Məhkəmə qərarları › İş №3(077)-4/2021

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-4/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-4/2021 18.02.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 əməkdaşı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməyinə görə Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan İXP3634356 nömrəli inzibati protokol tərtib etmiş və baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs oğlu inzibati protokol üzrə nəzərdə tutulmuş cəriməni ödənilməsi barədə qəbzi məhkəməyə göndərmişdir.Hazırda inzibati protokol üzrə heç bir cərimə borcu yoxdur. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 nümayəndəsinə və Şəxs oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki,işə tərəflərinn iştirak olmadan baxıla bilər. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsində göstərilir ki,bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cərimə,dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda),529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni,dəbbə pulunu,nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibari xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz,başlanmış icraata isə xitam verilir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki,iş materiallarında olan inzibati protokol üzrə nəzərdə tutulmuş cəriməni xx.xx.2021-ci il tarixdə ödəmiş və qəbzi məhkəməyə təqdim etdiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X2 daxil olmuş Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar