Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-43/2025 20.06.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, X4 iclas katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28441555 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28441555 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar üzrə inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdən xüsusi portaldan icazə alaraq, ailəsi ilə birlikdə Qurban bayramı münasibəti ilə işğaldan azad olunmuş ərazilərə getmişdir. “Şuşa qalasının” qarşısında avtomobili saxlamış və avtomobillərin sıxlığını nəzərə alaraq, yolun kənardan çıxardan zaman ağaçın altında, dayanma-durma qadağan olan ərazidə YPX-nin əməkdaşı şəxsi telefonu ilə avtomobili çəkmiş və daha sonra barəsində inzibati tənbeh verinə haqqında EQ seriyalı 28441555 saylı xx.xx.2025-ci il tarixli elektron qərar qəbul edilmişdir. Həmin qərarı əsassız hesab edir. Belə ki, YPX-nin 12 may 2017-ci il tarixli təlimatının 4.3-cü maddəsinə əsasən, yol patrul xidməti hər hansı bir maneənin arxasında gizlin şəkildə xidmət aparması, durma dayanma qadağan olan ərazidə xidmət aparılmasına icazə verilmir. Digər halda isə İnzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati xətanın əşkar edilməsində istifadə olunan xüsusi texniki vasitəsi barədə də qərarda heç nə qeyd olunmayıb. Xüsusi avadanlığın yoxlamadan keçməsi, məişəti və işlək olub olmaması kimi suallar cavabsızdır. Ən önəmlisi isə işğaldan azad olunmuş ərazidə marifləndirmə , təzə yollar barədə sürücülərə məlumatın verilməsi, hər hansı bir inzibati xəta törədildiyi zaman isə bunu xəbərdarlıqla həyata keçirilməsi münkündür. Çünki 30 ildən bir çoxdur ki, həmin ərazidə erməni vandanları yaşamışdırlar və hazırda həmin torpaqlarda olan zaman, yol təşkili və maarifləndirmək kifayət qədər vacibdir. “Yol-patrul xidməti haqqında” 12 may 2017-ci il tarixli Təlimatın 4.3-cü bəndinə əsasən, patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Qərardan şikayət verən şəxs X5 məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə hesab edir ki, işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxıla bilər. Məhkəmə, şikayət verən şəxsin izahatını, işdəki sənədləri araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28441555 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X2 şəhəri, 8 Noyabr küçəsində xx.xx.2025-ci il tarixdə saat 16:06:09-da idarə etdiyi “Nissan X-Trail minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması) nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 100 manat məbləğində cərimə olunmuşdur. - Məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, inzibati xəta xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28441555 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərarda göstərilən tarixdə və saatda 613878AE28BBAB88 nömrəli kamera ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən üvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır.[69] 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır.[70] 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli Qərarına əsasən, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında;[168] 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 şəhəri, 8 Noyabr küçəsində xx.xx.2025-ci il tarixdə saat 16:06:09-da idarə etdiyi “Nissan X-Trail minik” markalı, **-DM- *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması) nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, inzibati xəta xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28441555 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərarda göstərilən tarixdə və saatda 613878AE28BBAB88 nömrəli kamera ilə qeydə alınmışdır. X1 şikayətində göstərdiyi, YPX-nin əməkdaşının şəxsi telefonu ilə avtomobili çəkməsi barədə xüsusatlar onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28441555 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81, 128, 129, 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28441555 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim imza Sərdar Mehrəliyev Əsli ilə düzdür X9
Məhkəmə qərarları › İş №3(077)-43/2025
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-43/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver