Məhkəmə qərarları › İş №3(077)-27/2025

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-27/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-27/2025 23.04.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X13 Bəşərəddin oğlunun sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi, Şuşa Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, müdafiəçi- Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Şuşa Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Şuşa Rayon Polis Şöbəsinin STB-nin sahə rəisi, polis baş leytenantı X11 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokol baxılması üçün Şuşa Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, X9 xx.xx.2025-ci il tarixdə saat gecə saat 23-30 radələrində şəxsi münasibətlər zəmində aralarında yaranmış mübahisə zamanı X5 ilə birlikdə Şuşa şəhəri, Qarabağ küçəsində inşa edilən yeni yaşayış massivinin içərisində əlləri ilə Zərərçəkmiş şəxs vuraraq sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişlər. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi, Şuşa Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X11 “İnzibati xəta haqqında” protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, ünvan 2-də valdeyinləri ilə birlikdə yaşayır. Öz dolanışıqlarını təmin etmək məqsədilə 2024-cü ilin dekabr ayından Şuşa şəhərində "xxxx" MMC-də mühafizəçi işləyir. Qəbələ rayon sakini Zərərçəkmiş şəxs 2024-cü ilin oktyabır ayından tanıyır. Belə ki, Əmirah 2024-cü ilin oktyabr ayında işdən sonra Şuşa şəhərində avtomobillərin yuyulma sexində yuyucu, "xxxx" MMC-də isə mühafizəçi işləyirmiş. Əmirahla münasibətləri yaxşı olmuş, aralarında narazılıqları olmamışdır. xx.xx.2025-ci il tarixdə Əmirah onun və yoldaşlıq münasibətləri olan Şuşa şəhər sakini X2 ünvanına nalayiq ifadələr dediyinə görə gecə saat 23- 30 radələrində Əmirahın Şuşa şəhəri Qarabağ küçəsində xidmətdə olduğu yerə getmişlər. Həmin vaxt Əmirah Qarabağ küçəsində yerləşən yeni inşa edilmiş binanın mühafizə etmək üçün xidmət aparırdı. Onlar Əmirahın hansı səbəbə görə onları söyməsini öyrənmək üçün Əmiraha yaxınlaşmış, Nihad həmin vaxt Əmirahdan nəyə görə onları söyməsini soruşanda Əmirah sərxoş olduğuna görə söyüş söydüyünü demişdir. Həmin vaxt Nihad əli ilə Əmirahın sifət nayisinə bir dəfə yumruq zərbəsi vurmuş, bu an o, Nihadı aralaşdırmış, yanlarında olan digər iş yoldaşı Ayxan isə Əmirahı kənara çəkmişdir. O, həmin vaxt Əmiraha yaxınlaşıb əlini Əmirahın çiyninə qoyaraq bir dəfə sifət nahiyəsindən yavaşca sillə vurmuş və Əmiraha “söyüşünə görə səni yaxşı vurardım, amma vurmuram səni qurban olasan kəsdiyimiz çörəyə” demişdir. Əmirah onun ünvanına söyüş söydüyünə görə ondan üzr istəmiş və bundan sonra o, Nihadla birlikdə çıxıb getmişlər. xx.xx.2025-ci il tarixdə axşam vaxtlarında o, Nihadla birlikdə Xankəndi şəhərinə getmək üçün iş yoldaşı olan Ayxanın avtomobili ilə Xankəndi postuna tərəf gedəndə Nihad yolüstü Şuşa şəhəri Qarabağ küçəsində xidmətdə olan Əmirahla görüşmək istədiyini bildirib Ayxana avtomobili Əmirahın xidmətdə olduğu əraziyə tərəf idarə etməyini xahiş etmişdir. Nihad ona Əmirahla ötən günü görüşüb söhbət edəndə Əmirahın içkili olduğunu, səhərisi günü söhbət etmək istədiyini dediyini bildirmişdir. Onlar Əmirahın yanına gedəndən sonra Nihad Əmirahı kənara çəkib Əmirahla söhbət etmişlər, o, isə Ayxanla kənarda gözləmişlər. Sonra onlar Nihadla Əmirahın sözlə mübahisə etdiklərini eşidib yaxınlaşmış, bundan sonra Nihadı aralaşdırıb aparmış, sonra Nihad Xankəndi şəhərinə gedəcəyini deyib ondan ayrılmışdır. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində yüngül həddə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Qəbələ rayon Dandıq kəndində anas Şəfaqət ilə birlikdə yaşayır. Öz dolanışıqlarını təmin etmək məqsədilə 2024-cü ilin avqust ayından Şuşa şəhərində "xxxx" MMC-də mühafizəçi işləyir. Şuşa şəhərində yaşayan Şəxs işə düzələndən sonra tanımışdır. Belə ki, Riad da onun kimi "xxxx" MMC-də mühafizəçi işləyir. Riad ilə iş yoldaşı kimi münasibətləri yaxşı olmuşdur. O, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Şuşa şəhəri, Qarabağ küçəsində, “Yuxarı Gövhərağa” məscidinin qarşı tərəfində yerləşən yeni yaşayış massivində mühafizə xidmətində olarkən iş yoldaşı Riad əvvəlcədən tanıdığı Nihad ilə birlikdə onun yanma gəlmişlər. Onlar söhbət edən zaman Nihad dostu tərəfindən pul göndərildiyini, pulu çıxarmaq üçün kart lazım olduğunu dedikdə o, öz kartını Nihada vermiş, bank kartının proqramı telefona yükləndiyindən mobil telefonunu da Nihada vermişdir. Riad və Nihad pulu çıxarmaq üçün “Araz” marketə tərəf getmişlər və təxminən yarım saat sonra qayıtmışlar. Nihad və Riad gəldikdən sonra onun mobil telefonunda ünvanlarına dediyi nalayiq sözlərə qulaq asdıqlarını ona dedikdə o, konkret onların adını çəkmədiyini, ümumi söydüyünü, heç birinə aidiyyəti olmadığını və yaxşı edib söydüyünü bildirmişdir. Həmin vaxt Nihad və Riadla yeni inşa edilən yaşayış massivinin girişində aralarında yaranmış mübahisə zamanı əvvəlcə Nihad əli ilə onun sifət nahiyəsindən 2 dəfə, sonra isə Riad əli ilə onun sağ sifət nahiyəsindən vurmuşdur. O, Riad və Nihada “mən əgər sizə söydüyümü başa düşürsüzsə onda sizdən üzr istəyirəm” demişdir. Bundan sonra Nihad və Riad ondan aralaşıb gedən zaman iş yoldaşı Ayxan öz avtomobili ilə onun xidmətdə olduğu yerə gəlmiş və onun sifət nahiyəsində qızartı və şişkinlik oldğunu görüb səbəbini soruşduqda o, baş vermiş hadisə barədə Ayxana danışmış və aralarında anlaşılmazlığın aradan qalxdığını demişdir. Həmin vaxt Nihad və Riad da onlara yaxınlaşıb narazılığın aradan qalxdığını bildirmiş və hər ikisi Ayxandan onları aparıb düşürtməklərini xahiş etmişlər. Həmin günü səhərisi xx.xx.2025-ci il tarixdə saat 21 radələrindən sonra yenə də o, həmin xidməti ərazidə xidmətdə olarkən Nihad və Riad birlikdə Ayxanın avtomobilində onun yanına gəlmişlər. Nihad maşından düşdükdən sonra onunla işi oldğunu deyib “Köhnə bazar” tərəfə onu çağırmışdır. Onlar birlikdə söhbət edə-edə bazarın giriş qapısına tərəf gedəndə Nihad ünvanına söydüyünün səbəbini öyrənmək istədiyini ondan soruşduqda o, Nihada “dünən bu söhbət oldu qurtardı, yenidən niyə bu söhbətə qayıdırsan” demişdir. Bu zaman Nihad onunla mübahisə etməyə başlamışdır. Yaxasından tutan zaman Riad da onların yanına gəlmiş və ona “səninlə çörək kəsmişəm, ona görə səni vurmuram” deyib Nihadın tərəfini saxlamışdır. Bu vaxt Ayxan gəlmiş və Nihadı aralaşdırıb aparmışdır. Bundan sonra o, Şuşa rayon polis şöbəsinə gəlib onu döyən Riad və Nihad barəsində tədbir görülməsi üçün ərizə ilə müraciət etmişdir. O, Şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Şuşa rayon polis şöbəsinin TQ-nın baş təhqiqatçısı, polis polkovnik-leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat gecə saat 23-30 radələrində şəxsi münasibətlər zəmində aralarında yaranmış mübahisə zamanı X9 və X1 şəhəri, Qarabağ küçəsində inşa edilən yeni yaşayış massivinin içərisində əlləri ilə Zərərçəkmiş şəxs vuraraq sonuncuya sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişlər. Baş vermiş hadisə zamanı ictimai qayda kobud surətdə pozulmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlə edilməmişdir. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs X3 döyməsi faktı öz təsdiqini tapmamışdır. Belə olan halda toplanmış material üzrə Azərbaycan Respublikasının CM-nin 221.1 və 221.2.1 -ci maddələr ilə cinayət işinin başlanmasının rədd edilməsi, X9 və X2 əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onlar barələrində İXM-nın 157-ci maddədilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün qərarın surətinin Şuşa RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi, Zərərçəkmiş şəxs X3 döyməsi faktı öz təsdiqini tapmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X16 Beyləqan rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 111/25 nömrəli ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs hər iki göz altı nahiyəsində qançır, üst dodağının selikli qişasında qansızma xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir. Şuşa Rayon Polis Şöbəsinin STB-nin şöbə rəisi, baş leytenant X11 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsi dinləyib, hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən, inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Şəxs AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə təqsirinin sübuta yetirilməsini, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini və inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi kimi nəzərə alıb hesab edir ki, onun barəsində AR İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli onun tutulduğu, yəni, xx.xx.2025-ci il tarixdən hesablanmalı, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X8 Mərkəzinə həvalə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 1(bir) ay 10 (on) gün inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixindən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X8 Mərkəzinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 (üç) saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 18 (on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar