Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-45/2025 23.06.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28441555 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: X3 şikayətlə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28441555 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar üzrə inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsin xx.xx.2025-ci il tarixli 3(009)-1481/2025 saylı qərardadı ilə şikayətin aidiyyəti üzrə baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(077)-43/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28441555 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28441555 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan X3 tərəfindən verilmiş şikayət üzrə işin icraatına xitam verilsin.
Məhkəmə qərarları › İş №3(077)-45/2025
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-45/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver