Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-45/2024 11.09.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X19 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, şikayət verən “Qarabagh Logictics and Operations" MMC-nin direktoru X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 26 iyul 2024-cü il tarixli, MN 16134590 nömrəli inzibati tənbeh vermə haqqında qərarından “Qarabagh Logictics and Operations" MMC-nin direktoru X13 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: “Qarabagh Logictics and Operations" MMC-nin direktoru X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 tərəfindən barəsində tərtib edilmiş 26 iyul 2024-cü il tarixli, MN 16134590 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam veriləməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024 tarixində X17 Xidməti (DƏMX) tərəfindən barəsində qəbul edilmiş inzibati xəta haqqında MN ******* Qərar əsassız və qanunsuzdur. Əvvəla, Qərarın ünvanına çatdırılması barədə qeyd edir ki, qəbul edildiyi tarixdən bu günə kimi 1 aydan çox vaxt keçməsinə baxmayaraq, qərar ona poçt vasitəsilə çatdırılmamışdır. Belə bir qərarın mövcud olması barədə ötən həftə ASAN ödəniş tətbiqinə baxarkən təsadüfən məlumatlı olmuşdur. Ardınca qərarı əldə etmək üçün DƏMX binasına yollanaraq qərarı tələb etdikdə cavab verilmişdir ki, sənədin əsli poçtla qeydiyyatda olduğu ünvana göndərilmişdir, belə olduqda və qərarın hələ də ona çatdırılmadığı bildirildikdə qərarın nüsxəsinin üzərinə təhvil alındığı tarix DƏMX əməkdaşları tərəfindən yazdırılaraq ona verilmişdir. Qərarla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci maddəsinə (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmək) əsasən, vəzifəli şəxs olaraq olaraq 3000 AZN məbləğində cərimə edilmişdir. Bundan əvvəl direktoru olduğu Qarabagh Logistics and Operations MMC (**********) barəsində eyni əmələ görə protokol tərtib edilərək DƏMX tərəfindən məhkəməyə göndərilmiş, lakin Şuşa Rayon Məhkəməsi inzibati xəta tərkibi olmadığı üçün 3(077)-32/2024, xx.xx.2024 tarixli qərarla iş üzrə icraata xitam vermişdir. Direktor olaraq barəsində qəbul edilmiş Qərar da qanunsuzdur. Çünki müəssisənin Qarabağ regionuna daxil olan şəxslər üçün elektron icazə sisteminə birbaşa giriş səlahiyyəti yoxdur. Bu səbəblə də Qarabağ ərazisində iştirakçısı olduğu layihələrə cəlb ediləsi şəxslərin siyahısı Şuşa Şəhər Dövlət Qoruq İdarəsinə göndərilir (Qoruq) və icazələrin əldə olunması üçün müraciət Qoruq tərəfindən həyata keçirilir. 2024-cü ilin iyul ayında baş tutması planlaşdırılan layihədə işləməsi üçün nəzərdə tutulan bir sıra şəxslərin məlumatları müəssisəmiz tərəfindən may, iyun da daxil olmaqla müxtəlif aylarda Qoruğa təqdim edilmişdir. Qərarda adları göstərilən üç şəxs də adları Qarabağa giriş üçün icazə alınması məqsədilə Qoruğa göndərilmiş şəxslərdəndir. Belə ki, Qarabağda işləyən əməkdaşları Bridge House yataqxanasında qonaqlayırlar. Həmin yataqxanadan sorğu əsasında əldə edilmiş arayışdan və Familin məhkəməyə ünvanlanmış notarial ərizəsindən də göründüyü kimi, o, xx.xx.2024 tarixdə Qarabağ ərazisinə daxil olmuş, həmin gün yataqxanaya qeydiyyatı aparılmışdır. Lakin anasının xəstələnməsi ilə əlaqədar olaraq Qarabağ ərazisini bir gün sonra tərk etmişdir. Onun yataqxanadan çıxış etdiyi vaxt 24 may, saat 11:20-dir. Eyni zamanda hələ iyul ayında əldə etdiyi məlumata görə, Famil bir müddət idi ki, ADC adlı müəssisə ilə razılığa gəlmiş və qısa müddətdə həmin müəssisədə işləməyə başlayacaqdı. Digər 2 nəfər olan X11 və X2 ərazisinə 11 iyul tarixdə daxil olmuşlar, həmin gün yataqxanaya qeydiyyatları aparılmışdır, yataqxanada qalmağa davam edirlər, eyni gündə işlə əyani tanış olmuşlar və qoşmadakı hər iki şəxsin notarial ərizələrində də bildirdikləri kimi işin şərtləri onlara uyğun olmadığı üçün direktoru olduğum müəssisədə işləməkdən imtina etmişlər. Qarabağ ərazisinə daxil olduqdan 1 gün sonra isə hər iki şəxs X20 MMC-nin təklifi ilə razılaşıb elə həmin gün əmək müqaviləsi bağlayaraq adı çəkilən müəssisədə işə başlayıblar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron sistemindən müvafiq təsdiqedici əmək bildirişləri qoşmadadır. Açıq-aşkardır ki, müəssisə tərəfindən heç bir şəxs əmək müqaviləsi olmadan işlərə cəlb olunmamışdır, ona görə də, DƏMX tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1 maddəsi nəzərdə tutulmaqla tərtib edilən qərar qanunsuz və əsassızdır. Əlavə olaraq, ƏƏSMN tərəfindən tərtib olunan protokol prosessual qaydalara əməl edilmədən tərtib edilmişdir. Belə ki, ƏƏSMN DƏMX tərəfindən prosessual pozuntuya yol verilərək inzibati xəta haqqında elektron protokol tərtib edilməmişdir. İnzibati xətalar məcəlləsinin 16-1 fəsli "Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətləri" adlanır. Həmin fəslə əsasən, "Maddə 127-3. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477- 1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 127- 4.1. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2- ci, 477-1.1.2-ci, 477- 1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 127-4.5. Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Qeyd edilənlərdən aydın görünür ki, barəsindəki qərar və protokol qəbul edilərkən bir sıra prosessual qanun pozuntularına yol verilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən “Qarabagh Logictics and Operations" MMC-nin direktoru X13 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, AR ƏƏSMN yanında DƏMX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə şikayətə AR ƏƏSMN yanında DƏMX-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verən “Qarabagh Logictics and Operations" MMC-nin direktoru X4 izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, X13 “Qarabagh Logictics and Operations" MMC-nin qanuni təmsilçisidir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin rəis müavini X3 26 iyul 2024-cü il tarixli, MN 16134590 nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixinədək, X5 və X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri müəyyən olunmuş, “Qarabagh Logictics and Operations" MMC-nin direktoru X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilmişdir. - “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən çıxarışın surətindən görünür ki, “Qarabagh Logictics and Operations" MMC-nin müraciəti əsasında X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək, X5 və X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Şuşa şəhərinə giriş üçün icazə verilmişdir. - AR ƏƏSMN yanında DƏMX tərəfindən “Qarabagh Logictics and Operations" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-40361/2024 saylı məktubun surətindən görünür ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilmədiyi, bununla bağlı xx.xx.2024-cü il tarixli 3-17-5/2-30868/2024 nömrəli məktub göndərildiyi, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin təmin edilmədiyi göstərilmiş, iş üzrə icraatın başlanması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saat 10:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 107) və ya video konfrans vasitəsi ilə dəvət olunmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin əməkdaşı X18 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı X15, X11 və X14 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə nəticədə “Qarabagh Logictics and Operations" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barəsində protokol tərtib edilmişdir. Protokolun tərəfə göndərilməsi qeyd olunsa da, çatdırılması barədə sənəd əlavə olunmamışdır. - AR ƏƏSMN yanında DƏMX-nin rəis müavininin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardadın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. - X14 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" MMC-nin Qarabağda yerləşən müəssisəsində işlə tanış olmaq üçün MMC tərəfindən Qarabağ icazələr portalında onun üçün iş icazəsi alınmışdır. İş ona uyğun olmadığından təklifi qəbul etməmişdir. Adı çəkilən MMC-nin xeyrinə hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. xx.xx.2024 tarixdə “X20” MMC tərəfindən görüləcək işlə tanış edilmiş və iş şərtləri məqbul olduğu üçün əmək müqaviləsini bağlamışdır. Hazırda "X20" MMC-də işləyir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X14 xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında “X20” MMC-də inşaat fəhləsi vəzifəsinə işə qəbul olunmuşdur. - X11 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" MMC-nin Qarabağda yerləşən müəssisəsində işlə tanış olmaq üçün MMC tərəfindən Qarabağ icazələr portalında onun üçün iş icazəsi alınmışdır. İş onun üçün uyğun olmadığından təklifi qəbul etməmişdir. Adı çəkilən MMC-nin xeyrinə hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. xx.xx.2024 tarixdə “X20” MMC tərəfindən görüləcək işlə tanış edilmiş və iş şərtləri məqbul olduğu üçün əmək müqaviləsini bağlamışdır. Hazırda "X20" MMC-də işləyir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında “X20” MMC-də inşaat fəhləsi vəzifəsinə işə qəbul olunmuşdur. - X15 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, həqiqətən də xx.xx.2024-cü il tarixində Qarabağ ərazisində həyata keçirilən layihələrlə tanış olmaq üçün oraya yollanmış, həmin gün Şuşa şəhərində “Bridge House” yataqxanasında gecələdikdən sonra xx.xx.2024-cü il tarixində anasının xəstələnməsi xəbərini aldığı üçün yaşadığı Ağdam rayonuna geri dönmüşdür. Həmin tarixdən bu günə kimi Ağdam rayonunun Mirəşelli kəndində yaşayır. - xx.xx.2024-cü il tarixli, 361 saylı arayışın surətindən görünür ki, həmin arayış Ağdam rayon İHB-nın Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Mirəşelli kəndində daimi qeydiyyata olan və yaşayan X8 ADS şirkətinə təqdim edilmək üçün verilmişdir. - "xxxx" MMC tərəfindən “Qarabagh Logictics and Operations" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 24/12 saylı məktubun surətindən görünür ki, müəssisəyə məxsus olan və Şuşa şəhərində yerləşən Bridge House yataqxanasında qonaqlayan 3 şəxsin yataqxanaya giriş və çıxış vaxtlarını aşağıdaki kimi olmuşdur: X15 - Giriş: xx.xx.2024,10:38. Çıxış: xx.xx.2024,11:20. X11 - Giriş: xx.xx.2024,10:35. Çıxış edilməyib. Yataqxanada qalmağa davam edir. X14 - Giriş: xx.xx.2024, 10:45. Çıxış edilməyib. Yataqxanada qalmağa davam edir. İş materiallarında olan Şuşa Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 3(077)-32/2024 saylı qərarından görünür ki, “Qarabagh Logictics and Operations" MMC tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı X15 xx.xx.2024-cü il tarixdən, X11 və X14 xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinin tələblərinin pozulması faktına görə X17 Xidməti tərəfindən hüquqi şəxs “Qarabagh Logictics and Operations" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Hüquqi şəxs “Qarabagh Logictics and Operations" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair sübut olmadığından iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, “Qarabagh Logictics and Operations" MMC tərəfindən işğaldan azad edilmiş Xankəndi şəhərində əmək fəaliyyəti ilə məğul olmaq məqsədi ilə X15, X11 və X14 oraya dəvət olunmuş, lakin iş və məişət şəraiti X6 və X10 qane etmədiyindən, iş təklifindən imtina etmiş, xx.xx.2024-cü il tarixli əmək müqavilələrinə əsasən “X20” MMC-də inşaatçı fəhlə vəzifəsinə işə qəbul edilmişdirlər. X15 isə anasının xıstəliyi ilə bağlı xx.xx.2024-cü il tarixində yaşadığı Ağdam rayonunun Mirəşelli kəndinə qayıtmışdır və hazırda da orada yaşayır. Bununla da, “Qarabagh Logictics and Operations" MMC tərəfindən yuxarıda adları qeyd olunan şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və ya əmək müqaviləəsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və nəticə də, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; -bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Göründüyü kimi, İXM-in qeyd edilən maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün göstərilən vəzifəli şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilməsi müəyyən edilsə də, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsiri sübut olunmalıdır. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, “Qarabagh Logictics and Operations" MMC-nin direktoru X4 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 53, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(077)-45/2024
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-45/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver