Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-39/2025 12.06.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şuşa Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şuşa Rayon Polis Şöbəsinin əməkdaşı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Şuşa Rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə hesab edir ki, işə tərəflərin iştirakı olmadan baxıla bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli, EQ 25815371 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:55-də “JEEP Wrangler minik” markalı, **-BB-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (dayanma və ya durma qaydalarını pozma) maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmiş və səlahiyyətli orqan tərəfindən 20 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 25815371 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tətəfindən tətbiq edilir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən etmir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, törədilmiş xətanın xarakterini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,114,115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(077)-39/2025
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-39/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver