tələbkar X7 və Şuşa rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X1 iştirakı ilə, xx.xx.1974-cü ildə Laçın rayonu,Xumarta kəndində anadan olmuş,fərdi əməklə məşğul olan,Şuşa şəhəri,F.B.Köçərli küçəsi,ev 34 ünvanında qeydiyyatda olan və Bakı şəhəri,Xəzər rayonu, Mərdəkan qəsəbəsi,S.İsgəndərov küçəsi,Raketa düşərgəsində məskunlaşan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Şuşa Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X8 tərəfindən Bərdə Rayon Məhkəməsinin 2(021)-721/2021 saylı 11 fevral 2021-ci il tarixli icra sənədinin borclu Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 04 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Şuşa Rayon İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən tərtib edilmiş protokol onunla əsaslandırılmışdır ki,Bərdə Rayon Məhkəməsinin 2(021)-721/2021 saylı 11 fevral 2021-ci il tarixli icra vərəqəsinə əsasən 15.08.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay,bir uşağa 160 (yüz altmış) manat məbləğində aliment tutularaq iddiaçı X9 verilməsi və alimentin tutulma müddəti məhkəməyə müraciət etdiyi vaxtdan,yəni 29.10.2019-cu il tarixdən müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi,ədliyyə müşaviri X8 tərtib edilmiş protokolu müdafiə edərək göstərdi ki,Bərdə Rayon Məhkəməsinin 2(021)-721/2021 saylı 11 fevral 2021-ci il tarixli icra sənədi icraata daxil olmuş və bu barədə qərar qəbul edilərək tərəflərə məlumat verilmişdir.Həmçinin könüllü icra müddəti müəyyən edilərək borcluya bildiriş təqdim edilmişdir.Borclu tərəfindən könüllü icra müddətinin keçməsinə baxmayaraq icra sənədinin icrası təmin edilməmiş,bu səbəbdən də məcburi icra tədbirlərinə başlanılmışdır.Həmçinin borclu barəsində 02.07.2021-ci il tarixdə axtarış elan edilmişdir.Aparılmış müxtəlif icra hərəkətləri nəticəsində tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərinin olmadığı müəyyən edilmişdir.Həmçinin borcluya Azərbaycan Respublikası İXM-nin 528.1-ci və CM-nin 306.1ci maddələrində nəzərdə tutulmuş məsuliyyətlər izah edilərək izahatı alınmışdır.Bü günədək Şəxs 25 ay olmaqla 4000 (dörd min) manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki,Bərdə Rayon Məhkəməsinin 2(021)-721/2021 saylı 11 fevral 2021-ci il tarixli icra sənədi ilə tanış olmuş və bu barədə 24.02.2022-ci il tarixdə icra məmuru tərəfindən ona qərar və bildiriş təqdim edilmişdir.Hazırda aliment borcunu maddi vəziyyəti ilə əlaqədar ödəyə bilmir və ona vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X11 məhkəmədən şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə tələbkar X12 məhkəmədən Şəxs barəsində ciddi inzibati tənbeh tədbiri verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Şuşa rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X2 izahatında bildirdi ki,Şuşa rayon İcra və Probasiya Şöbəsinin 02.07.2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmiş və icra olunması üçün onun icraatına verilmişdir.03.02.2022-ci il tarixdə saat 17:00-da Şəxs Nərimanov rayon ərazisində saxlamış,daha sonra Şuşa rayon İcra və Probasiya Şöbəsinə gətirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib,04 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlərə obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək hesab edir ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək,həmin maddənin sanksiyası həddində inzibati tenbeh tətbiq edilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-721/2021 saylı 11 fevral 2021-ci il tarixli qiyabi qətnaməsindən görünür ki,Şəxs 15.08.2018-ci il təvəllüdlü X5 atası olması müəyyən edilmiş, 15.08.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay,bir uşağa 160 (yüz altmış) manat məbləğində aliment tutularaq iddiaçı X9 verilməsi,alimentin tutulma müddəti məhkəməyə müraciət etdiyi vaxtdan,yəni 29.10.2019-cu il tarixdən müəyyən edilməsi və cavabdeh Şəxs 10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-721/2021 saylı 11 fevral 2021-ci il tarixli icra sənədindən görünür ki,15.08.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay,bir uşağa 160 (yüz altmış) manat məbləğində aliment tutularaq iddiaçı X9 verilməli,alimentin tutulma müddəti məhkəməyə müraciət etdiyi vaxtdan,yəni 29.10.2019-cu il tarixdən müəyyən edilmiş və cavabdeh Şəxs 10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan 19.02.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki,Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru Sahil Rzayev tələbin könüllü icrası barədə bildirişi Şəxs 24.02.2021-ci il tarixdə vermişdir. İş materiallarında olan 02.07.2021-ci il tarixli borclu barəsində axtarış elan edilməsi haqqında 02.07.2021-ci il tarixli qərardan görünür ki,Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 xx.xx.1974-cü ildə ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə,inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini,törətdiyi inzibati xətanın xarakterini,ictimai təhlükəlilik dərəcəsini,əmlak vəziyyətini,o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki,onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 1 saat olmaqla, cəmi 6 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 03 fevral 2022-ci il saat 17:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis idarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 1 saat olmaqla, cəmi 6 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X10 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(077)-2/2022
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-2/2022
04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver